Uzun müddət səsi-sorağı olmayan Müsavatın keçmiş başqanı İsa Qəmbər M.Ə.Rəsulzadənin doğum günündə Novxanıya gedərək boğazdan yuxarı danışması gözlənilən idi. Çünki hər il olduğu kimi, İ.Qəmbərin yenə də eyni pafosla çıxış etməsi gözlənilən idi. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sözügedən məsələ ilə bağlı bildirib ki, İ.Qəmbər M.Ə.Rəsulzadənin çıxışının əksini deyir: "İ.Qəmbər və Ə.Kərimli kimlər şəxsi mənafelərini güdürdülər. Qərbin, Şimalın və Cənubun nüfuz müvəkkilliyinə alışmış bu satqınlar özlərini xarici dairələrə sırımağı hər şeydən üstün tuturlar. Çünki İsa Qəmbər satqın, Əli Kərimli isə pulgirdir. Satqınla pulgir isə heç vaxt birgə yol gedə bilməzlər. Onlar birgə xalq üçün mübarizə aparmayıblar. Onların məqsədləri özləridir. Bunların yaranma tarixlərinə baxın da. Mən nazir olduğum vaxtlardan bilirdim ki, bunlar kimdirlər və nə oyunlardan çıxırlar. Əvvəl də deyirdim ki, bu insanlar vətənə, millətə xəyanət edirlər. İ.Qəmbər və Ə.Kərimli təxribatçılıqla məşğuldular və millətin inamından istifadə edirlər. Müsavatçılıqla məşğul deyillər. Bir-iki nəfər həmin partiyada ayağa qalxırsa, həmin insanlara şər atırlar. Burda nə Müsavatçılıq? Biz İsa Qəmbəri tanımırıqmı? O tarix boyu satqın olub. Onlar həm daxildəki həm də ki, xaricədki qüvvələrə satılıblar".
H.Hacıyev onu da bildirib ki, bütün bunların hər biri Azərbaycan cəmiyyətinə bəllidir: "İsanın öz yerinə qoyduğu adam da eynilə özünün tayıdır. Bu gün biz vətəndaş kimi hamımız dövlət başçısının əmrinə müntəzir dayanmalı və onu dəstəkləməliyik. Çünki bu, bizim borcumuzdur. Amma A.Hacılı və İ.Qəmbər kimilər illərlə çörək kəsdiyi adamlara həmişə xəyanət ediblər. Onlar heç zaman Azərbaycanda sağlam müxalifətin olmasına da imkan verməyiblər. Çünki bu adamlar ancaq özlərini düşünürlər".
R.HÜSEYNOVA