PDF Oxu

Müxalifət

  • 2 583

Ömürlərini xatirəyə çevirməkdən zövq alanlar

image

Və ya "Nida"nın 6 yaşının düşmən qonaqları

Fəaliyyətini anti-azərbaycançılıq istiqamətində quran, peşəsiz, işsiz-gücsüz, "siyasi mühacir", "siyasi məhbus" olmaqdan ötrü sino gedən bir neçə gəncin yığnağından ibarət olan "Nida" 6 yaşını qeyd edib. Olmayan bir şeyin yaşını qeyd etməyin özü nə qədər gülməli olsa da, "Nida"çılar belə şeyləri düşünməzlər, utanmazlar. Sırğalı, cırıq şalvarlı, bığlarını qırxıb üzünün tükünü tülkü quyruğu kimi uzadan, eyni cinsli insanlarla evlənməyin tərəfdarı olan "Nida"çıları Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilk dəfə görəndə, "adam öncə kişi olmalıdır" demişdi və bu gədələri qabağına qatıb qovmuşdu. Pis deməyib ki, düz deyir də. Adının Rüstəm, İlkin, Sənan, Qulu, Arif və Məsud olması hələ hər nəsnədən xəbər vemir. Nə isə, mətləbə keçək!

"Nida"çılar yaşlarını qeyd etmək üçün yığışıblar Müsavatın qərargahına. "maraqlı" adamlar iştirak ediblər: Müsavat başqanı A.Hacılı, "Strateji Düşüncə Mərkəzi"nin sədri İ.Qəmbər, AXCP sədri Ə.Kərimli və s. Elə buna görə də, tədbirdə "maraqlı" anlar yaşanıb. Çıxış etmək üçün Ə.Kərimlidən sonra söz alan İ.Qəmbər başqan elədiyi A.Hacılıya xeyli təpinib. VHP funksioneri Samir Əsədlinin orda olması bir neçə nəfərin tədbiri tərk etməsi ilə nəticələnib. Üstündə narkotik tutulan Qiyasın valideynlərini də çağırıb, növbəti "siyasi dividend" əldə etməyin "VALİDEYNSAYAĞI" metodlarını saf-çürük ediblər. Ə.Kərimli çıxış edəndə, İ.Qəmbər telefonla qurtdalanırdı, İ.Qəmbər çıxış edəndə isə, Ə.Kərimli yanındakılarla zarafatlaşıb deyib-gülürdü. Ən diqqətçəkən məqam isə Xədicə İsmayılın AXCP sədrinin salamını almaması olub. Çıxış edən İsgəndər Həmidovun ümidsiz, çarəsiz fikirləri hər kəsi haldan- həvəsdən salıb. Axı bu adamların yolunda işıq və ümid necə ola bilər? Qısası, İ.Həmidov öz çıxışında "özünüzü aldatmayın" mesajını verdi. Jurnalist Zamin Hacının nə danışdığını isə nə özü başa düşdü, nə də təbdirdəkilər. Yazdığını hər adam danışa bilsə idi, nə var idi! Əlqərəz! Çıxışlardan sonra xatirə şəkilləri çəkilib və tort kəsilib. Bütün ömürlərini xatirəyə çevirməkdə zövq alan adamlar... "Nida"çılar da gələcəyin isaları, əliləri, arifləri, isgəndərləridirlər. Uzaq olun! Ömrü boyu müxalifətdə olub xatirə şəkilləri çəkdirib, tort kəsməklə qürrələnəcəklər.

Samir

Digər xəbərlər