PDF Oxu

Müxalifət

  • 2 620

“5-ci kolon” fəallarının planları baş tutmayacaq!

image

TEZİS ƏSASINDA

Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər yenidən dirçələcəklərini sanırlarsa, yanılırlar

Artıq kifayət qədər təsdiq olunub ki, Azərbaycan Prezidentinin məqsədyönlü və milli maraqlara cavab verən uğurlu daxili və xarici siyasəti Ermənistan və erməni diasporu başda olmaqla anti-Azərbaycan qüvvələri və onların sifarişlərini yerinə yetirən daxili anti-milli qrupları, "5-ci kolon" fəallarını ciddi şəkildə narahat edir, təlaşlandırır. Belə ki, həmin qüvvələrin uzun illərdir reallaşdırmağa çalışdıqları mənfur planları baş tutmadıqca, onlar daha çox pəjmürdə olur, siyasi cəhətdən sarsıdıcı məğlubiyyətlərə uğramağa davam edirlər.

Azərbaycan dövlətini, milli-dövlətçilik maraqlarını və xalqı hədəf götürməkdən belə çəkinmirlər

Lakin uğradıqları məğlubiyyətlərinə rəğmən, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək özlərini gündəmə gətirməyə cəhdlər edir, hətta öz çirkin niyyətlərinin gerçəkləşdirilməsi istiqamətində Azərbaycan dövlətini, milli-dövlətçilik maraqlarını və xalqı hədəf götürməkdən belə çəkinmirlər.

Əlbəttə ki, törətdikləri ürəkbulandırıcı əməlləri ilə heç nəyə nail ola bilməyən Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıdacaqlarını sanırlar. Halbuki, daha bir önəmli reallıqlardan biri də budur ki, hər zaman dövlətinə, iqtidara arxalanan, məhz inkişaf-quruculuq siyasətini dəstəkləyən xalq bu kimi qaragüruhçu, meydan təfəkkürlü siyasət dağarcıqlarını qeyri-ciddi qəbul edir, onların əməllərini rədd edir.

İsa Qəmbərin yenidən ortalığa çıxaraq özünü küçə uşağı kimi aparması normal düşüncəli ictimai rəyi hiddətləndirib

Bu arada ictimai rəydə uzun illərdir ki, yarımçıq aspirant kimi tanınan suyasi uğursuz, Müsavat partiyasının sabiq başqanı, müxtəlif gülünc cəhdləri ilə siyasət arenasında qalmağa çalışan İsa Qəmbərin yenidən ortalığa çıxaraq özünü küçə uşağı kimi aparması normal düşüncəli ictimai rəyi hiddətləndirib. Adi partiyasını parçalanmadan qurtara bilməyən, AXC-Müsavat birillik iqtidarı zamanı hakimiyyətdaxili intriqant olaraq müxtəlif cinayətlərə əl atan İ.Qəmbərin növbəti siyasi polyaçiliyi bir daha sübut edir ki, bu dəfə də onu danışdıran məhz ermənipərəst dairələrdir. Belə ki, nə elmdə, nə də siyasətdə arzuları baş tutmamış İ.Qəmbərin hər dəfə küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran ironiya ilə gündəmə gəlmək, mətbuata çıxmaq cəhdləri artıq hətta onun yaxınları və azsaylı tərəfdaşlarının məyusluğuna səbəb olur. Lakin o, necə deyərlər, öz "köhnə havasını çalmaqda" davam edir...

İsa Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biridir

Ümumiiyyətlə, bu günə kimi bir dənə də olsun səmərəli fikir və ideya müəllifi kimi diqqəti cəlb etməyən alayarımçıq laborant İsa Qəmbər bütün uğursuzluqlarının səbəbini özündə axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da cəmiyyəti çaşdıra biləcəyini düşünür. Halbuki, bayaq da qeyd etdiyimiz kimi, xəyanətkar AXC-Müsavat iqtidarı zamanı intriqantlığı ilə yadda qalan İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biridir.

