PDF Oxu

Müxalifət

  • 14 792

Eldar Sabiroğlu, sən kimsən?

image

Keçmiş deputatın, zabitin xaraktersizliyi...

Yadımdadır... Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri işləyərkən hünəri var idisə, bir jurnalist bu şəxsə (işarə əvəzliyi kimi qəbul edin) zəng vurub, hansısa məsələyə münasibət öyrənsin. Bu, qatıqdan tük çəkmək, iynə ilə qəbir qazmaq, İsa Qəmbəri "prezident" qayırmaq, Əli Kərimlini demokrat etmək, suyun üzündə dombalaq aşmaq qədər çətin və mümkünsüz bir şey idi. Çiyinlərindəki "ne kadr" rütbəsini təkcə gözə soxmurdu, həm də rütbələrini səngərdə, döyüşdə, ermənilərlə müharibədə qazanmış zabitləri "nakazat" eləməklə, onları kiçiltmək üçün yenidən səngərə göndərməklə qürrələnirdi. Keçmiş deputatlığını da bir qazan qapağı edib otağının qapısından asmışdı, mütləq o otağa girənin başı həmin qazan qapağına dəyməli idi. Bu cəhənnəmə, nağılların, deputatlıq təəssüratlarının ucu-bucağı bilinmirdi. Bir neçə yerdən maaş alırdı, şəxsi obyektlərinin də ki, qapısı bağlanmırdı. Bu şəxsin əlindən heç kim heç nə almayıb, bütün mülkü də əlindədir. Məgər adam vəzifədən çıxanda, ərizəbazlığamı başlamalıdır!? Nə çoxdur vəzifəsindən çıxıb vaxtını ailəsinə, istirahətə sərf edən keçmiş məmurlar... Dünən çörək yediyin qaba bu gün tüpürmək, səhəri günü buna görə üzr istəmək, o biri günü isə yenidən bunu təkrarlamaq "kişi"liyin hansı növüdürsə, elə bunu da Eldar Sabiroğludan başqa kimsə daha yaxşı bilmir. Ömrünün yarıdan çoxunu AXCP-ni (Ə.Kərimlini), Müsavatı (İ.Qəmbəri) söyməklə "yol"a verən bu şəxsin indi "Azadlığ"ın ayaqlarına döşənməsi nə cür kişilikdir? Dünən "Azadlığ"a ultimatumlar verib, müxalifəti xaricə satqınlıqda ittiham edən, AXCP sədri haqqında "xoruz" himninin həmmüəlliflərindən olan Sabiroğlu, bu gün "Azadlıq"a da, AXCP sədrinə də təşəkükr məktubları yazır, kövrəlir, amannamə diləyir. Sən hekayələr, şeirlər də yazırsan, şair təbiətli olmasan da, "təbiətli" şairsən. Yazılarında baş qəhrəmanlarının da hamısının satqınlıq etməsi, obrazlarının gözünü qaşa, dilini dodağa, ayağını ayaqqabısına satması da təsadüfi deyil. Bu, sənsən, sənin xarakterindir və əsərlərindəki obrazların prototipi də özünsən! Özünü saytlarda "hakimiyyətin, YAP-ın əsas yaradıcılarından, fiqurlarından" biri kimi qələmə verdirmək elə səviyyəsizlikdir. YAP-ın da, bu dövlətin də bir memarı var-Ulu Öndər Heydər Əliyev! Elə Azərbaycanın inkişafının da müəllifi Ulu Öndərdir - Heydər Əliyevdir, Prezident İlham Əliyevdir! "Xamırı xəyanətlə yoğrulan..." ifadəsi elə Sabiroğluna verilən ən tutarlı cavab idi.

"Hərbi salam verməyi unutduğuna görə zabiti səngərə göndərib, bir ailəni məhv etdi"

Bu yaxınlarda ehtiyatda olan zabitlərdən birinin ailəsi mətbuatda Sabiroğlunun əməlləri haqqında əməlli-başlı danışmışdı. Yəqin çoxunuz bundan xəbərdarsınız. Deməli, fikirli halda yol yeriyən bir zabit qarşıdan gələn Sabiroğlunu görməyib və təbii ki, hərbi salam verməyi də unudub. Həngamə də bundan sonra başlayıb. Sabiroğlu ömrünü səngərdə keçirən, ağır yaralar alan həmin zabiti elə həmin gün düşmənlə üzbəüz mövqelərimizə göndərir. Orada zabitimizin başına hansı oyunlar gəlir, bu başqa söhbətin mövzusudur. İntriqabaz, şəxsi qeyrətini milli qeyrətdən üstün tutan bu şəxsin hələ cavan vaxtlarından xəyanətkar baxışları çox söz deyirdi. Bir zabit ailəsi məhv oldu, həmin zabitin kiçik oğlu da söz verib ki, atamı qərəzli şəkildə səngərə göndərən Sabiroğlunun dərsini gec-tez verəcək! Bunu gülüşlə qarşılamayın, ciddi məsələdir! Prokurorluq orqanlarına yaraşmayan hərəkətlərlə məşğul olan oğlun sənin üçün nə qədər əzizdir? Bax, o məhv etdiyin keçmiş döyüşçünün, zabitin oğlu da onun üçün bir o qədər, bəlkə də daha artıq əzizdir!

Eldar Sabiroğlu haqqında zaman-zaman deyilmiş ifadələr

-Eldar Sabiroğlunun xəmiri xəyanətlə yoğrulub.

- Eldar Sabiroğlu YAP-ın informasiyalarını müxalifətə ötürürdü.

-Eldar Sabiroğlu cəbhəçi yoldaşlarının vəzifələri öz aralarında paylaşdığını, onun isə bu bölgüdən pay ala bilmədiyini görüb, AXC sıralarından kənarlaşdı.

- Xalq Cəbhəsinin üzvü olmuş və sonra əqidəsini satmış...

- Eldar Sabiroğlu qucaqdan-qucağa oturmağa öyrəncəlidir.

AXCP-də "malçik" ləqəbli Əli Kərimli və "Elik" ləqəbli bu adamların gələcəkdə özlərini satışa, çıxaracqlarını hər kəs bilirdi.

Məncə, bəs edər! "Rüfət Səfərovu müdafiə komitəsi" adlı qondarma qurum yaradıb beş-on manat pula Eldəniz Quliyevi də ora sədr təyin etmək yaraşardı Sabiroğluna. Belə də oldu. Çox qəribə bir vəziyyət yaranıb. Axşamlar Sabiroğlu "Milli Şura"ya təşəkükr məktubu yazır, səhərlər də həmin qurum onu şirnikləndirir. Beləcə "müxalifətçi"liklərini davam etdirirlər. Ancaq Sabiroğlunun "müxalifət"çiliyi tamam başqadır, bu adamınkı qərəz, kin-küdurətdir. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində dəhlizlərdə hər kəs Sabiroğlunu axtarırdı, hər kəsi kompromata çəkə bilirdi, hər kəsi sata bilirdi. Yeni ildə Cəmil Həsənliyə təbrik məktubu yazan, Qurban bayramında "Yeni Müsavat"ın ofisinin qapısında quzu kəsəcəyini söz verib, daha sonra həmin qəzeti ittiham edən Sabiroğlu yəqin ki, 8 Martda Gültəkin Hacıbəylini də təbrik edəcək! Maşallah, ələkdən keçir hər kəs, deputat kürsüsünü itirib "müxalifətçi" olanlar nə gözəl ələnir...

Samir

Digər xəbərlər