PDF Oxu

Müxalifət

  • 2 727

Müxalifətdə yeni qalmaqal

image

ADP-nin İsa Qəmbəri "KQB agenti" aldandırmasının "tarixi"

Hələ bir neçə il bundan öncə (Rəsul Quliyev sədr olarkən), Azərbaycan Demokrat Partiyası ilə Müsavat partiyası arasında ciddi qalmaqallar yaşanmışdı. O zaman hər iki partiya arasında yaşanan dava-dalaşda bəstəkar Cavanşir Quliyevin adının hallanması xeyli suallar yaradırdı. Ancaq məsələnin əsl mahiyyəti çoxuna bəlli deyildi. Zaman keçir, bir çox mətləblərə aydınlıq gəlir. Necə ki, AXCP sədri Ə.Kərimli ilə İ.Qəmbər arasındakı "savaş"ın əsl səbəbi 25 il öncəyə gedib çıxır, lakin bu səbəblər son aylarda cəmiyyətimiz üçün açıqlandı. Mətləbə keçək! Bəstəkar C.Quliyev illər öncə həm Müsavatın, həm də ADP-nin himnini yazıb. Bu himnin hansı "ehtiyac"dan yazıldığı hər kəsə bəllidir, özünü "ana müxalifət"in rəhbəri adlandıran İ.Qəmbərin özünə və partiyasına "himn" yazırmaq ənənəsi hələ o vaxt bəstəkar C.Quliyevin qeyri-ciddiliyini ortaya qoymuşdu. Üstündən xeyli müddət keçib və indi aydınlaşır ki, ADP-Müsavat qarşıdurmasında C.Quliyevin adı nə üçün hallanırmış.

Yanvarın 27-də bəstəkar C.Quliyev mətbuata verdiyi açıqlamasında deyir: "Bir dəfə ADP-də yarızarafat demişdim ki, sizin partiyanın hər hansı bir hərəkəti xoşuma gəlməsə, himni geri çağıracam. Güldülər, elə bildilər zarafat eləyirəm. Üstündən bir müddət keçəndən sonra gördüm partiya funksionerlərindən biri dedi, İ.Qəmbər "KQB"-nin agentidir. Mən də dedim, İ.Qəmbərin "KQB" agenti olduğunu isbat eləyin. Dedilər, zamanı gələndə isbat edəcəyik. Dedim, onda mən də zamanı gələndə, himni sizə geri verərəm, mənim musiqimdən istifadə etməyinizi istəmirəm". Bəli, bundan sonra əsl "savaş" başlayıb. C.Quliyev baş verənləri İ.Qəmbərə danışıb, ardınca da ADP-çilərə qarşı "Yeni Müsavat"da "hücum"a start verilib. Çox keçmədi ki, R.Quliyevin ABŞ MKİ-sinə "iş"ləməsi ilə bağlı müxalifət qəzetlərində yazılar dərc olundu. Elə, öz növbəsində, İ.Qəmbərin "Lisa" ləqəbi ilə Sovet "KQB"-sinə "iş"ləməsi ilə bağlı ciddi iddialar da ortaya qoyuldu. C.Quliyevin "əgər İsa bəyin agent olması ilə bağlı fakt olsa, mən Müsavatdan da himni alacam" deməsindən bir müddət sonra bəstəkarla Müsavat rəhbərliyi arasında münasibətlər pisləşdi. Sən demə, İ.Qəmbərin, həqiqətən də, sovet "KQB"-sinə "iş"ləməsi ilə bağlı bəstəkarın qabağına fakt qoyulub. Təsadüfi deyil ki, elə bu hadisədən sonra C.Quliyev Müsavatla da bütün bağlarını qırdı. Bəstəkar bu gün deyir: "Əgər bu yolda Müsavat Partiyasının yanlış hesab etdiyim addımları olsa, təbii ki, himni onlardan da geri alacam". Ancaq əldə etdiyimiz dəqiq məlumatlara əsasən, C.Quliyev yazdığı himni Müsavatdan dəfələrə geri almaq istəyib, lakin istəyi baş tutmayıb. Bu gün onun bu cür danışması isə özünü "sındırmaq" istəməməsi ilə bağlıdır.

C.Quliyevin mətbuata verdiyi müsahibəyə ən tez münasibət bildirən ADP sədrinin qardaşı Qurban Məmmədov oldu. O, sosial şəbəkədə şəxsi səhifəsində yazır: "ADP-də heç kim İsa Qəmbərin DTK agenti olduğunu iddia etməyib. O vaxt şəxsən mən demişəm ki, Sülhəddin Əkbər mənə İ.Qəmbərin DTK ilə əlaqələri olması barədə məlumat verib". Məsələ aydın oldu, bağlar açıldı, desək, yanılmarıq. Artıq bəlli oldu ki, o vaxt C.Quliyevə "İ.Qəmbər "KQB" agentidir" deyən məhz Q.Məmmədov olub və məhz onun bu sözünə görə də himn geri alınıb. Eyni zamanda, Q.Məmmədovun "bunu mənə S.Əkbər deyib" deməsi məsələnin daha maraqlı tərəfini ortaya çıxarır.

Samir

Digər xəbərlər