AXCP bu il də növbəti "canfəşanlıq", "iradə" nümayiş etdirdi, cəbhəçilər əllərinə bayraq alıb, yollandılar düz Məmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən abidəsinə tərəf. Görün nə yazırlar: "Qarlı-şaxtalı havada möhtəşəm Rəsulzadə ziyarəti...". Məgər daş abidəni ziyarət etməyinizi sizlərdən tələb edənmi var? Özünüzü belə "möhtəşəm" hiss edirsinizsə, heç olmasa, ildə bir dəfə Ankaraya gedib Rəsulzadənin məzarını ziyarət edin. Bu cür təqdimatlarla, manşetlərlə heç kimdə zərrə qədər narahatlıq yaratmır, ancaq sizləri daha dərin uçuruma yuvarlayır. Bu gün Novxanıya gedib Rəsulzadənin abidəsini ziyarət edənlər, şəhərə geri dönən kimi, gələcəkdə icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasını tələb kimi ortaya qoyurlar. Gülməlidir! Onların hansı gələcəkdən danışdıqları 25 ildir cəmiyyətimizə bəllidir, yəni o gün gəlməyəcək! Özünü Nelson Mandella ilə, Şarl De Qolla müqayisə edən Əli Kərimlinin Rəsulzadəni ömrü boyu "lider" kimi qəbul edəcəyinə inanırsınızmı? Rəsulzadəni də mənimsədilər, AXCP rəhbərliyi özünü elə aparır ki, sanki Rəsulzadə onlara məxsusdur. Bu, nə xəstə təxəyyüldür!? Yanvarın 31-də Novxanıda maraqlı hal yaşanır. Deməli, Müsavatın bir nəfər "kəşfiyyat"çısı heykəlin arxasında durur, Ə.Kərimli abidəni ziyarət edib gedəndən sonra bu "kəşfiyyat"çı müsavatçılara zəng vurur ki, getdilər, gəlin. Sonra da Müsavat ziyarətə gəlir, bunlar da gedəndən sonra KXCP sədrinin "vilis"i heykəlin yanında görünür. Yəni bu adamlar Rəsulzadənin abidəsini ziyarət etmək məsələsində belə, bir yerdə ola bilmirlər, hətta bu məsələdə belə fərqli fikirlərə malikdirlər. Sanki dava gedir ki, Rəsulzadəni müsavatçılar çox istəyir, yoxsa cəbhəçilər! Ə.Kərimlini uşaq kimi yanında saxlayıb, layiq olmadığı vəzifəni ona bəxşiş eləyən Elçibəyin şəkli artıq onun başının üstündə yoxdur. Deyilənə görə, Nurəddin Məmmədli, bir müddət öncə, Müsavatın qərargahında imiş, görüb ki, Elçibəylə Rəsulzadənin şəkli qoşa asılıb. Dərhal etiraz edib, tələb irəli sürüb ki, hər kəs öz liderinin şəklini başının üstündən assın. Keçən il yanvarın 31-də bu Nurəddin Rəsulzadənin abidəsi önündə küyə düşüb, "istefa" qışqırmışdı.
Yəqin xəbərdarsınız ki, Tramp ötən həftə 7 müsəlman dövlətinin- İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ABŞ-a daxil olmalarının qadağan edilməsi barədə fərman imzalayıb. Mənə maraqlı gələn nədir!? Tramp bu fərmanı imzalayan gün "Human Rights Watch
" təşkilatı bəyanat hazırlayıb, Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe sərgilədi. Bu təşkilatlar Azərbaycandan başqa heç yeri görə bilmirlərmi? Yaxud Trampın azyaşlı uşağın həbsi ilə bağlı birbaşa tapşırıq verməsi necə, sizləri qıcıqlandırmadımı?
Eşitdiyimə görə, Mehman Hüseynov qardaşı Emindən küsüb. Səbəb də odur ki, Emin Mehmanı tənqid edib. Deyib ki, Mehmanda peşəkarlıq yoxdur, söyüşlər yazır, onda çox vaxt ölçü hissi olmur. Eminin bu fikirləri qardaşının xətrinə necə dəyibsə, əməlli-başlı küsüb. Adamın Allahı olar, Emin bu məsələdə düz danışır, həqiqətən də, insanda ölçü hissi olmalıdır ki, yağış yağanda lotkaya minib, özünü bambılı yerinə qoymayasan. Yaxud kiminsə 20 min manatlıq maşının fotosunu çəkib altından "1 milyonluq maşın" yazmağının nə anlamı var? Bu bədbəxt bir dəfə deyirdi ki, fiulankəsin maşınının diskiləri qızıldandır. Bax, belə qeyri-ciddi adamları "məşhur"laşdırmaq da elə bizim cəbhəçilərə yaraşar.
Samir