Yaxud, Əli Kərimlinin qiyməti neçəyədir?
Məlum olduğu kimi, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev ailəsiylə birlikdə Fransaya səfər edib. Artıq onun getdiyi "yol xəritəsi" də bəllidir. Belə ki, AXCP-yə yaxınlığı ilə seçilən mənbədən aldığımız məlumata görə, R.Hacıyev Fransada yaşamaq fikrində deyil. Onun son dayanacağı məkan Hollandiyadır ki, o, həmin ölkədə "siyasi qaçqın" statusu almağa cəhd edəcək və çox yəqin ki, Hollandiyaya gedənə qədər "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid ona müəyyən "priyomlar" öyrədəcək.
Maraqlı və diqqətçəkici məqamlardan biri də budur ki, R.Hacıyevin Avropaya üz tutması onun, Q.Zahidin və digər bir neçə qəzet əməkdaşlarının AXCP sədri Ə.Kərimıli ilə aralarında kəskin narazılıqların yaşaması faktorudur. Daha dəqiq desək, maliyyə məsələsi ətrafında yaranan məlum intriqalar sonda öz bəhrəsini verdi və gözlənilən hadisə - parçalanma yaşandı. Artıq belə qənaətə gəlmək mümkündür ki, "Azadlıq" qəzeti öz fəaliyyətini tamamilə dayandıracaq, hətta elektron variantını da...
İctimai rəy zaman-zaman Ə.Kərimlinin "Azadlığ"a dəstək çərçivəsində səsli-küylü pul yığımı kampaniyaları aparmasını da xatırlayır
Ə.Kərimlinin "Azadlıq" qəzetinin yenidən çap olunması ilə bağlı irəli sürdüyü vədləri reallaşmayacaq. Halbuki ictimai rəy zaman-zaman Ə.Kərimlinin "Azadlığ"a dəstək çərçivəsində səsli-küylü pul yığımı kampaniyaları aparmasını da xatırlayır. Ancaq bu pulların qəzetin çapına yönəlmədiyi barədə də kifayət qədər faktlar mövcuddur. Bu səbəbdən, Kərimlinin sonrakı eyni "kampaniyaları" nəticəsiz qaldı, kimsə onun vədlərinə inanmadı.
O cümlədən, hazırkı məqamda da bənzər vəziyyət yaşanır və xarici təşkilatlardan əldə edilən gəliri bu dəfə Q.Zahid mənimsəyərək, iddia edib ki, Ə.Kərimli vəsaiti şəxsi mənfəətlərinə xərcləyəcək. Bu isə son deməkdir, "Azadlıq" qəzetinin sonu...
Daha bir amil isə "Azadlıq" əməkdaşlarının, o cümlədən, AXCP-də fəaliyyət göstərən ikinci ranq təmsilçilərinin Ə.Kərimliyə etimad bəsləməmələridir. Onlar da artıq belə bir iddia ilə çıxış edirlər ki, AXCP sədrinin "Azadlığ"a maraq göstərməməsi onun "hakimiyyətə işlədyi" mənasını daşıyır. Onlar iddia edirlər ki, Ə.Kərimli "Azadlıq" qəzetindən imtinasının müəyyən dairələrin diqqətindən qaçmayacağını güman edir və qarşılığında da pay umur.
Artıq o da bəllidr ki, nəşriyyata külli miqdarda borcu olduğu üçün "çətinliklər çəkdiyini" iddia edən Kərimlinin əvvəllər işlətdiyi bu fikirləri, sadəcə, bleflərdən, simulyasiyalardan ibarət olub.
"SATILIR" elanı, və ya Əli Kərimlinin qiymət yarlığı özü tərəfindən müəyyənləşdirilərək, boynundan asılıb
Ortaya daha bir maraqlı məsələ çıxır. Yəni bu, bir faktıdr ki, "Azadlıq" qəzetinin meydandan çəkilməsi, eyni zamanda, Kərimlinin siyasi meydandan çəkilməsi anlamını da daşıya bilər. Əgər belədirsə, demək, Ə.Kərimli müəyyən dairələr qarşısında özünü satışa çıxarıb. Əlbəttə ki, "Azadlıq" qəzeti ilə birgə. Hər halda, onun satqınçılıq və xəyanətkar bir xislətə malik olmasının nəticəsi axırda özünü də satışa çıxarmaqla nəticələnib. Eynilə bazarlarda satılan əşyaların üzərinə yazılmış "SATILIR" elanı kimi... Ə.Kərimli özünün qiymətini isə, çox yəqin ki, elə özü müəyyənləşdirərək, yarlığını boynunda asıb.
AXCP və "Azadlığ"ın müxalifətçilik "epoxasına" son qoyuldu
Bəlkə də Ə.Kərimlinin özü də anlamağa başlayıb ki, siyasi səhnədə heç kim onu qəbul etmir. Çünki 20 ildən artıq bir müddətdir ki, ənənəvi və radikal müxalifəti öz inhisarında saxlamağa çalışan, bu sahəyə yalnız biznes gözü ilə baxan, xüsusilə, son dövrlərdə mühacir biznesi kimi ticari sahə yaradan Kərimlinin siyasətə qətiyyən bağlılığı yoxdur. Vaxtilə AXCP-ni dağıdan Ə.Kərimli, indi də "Azadlığ"ı dağıtdı və bununla da, AXCP və "Azadlığ"ın müxalifətçilik "epoxasına" son qoyuldu. Burada isə, əslində, təəccüblü və şok doğuracaq heç nə yoxdur, sadəcə, ortada olan əlahəzrət faktlardır...
Rövşən NURƏDDİNOĞLU