PDF Oxu

Müxalifət

  • 2 360

Təranə Kərimova: "İsa Qəmbər daim ermənipərəst qurumların əlində oyuncaq olub"

image

"İsa Qəmbər siyasi fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Bu xəstəlik onda sağalmazdır və gündəmdə qalmaqdan ötrü əsassız və məntiqsiz ifadələr işlədərək, ictimaiyyətin diqqətini özünə cəlb etməyə çalışır. Ancaq görünyü kimi, yenə də yanılır". Bu fikirləri "SƏS"ə Yeni Azərbaycan Partiyasının Səbail royon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova Müsavatın keçmiş başqanı İ.Qəmbərin son günlər yenidən üzə çıxaraq siyasi dividend axtarmasına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, İ.Qəmbər bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq, istənilən anti-Azərbaycan qüvvələrinə yarınmaq işinə baxıb: "Bilirsiniz, bu adam artıq 24 ilə yaxındır ki, ətrafında alqı-satqı cəmiyyəti qurub. O, iddia edir ki, 2018-ci il guya "Müsavat ili" olacaq. Sağlam düşüncəli, normal insanlar onun bu tipli bəyanatlarını yalnız istehza və gülüşlə qarşılayırlar. Bir insan ki, iki onillikdən çox bir müddətdə hakimiyyət davası edib, arzularını reallaşdırmağı bacarmayıbsa, bir insan ki, öz partiyasını parçalanmalardan, qopmalardan, kütləvi istefalardan, kəskin narazılıqlardan qoruya bilməyibsə, onun bəlli iddiası necə gerçəkləşə bilər? Biz İ.Qəmbərin guya "demokratik addım" ataraq necə "qurultay" keçirdiyini, həmin "qurultayda" saxtakarlıq, qeyri-demokratik yollarla A.Hacılını başqanlığa necə gətirdiyini də gördük. Bu gün əksər müsavatçılar ondan uzaqlaşıb, özlərinə yeni siyasi təşkilatlar yaradıblar. Ətrafında isə yalnız beş-on nəfərlik partiyadaxili klan qalıb. Sual edə bilərik ki, sən hansı cürətlə belə böyük iddialarla çıxış edib, xəyallara qapılırsan? Bəli, onu "cürətə" gətirən erməni lobbisinin pullarıdır!"

T.Kərimova bildirib ki, əgər bu gün İ.Qəmbər, eləcə də, digər dağıdıcı müxalifət qruplarının dırnaqarası liderləri rahat-rahat danışırlarsa, bütün bunlara görə, Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıdırlar: "Əgər Ulu Öndər öz böyüklüyünü göstərməsəydi, bu gün nə İ.Qəmbər, nə A.Hacılı, nə Ə.Kərimli, nə də digər bənzər ünsürlər ortalıqda olmazdılar. Çünki xalq hələ 1993-cü ildə bu şəxslərə qarşı öz kəskin hiddətini və nifrətini bildirirdi. İndi bunlar həmin vaxtları ya unudublar, ya da xatırlamaq istəyində deyillər. Yaşxısı budur, həmin tarixi reallıqları xatırlayıb xalqdan utansınlar".

"İ.Qəmbəri Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların və qurumların əlində həmişə oyuncaq olub"-deyə vurğulayan T.Kərimlinin sözlərinə görə, ümumiyyətlə, İ.Qəmbər daim Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib: "Bu gün hər şey ortalıqdadır. Artıq bir neçə prezident seçkisi baş tutub, xalq öz Liderini seçib, ancaq bu adam hələ də çayxana, küçə söhbətləri edərək, kimlərəsə yarınmağa cəhdlər göstərir."

"Ümumiyyətlə, milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar. Xalqa belə siyasətbazlar heç vaxt lazım olmayıb"-deyən YAP Səbail rayon qadınlar şurasının sədrinin fikrincə, qısa zamanda bu ünsürlər düşdükləri bataqlıqda siyasi ölümün yaxasında qurtula bilməyəcəklər.

T.Kərimova onu da bildirib ki, bu gün dünyada baş verən qlobal sosial-iqtisadi və siyasi problemlərə baxmayaraq, Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev daim xalqının yanındadır, ölkənin inkişafı, xalqının rifah halının daha da yaxşılaşdırılması istiqamətində gecə-gündüz əzmlə çalışmaqdadır: "Bu gün ölkəsini, Vətənini, dövlətçilik maraqlarını qoruyan, sevən hər bir azərbaycanlı, məhz öz Prezidentinin ətrafında sıx birləşib, Azərbaycanın tərəqqisi, inkişafı üçün Ona dəstək olmaqda davam edir. Bu baxımdan, küçə müxalifətinin haradasa hər hansı cılız, məntiqsiz fikirlər söyləməsi, iddialarla çıxış etməsi kimsənin, xüsusilə, xalqımızın marağında olmayıb, olmayacaq da".

R.HÜSEYNOVA

Digər xəbərlər