Bu gün bəlağətlisayaq klounluq nümayiş etdirən İ.Qəmbərə və onu dəstəkləyən beş-on nəfər küçəbaz dəstəkçilərinə belə bir sual ünvanlamaq tam yerinə düşərdi: Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İ.Qəmbər kimiləri bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar?!

Axı bu gün az-çox siyasətlə maraqlanan istənilən azərbaycanlıya agahdır ki, müxalifətdə olduqları dövrdə İ.Qəmbər, Ə.Kərimli və s. bu kimi ünsürlərin bütün fəaliyyəti erməni lobbisindən, xarici fondlardan gələn sifarişləri icra etməyə, ictimaiyyəti çaşdırmağa, ölkə daxilində sabitliyi pozmağa, cəmiyyəti daim gərgin vəziyyətdə saxlamağa yönəlib.

Gah "tükçülük", gah "milli demokrat", gah da "liberallar"

Belə olan vəziyyətdə İ.Qəmbərin fürsətcillik edərək demək olar ki, bir neçə yerə parçalanmış Müsavatı gah tarixi Müsavatla eyniləşdirmək cəhdləri, gah da hansıas bir tarixi "müsavat ili" kimi insanlara sırımağa səy göstərməsi həqiqətən də ona və dəstəkləyicilərinə iztehzadoğu münasibət yaratmaqdadır. Halbuki, İ.Qəmbərin, yaxud da saxtakarlıq yolu ilə seçdirdiyi başqan Arif Hacılının ötən illər ərzində Müsavatda ciddi ideologiya formalaşdıra bilmədikləri də göz önündədir. Məsələn, gah Türkiyədə MHP-yə yaxın çevrələrə xoş gəlmək üçün "türkçülük", gah Əbülfəz Elçibəyin irsinə iddia etmək üçün "milli demokratiya", gah islamçı elektoratın səsini almaq üçün hacılıq, gah da Avropadan qrant almaq üçün "liberalizm" pərdəsinə bürünən bu dəstələr sonda hansı siyasi məzhəbə qulluq etdiklərini belə bilmirlər.

Dağıdıcı müxalifət başçıları öz mövcudluqlarına, bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə məhz Ümummilli Lider Heydər Əliyevə borcludurlar!

Təbii ki, onlar bütün bu kimi qeyri-ciddi addımları arxasında əsl həqiqətləri görməzlikdən gəlir, yaxud bu həqiqətləri həzm edə bilmədinə görə bu və ya digər şəkildə yayınmağa çalışırlar. Çünki dağıdıcı müxalifət başçıları öz mövcudluqlarına, bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə məhz Ümummilli Lider Heydər Əliyevə borcludurlar ki, hakimiyyətə gəldikdən sonra ölkənin parçalanmasının qarşısını almaqla yanaşı, həm də onları real ölümdən xilas etdi. Təəssüf ki, onlar bundan da düzgün nəticə çıxarmaq iqtidarında deyillər. Bu kimi hisslərə malik olmaq üçün insanda ən azından vicdan faktoru formalaşmalıdır. Təəssüf ki, ictimai rəy bu faktoru heç vaxt onlarda müşahidə etməyib…

Artıq nə İ.Qəmbər, nə Ə.Kərimli və digər bu kimi ünsürlər cəmiyyət tərəfindən qəbul olunmurlar. Onlar Azərbaycanın siyasi həyatından çoxdan siliniblər və yenidən dirçəlməkləri ümumiyyətlə mümkün görünmür.

Digər tərəfdən, onlar yenidən siyasi arenaya qayıdıb dağıdıcı fəaliyyətlərini bərpa etmək cəhdləri göstərəcəklərsə, onda hüquq-mühafizə orqanları əlbəttə ki, səlahiyyət çərçivəsinə daxil olan qanunamüvafiq tədbirlərni görəcəklər. Buna tam şəkildə əmin olsunlar!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər