PDF Oxu

Müxalifət

  • 2 244

Müsavat və AXCP niyə hesabat vemir?

image

"Normal insan səhərdən-axşama qədər bütöv ili ADP-nin ofisində oturub "ictimai əsas"la işləyərmi?"

Azərbaycanda özlərini "ana müxalifət" adlandıran partiyaların illik maliyyə hesabatları verməməsi onların ciddi təşkilatlanmaya, sosial bazaya və mütərəqqi fəaliyyətə malik olmadıqlarının göstəricisidir. Təsəvvür edin ki, həm Müsavat, həm də AXCP-dən illik maliyyə hesabatları tələb olunanda, müxtəlif bəhanələr gətirərək, dövlətin ünvanına yersiz ittihamlar səsləndirirlər. Bunu daha çox "pul"suzluq və "imkan"sızlıqla əlaqəndirən adıçəkilən partiyaların funksionerləri bir çox məqamları unudurlar. Söhbət təkcə AXCP və Müsavatdan getmir, bu məsələyə qayıdacağıq. Eyni zamanda, Azərbaycan Demokrat Partiyasının, Klassik Xalq Cəbhəsi Partiyasının müxtəlif bəhanələrlə hesabat verməkdən yayınmaları onların fəaliyyətlərin qeyri-şəffaf olduğunu bir daha göstərir. Məsələn, Mətbuata verdiyi açıqlamada rəhbərlik etdiyi partiyanın bir qəpik pulunun olmadığını iddia edən S.Cəlaloğlu Təbriz küçəsində (köhnə Çapayev) yerləşən ADP-nin aylıq ofis xərclərini necə ödəyir? O, Həsrət Rüstəmova aylıq 800 manat maaşı necə verir? Eyni zamanda, ofisin daimi 6 işçisinin (ictimai əsaslarla deyil) maaşlarını kim verir? Bütün bu sualları verəndə, əsas gətirirlər ki, guya işçilər ictimai əsaslarla işləyirlər. Ağlı başında olan normal insan səhərdən-axşama qədər bütöv ili ADP-nin ofisində oturub "ictimai əsas"la işləyərmi? Əlbəttə ki, xeyr! Oğlunun Almaniyada bezneslə məşğul olduğunu dəfələrlə xatırladan S.Cəlaloğlu hər ay bankdan çıxartdığı pulları hara xərcləyir? İki qəzet çıxaran bu adam qəzetləri necə maliyyələşdirir? Məmurları bahalı maşın sürməkdə ittiham edən S.Cəlaloğlu "Prado" markalı maşını hansı pillə alıb və sürücünü hansı pulla saxlayır? Bütün bu suallar açıq qalır. Eyni suallar Mirmahmud Mirəlioğluna da yönəlir, ancaq cavablar eynidir. M.Mirəlioğlu partiyanın üzvlük haqlarının yığılmasını, bircə gün belə gecikməsinə imkan vemir. Bəs bu pullar nəyə sərf olunur? Yaxınlarınızın adlarına yaratdığınız qeyri-hökumət təşkilatlarının hesablarına xaricdən köçən pulları gizlətmək sizin "şəffaf"lığınıza dəlalət eləmir axı.

"Mühafizəçilərə, sürücülərə, bahalı maşınlara, villalara sahib və "ağla"yan "lider"lər"

4 mühafizəçi, 2 sürücü saxlayan AXCP sədri Əli Kərimlinin böyük məbləğdə pulları necə əldə etdiyi hər kəsə bəllidir. Vaxtilə bankda işləyən qaynı vasitəsilə xaricdən köçürülən pulların taleyi kimə bəlli deyilsə, bizə agahdır. Hesab nömrəsindən tutmuş, hansı bankdan, saat neçədə çıxarılması ilə bağlı yazılar dərc etmişik. Ə.Kərimlinin Dübəndi kəndindəki villası, obyektləri, sürdüyü bahalı maşınların necə əldə edildiyi bütün sualların cavabını aydınlaşdırır. İsa Qəmbərin oğlu Turqut işləməsə də, hər gün "Molokan" bağında 100 manatlıq "şot" verir. 2 mühafizəçi, 1 sürücü də o saxlayır. Hələ ofislərində işləyib, pul alanları demirik. İ.Qəmbər bir neçə gün öncə, iqtidar deputatlarını bahalı maşınlar sürməkdə ittiham edirdi. Ona ən yaxşı cavab kimi millət vəkili Tahir Rzayevin fikirlərini xatırlatmaq olar: "Təsəvvür edin ki, İsa Qəmbərin, Əli Kərimlinin bahalı avtomobilləri, evləri, villaları, ofisləri, hətta cangüdənləri belə var, ancaq mənim yoxumdur, 16 ildir ki, marşrutla gəlib-gedirəm. İndi nə olsun ki, yoxumdur, buna görə dövlətə qarşı çıxmaq olarmı? Əlbəttə ki, xeyr. Biz şükr etməliyik ki, müstəqil və sabit Azərbaycan dövləti var. Bu dəyərləri hər zaman üstün tutmalıyıq". Heç bir təhsili, siyasi savadı olmayan Müsavat başqanının müşaviri Səxavət Soltanlının nə işlə məşğul olduğunu araşdırsanız, ümumilikdə, Müsavat rəhbərliyinin nə üçün "ağla"dığının şahidi olarsınız. Yollanın, Qaradağ rayonunun Qobustan qəsəbəsinə, ona məxsus sıralama obyektləri ("zapçast" dükanı, pivəxana, çayxana, ərzaq mağazası və s.) şahidi olun. Hələ arendaya verdiyi dəyəri yüz min manatlarla qiymətləndirilən texnikaları demirik. İ.Qəmbər müşavirindən pismi yaşayır!? Bu qədərmi absurd!?

Samir

Digər xəbərlər