PDF Oxu

Müxalifət

  • 2 301

AXCP-də dava pul üstündədədir

image

Niyaməddin Orduxanlı: "Əli Kərimli siyasətlə deyil, daha çox siyasi mühacir və siyasi məhbus alveri ilə məşğuldur "

Müsahibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır

- Niyaməddin bəy, artıq sübuta yetirilir ki, Əli Kərimli ilə Qənimət Zahid arasında ciddi ixtilaflar yaranıb. Sizcə, problemin kökündə dayanan səbəb nədir?

- Bu gün reallıqda Əli Kərimli ilə Qənimət Zahidin birgə işlərinin aparılmasında problemlər yaranıbsa, çox güman ki, bu, maliyyə məsələləri ilə bağlıdır. Çünki "Azadlıq" qəzeti və "Azadlıq" saytı adı altında bunların birgə layihələri var. Görünür, Ə.Kərimli ilə Q.Zahid öz aralarında pulu bölə bilmirlər. Yəni beynəlxalq təşkilatların, xüsusilə də, Azərbaycanın milli mövqeyində Azərbaycanın əleyhinə olan bir sıra beynəlxalq qurumların Azərbaycanın əleyhinə yönəldilmiş fəaliyyətlərində aparılan təbliğatda "Azadlıq" qəzeti və "Azadlıq" saytından çox istifadə olunurdu. Bunun üçün maliyyə vəsaiti də ayrılırdı. Həmin bu beynəlxalq qurumların böyük əksəriyyəti erməni diasporası, erməni lobbisi ilə maliyyələşən və onlara yaxın olan təşkilatlardır. Çox güman ki, bu məsələdə də Ə. Kərimli ilə Q. Zahid pulu bölə bilmirlər. Çünki Ə. Kərimli pulu hər şeydən çox istəyir.

- ABŞ-dan Əli Kərimliyə çatdırılmalı olan böyük məbləğdə pulun Qənimət Zahid tərəfindən mənimsənməsi bu iki şəxsin və eləcə də AXCP-də bəzi şəxslərin mübarizəsi ancaq daha çox pul qazanmaq üzərində qurulduğunu demək olar?

- Bəli, bu şəxslərin bir-birinə qarşı mübarizəsi pul qazanmaq üzərində qurulduğunu demək olar. Çünki Q. Zahidlə Ə. Kərimli arasında münasibətlər düşmənçilik səviyyəsindədir. Bu düşmənçiliyin də əsas səbəbi maliyyə resursları üzərində aparılan mübarizədir. Yəni bunlar pul əldə etmək məqsədi ilə beynəlxalq qurumlarda Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqdır. Onlar bu istəklərinə heç zaman çatmayacaq.

- Birmənalı şəkildə o fikri demək olarmı ki, müxalifət partiya sədrləri siyasətə gəlir mənbəyi kimi baxırlar. Məhz bu gəliri itirməmək üçün də sədrlik kreslosundan möhkəm yapışıblar?

- Bəli, bu, faktdır ki, radikal müxalifət düşərgəsini təmsil edən şəxslər siyasətə gəlir mənbəyi kimi baxırlar. İ.Qəmbərin, Ə.Kərimlinin yönəltdiyi siyasət ona söykənir ki, nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək və bu, mümkün olmadıqda, maddi imkan əldə etmək. Bu şəxslərin bu cür əməllərə əl atmaları onlara başucalığı gətirməyəcək. Çünki müxalifət düşərgəsini təmsil etsələr də, onların hər biri azərbaycanlıdır. Amma görünür ki, müxalifət düşərgəsini təmsil edən şəxslər üçün dövlətçiliyin heç bir əhəmiyyəti yoxdur, müxalifəti maraqlandıran əsas şey maliyyə mənbəyi əldə etməkdir. Bu gün Ə. Kərimli siyasətlə deyil, daha çox siyasi mühacir və siyasi məhbus alveri ilə məşğuldur. Azərbaycan dövlətinin əleyhinə olan İran kəşfiyyatını açıq şəkildə müdafiə edən, Nardaran hadisələrində həbs olunan İran agentlərini Ə. Kərimli siyasi məhbus kimi beynəlxalq qurumlara təqdim edir. Yəni onların siyahısının tutub. Nardaranda həbs olunanlar Azərbaycan polisinə silah qaldırıb və iki nəfər polisin qətlə yetirilməsində, bilavasitə iştirak edib. Azərbaycan polisi Azərbaycan dövlətinin simvoludur. Kərimli kimilər isə polislərin qətlə yetirilməsində iştirak edən şəxsləri siyasi məhbus adlandırıb. Bunun özü sözün bitdiyi yerdir.

GÜLYANƏ

Digər xəbərlər