PDF Oxu

Müxalifət

  • 2 585

Gənclər Müsavata qarşı etiraz aksiyası keçirdilər

image

Dünən Müsavat partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirilib. "SƏS" qəzetinın məlumatına görə, 500-ə yaxın gənc Müsavat rəhbərliyinin, İsa Qəmbərin Novxanıda keçirilən tədbirdəki çıxışına etirazını bildirib. Aksiya zamanı "İsa Qəmbər şərəfsizlik simvoludur!", "İsa Qəmbər uğursuzluq simvoludur!", "İdarəçiliyini gördük, daha hərc-mərclik istəmirik", "Sən artıq tarixin zibilliyinə atılan siyasi meyitsən!", "Ar olsun!", "Natamam elmi işçi və uğursuz siyasətçi müasir gəncliyə hansı nümunə göstərə bilər?", "Müsavat irsi ilə, M.Ə.Rəsulzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!", "Sən nəinki ölkəni, heç kolxozu da idarə edə bilməzsən!", "Kreslo hərisi, kabineti niyə tərk etmirsən?!", "İsa Qəmbər, cavab ver! Torpaqları satan şərəfsiz! Bir il hakimiyyəti dövründə torpaqların 20 faizini satan alçaq", "Azərbaycan torpaqlarını işğal edənlərdən biri də İsa Qəmbərdir", "Hakimiyyətdə olduğun dövrdə 7 nəfəri güllələtdirən satqın!", "Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!", "Milli satqın!", "Çıx, Azərbaycan gəncliyinə cavab ver!" kimi şüarlar səsləndirilib.

Aksiya zamanı iştirakçılara hücum olub. Belə ki, Müsavat qərargahında olan AXCP sədri Pənah Hüseyn aksiyaçıların qarşısına çıxaraq, gəncləri ağır söyüşlərlər təhqir edib. Həmçinin, Elman Həsənov adlı müsavatçı gənclərin üstünə hücum çəkərək, Azərbaycan dövlətin əleyhinə fikirlər səsləndirib. Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə qərargahın balkonuna çıxaraq, aksiya iştirakçılarının ünvanına söyüşlər səsləndirirdi. O, Müsavatın gənc üzvlərinə zəng edərək, təcili şəkildə partiyaya gəlmələrini tələb edirdi.

Samir

Digər xəbərlər