"İsa Qəmbər məni özünə müşavir təyin etməklə, seksual inqilaba dəstək verdiyini açıq şəkildə nümayiş etdirdi. O istəyirdi ki, bu təbəqədən olan gəncləri öz ətrafına toplasın". Bu fikirlər Əli Əkbər kimi tanınan "yazıçı" Ələkbər Əliyevə məxsusdur. Həmin Ə.Əkbər ki, bir müddət öncə Yerevanda keçirilən, Azərbaycan əleyhinə hazırlanmış "Qarabağ münaqişəsi: tarix və müasirlik" adlı beynəlxalq konfransda iştirak edirdi. Ə.Əkbər konfransa İsveçrədən dəvət olunsa da, ancaq Azərbaycan nümayəndəsi kimi təqdim edilmişdi. Necə deyərlər, sapı özümüzdən olan bu balta konfransda Azərbaycan haqqında nə qədər şər, böhtan var idisə, hamısını səsləndirmişdi. Ə.Əkbərin Azərbaycan haqqında söylədiyi fikirlərə görə, mətbuat İ.Qəmbərin münasibətini öyrənmək istəmişdi. Elə biri mən. "SƏS" qəzetinin əməkdaşı olduğumu deyən kimi, İsa bəy "siz kimsiniz ki, mənə zəng edirsiniz, mən "SƏS" qəzetinə açıqlama verməyəcəm" deyərək, həm öz "demokratik"liyini nümayiş etdirdi, həm də dolayısı ilə Ə.Əkbərə dəstək vermiş oldu. Yanılmamışdım. Bəli, İ.Qəmbər "musavat.com"a açıqlama verərək, Ə.Əkbərin Yerevandakı konfransa qatılmasında pis heç nə görmədiyini bəyan etmişdi. Ancaq hər şey bununla bitmədi. Zalımın zülümkarı yanında olar deyiblər. Üstündən bir neçə gün keçəndən sonra Ə.Əkbər Yerevanda keçirilən konfransdakı iştirakına görə, onu qınayanlara məsləhət görmüşdü: "Yaxşı olardı ki, İsa bəyə də bu qınaqları tuşlayasınız...". Əcəba, nə baş verirdi!?
. "İsa bəyin istənilən adam dediyi "terrorçu, təxribatçı" Fəxrəddin, istənilən yer dediyi isə Ermənistan idi"
Ancaq bir müddət sonra ortaya çıxdı ki, Ə.Əkbər konfransda özünü guya separatçıların "qəhrəmanı" hesab edən Fəxrəddin Aboszadə ilə xüsusi görüşlər keçirib. O Fəxrəddinlə ki, "babası" Əlikramın artıq beli qırılıb və bütün "yükü" çiyinlərinə o götürüb. İ.Qəmbər Ə.Əkbərin özünü separatçıların "qəhrəmanı" hesab edən Fəxrəddinlə görüşünü də maraqlı şəkildə şərh etmişdi. Bildirmişdi ki, burda qeyri-adi heç nə yoxdur, istənilən adamla, istənilən yerdə görüşə bilərik. İsa bəyin istənilən adam dediyi "terrorçu, təxribatçı" Fəxrəddin, istənilən yer dediyi isə Ermənistan idi. Günel Mövludun Müsavatdakı məlum olaylarından sonra Ə.Əkbər yaman incimişdi. Gülağa Aslanının başqanından fərqli mövqe sərgiləyib, Ə.Əkbəri ittiham etməsi vəziyyəti qəlizləşdirmişdi. G.Aslanının bütün acığını İ.Qəmbərdən çıxan Ə.Əkbər deyirdi: "Mənim Fəxrəddinlə görüşümü qınayan, özünü müxalifət adlandıran bəziləri görəsən iqtidarda olan zaman nə üçün Əlikram Hümbətovun əlindən öpürdülər?" Pis cavab deyildi! Siyasi ambisiyalarını hər şeydən üstün tutan, bütün mənəvi dəyləri maddi tullantılıara qurban verən İ.Qəmbər üçün tutduğu yolda erməni ilə də qardaşlıq etmək qəbahət deyil. İqtidara gəlmək üçün transseksualların dəstəyini qazanmaq üçün Ə.Əkbəri özünə müşavir təyin edən İ.Qəmbər xüsusi firqələr yaratmağa cəhd edirdi. Məsələn, bakirəliyi, uşaq doğmağı, ömrünün sonuna qədər bir ərdə qalmağı ağılsızlıq sayan G.Mövlud onun üçün əsl "ana" obrazı idi. Ancaq özünü M.Ə.Rəsulzadənin siyasi "varisi" hesab edən bu "siyasi fırıldaqçı"ya da cəmiyyət özü layiq olduğu münasibəti göstərib.
Samir