PDF Oxu

Müxalifət

  • 2 203

Müxalifət "Siyasi partiyalar haqqında qanun"un tələblərini pozur

image

Mais Səfərli: "Müxalif partiyalar ideya ətrafında yox, şəxsiyyət ətrafında formalaşıb"

Dağıdıcı müxalifət liderləri fəaliyyət göstərdikləri bu illər ərzində heç bir ictimai dəstək əldə edə bilməyiblər. Bunun da səbəbi onların qrup maraqlarından çıxış etmələri və xarici maraqlı qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır. Bu kimi qüvvələr QHT-lərin vasitəsi ilə xaricdən maliyyələşir. Ona görə də, radikalların xaricdən aldıqları pozucu təlimatların iflasa uğrayacağı şübhəsizdir. "Yurddaş" partiyasının sədri Mais Səfərli qəzetimizə açıqlamasında bildirdi ki, radikal müxalifət partiyalarına toplaşan şəxslər hesab edirlər ki, əgər bu partiyaya rəhbərlik edən liderlər gedərsə və ya əvəzinə yenisi gələrsə, bu partiyanın tamamilə dağılaraq məhv olmasına səbəb olacaq. M.Səfərlinin sözlərinə görə, müxalifət qüvvələrinin xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında" qanunun tələblərinə ziddir. Bir sözlə, ölkədə fəaliyyət göstərən partiyaların xarici qüvvələr tərəfindən maliyyələşməsi heç də yaxşı bir hal deyil. Çünki bu partiyaları maliyyələşdirən həmin xarici qüvvələr Azərbaycanın inkişaf etməsini istəməyən və hər zaman ölkəmizə qarşı qısqanclıq hissi ilə yanaşan qüvvələrdir. Bir sözlə, heç kəs pulu başqalarına elə-belə vermir. Yəni xarici qüvvələr bu partiyalara maliyyə yardımlarını edəndə, müəyyən şərtlər daxilində verirlər. Bu baxımdan, biz partiya rəhbərləri tərəfindən bəzi partiyaların xaricdən maliyyələşməsinin əleyhinəyik. Partiya sədri, sonda onu da qeyd etdi ki, Azərbaycanda olan müxalif partiyalar ideya ətrafında yox, şəxsiyyət ətrafında formalaşıb. Həmin partiyalar ətrafında toplaşan şəxslər, hesab edirlər ki, əgər bu partiyaya rəhbərlik edən lider gedərək yerinə yenisi gələrsə, bu partiya tamamilə dağılaraq, onun məhv olmasına səbəb olacaq. Ona görə də, yaxın gələcəkdə, hesab etmirəm ki, hər hansısa bir partiyada rəhbərin özündən dəfələrlə gənc bir şəxs ilə əvəz edilməsi prosesi baş versin. Partiya sədri qeyd edərək bildirdi ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti radikal müxalifət düşərgəsində təmsil olunan şəxsləri adlarını belə tanımır: "Çünki həmin düşərgədə olan şəxslər öz limitlərini başa vurublar. Ümumiyyətlə, bir çox qüvvələr var ki, onlarında istəkləri ölkədə hər hansı bir xoşagəlməz hadisələr yaratsın. Amma heç vaxt həmin qüvvələrin istəkləri baş tutan deyil. Çünki Azərbaycan cəmiyyəti 25 il bundan əvvəlki cəmiyyət deyil. Yəni bu gün Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmağı bacırır."

GÜLÜANƏ

Digər xəbərlər