PDF Oxu

Müxalifət

  • 2 549

Müsavat islamofob dairələrin diqqətini cəlb etmək istəyir

image

Yaxud İsa Qəmbər IV İslam Həmrəyliyi Oyunlarını hədəfə almaqla yeni qrant və maddi-siyasi dəstək axtarışına çıxıb

Bu il artıq Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümü qeyd olunacaq. Ötən müddət ərzində ölkəmizin bütün sahələri transformasiya prosesini yaşayıb. Bu dövr ərzində yoxsulluq və işsizlik 5 faizə düşüb, bir milyondan çox yeni iş yeri açılıb, ölkəmiz rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 37-ci yerdədir. Bununla yanaşı, bütün dünya Azərbaycanı BMT TŞ üzvü kimi tanımağa fürsət tapdı. Təbii ki, bu sırada milli siyasi məkanda qərar tutmuş siyasi qüvvələr də müəyyən dəyişikliklərə uğrayıblar. Lakin demokratik cəmiyyətlərin ayrılmaz atributu sayılan müxalifətçilik institutu inkişaf proseslərindən kənarda qalmaqla parçalanıb, daha da radikallaşıb, siyasi mübarizədə ardıcıl məğlubiyyətlərə uğrayaraq, sivil siyasi mübarizə dəyərlərindən uzaq düşüb. Müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yalnış siyasi taktika və strategiya əsasında fəaliyyətin qurulması, müxalifətçilik institutunun radikal kəsiminin müasir çağırışlarla ayaqlaşa bilməməsi onların sosial potensialını hər gün sürətlə itirməsinə səbəb olub. Əlbəttə ki, Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, məhz onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq xarici siyasi-maddi köməkliyə arxalanmasını göstərmək olar. Radikal müxalifət hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin, həmçinin, xarici qüvvələrin "xeyir-duası"nın olmasına baxmayaraq, uğur qazana bilməməsinin səbəblərini elmi-siyasi təhlil etmədiyindən, eləcə də, mənəvi-intellektual resursları hər gün tükəndiyindən milli-siyasi məkanın autsayderinə çevrilir. Bu sırada isə, təbii olaraq, Müsavat və AXCP-ni göstərmək olar.

Son günlər ərzində ictimaiyyət Müsavat partiyasının daha çox diqqəti cəlb etmək üçün üzdə fəallaşdığının şahidi olur. Bunun səbəbləri, təbii ki, hər kəsə bəllidir. Azərbaycanda may ayında I İslam Həmrəyliyi Oyunları keçiriləcək. Məhz bundan istifadə edərək, İsa Qəmbər islamofob dairələrin diqqətini cəlb etməklə, yeni qrant layihələrini əldə etmək niyyətindədir. Bununla bərabər, bir fakt da aydındır ki, Müsavat partiyasının bu cür cəhdləri də, hər zaman olduğu kimi, iflasa uğrayacaqdır. Çünki ictimaiyyət yaxşı bilir ki, İ.Qəmbər kimdir və Müsavat partiyası hansı maraqlara xidmət edir.

İ.Qəmbər türk-müsəlman düşməni, əli xalqımızın qanına bulaşmış erməni təəssübkeşi Mixail Qorbaçovun ötən əsrin 90-cı illərində respublikamıza məqsədli şəkildə göndərdiyi Viktor Polyaniçkonun əli ilə, dünyanın məşhur kəşfiyyat idarələrinin kabusu olan sovet "KQB"-si tərəfindən yaradılan "Gənc Alimlər Klubu" vasitəsilə siyasətə gətirilib. Ona görə də, 1990-cı ildə əliyalın xalqı şər imperiyasının təpədən-dırnağa qədər silahlanmış əsgərlərinin, zirehli maşın və tanklarının qarşısında köməksiz qoyaraq, qaçıb gizləndiyinə görə xalqımız səni heç zaman bağışlamayacaq.

Erməni daşnakları öz havadarlarının köməyi ilə Qarabağı işğa edərkən, Şuşada, Laçında qanlı döyüşlər gedəndə, İsa Qəmbər və tərəfdarları düşmənin qarşısında dayanmalı olan tankları, topları Bakıda Ali Sovetin binası önünə gətizdirib, hakimiyyət davası edirdi. O, 1992-ci ildə xalqın inamından sui-istifadə edərək, hakimiyyəti zəbt etdikdən sonra səriştəsiz idarəçiliyilə, nadan, cahil, xəyanətkar əməllərilə Azərbaycanı uçuruma yuvarlatdı. Ölkəni parçalanmaq, dağılmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu, xalqın, dövlətin malını su qiymətinə yad bazarlarında satıb ciblərini doldurdu. İş o yerə çatdı ki, xarici düşmənlərin əlaltısı, özlərinin yetirmələri olan polkovnik Surət Hüseynov qiyam qaldıranda, xalq AXC-Müsavat hakimiyyətinə dəstək olmadı. O zaman onları həmin qiyamçı polkovnikin edam kötüyündən və dar ağacından Ulu Öndər Heydər Əliyev qurtardı.

İ.Qəmbər 1998-ci il "Beşlər" formatında ölkmizdə prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunarkən, min bir fırıldaqla, dələduzluqla Ə.Elçibəyin vahid namizədliyinə mane oldu və Türkiyəyə "qardaş" deyə-deyə neft kəmərin başqa bir dövlətin ərazisindən keçməsi üçün canfəşanlıq edirdi. O da bəllidir ki, İ.Qəmbər 21 ildir Müsavat partiyasını zəbt edib. Vaxtilə həmin partiya Mənsur Əliyev tərəfindən yaradılıb. Sonradan isə bu insan Ali Sovetin sədri olarkən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qeyri-qanuni yolla, heç bir razılaşdırılma, konfrans keçirilmədən özünü Müsavatın başqanı elan etdi. Bununla da, o, Xalq Cəbhəsi Partiyasını parçalayıb orada olan üzvlərin bir hissəsini öz tərəfinə çəkərək, Müsavat partiyasının yaranması haqqında qərar qəbul etdi. O, qeyri-qanuni yolla Şəhriyar adına Mədəniyyət Evini zəbt edib, oranı özünə qərargah etmişdi. Amma 20 ildən çoxdur ki, bu insan partiyanı bir addım belə irəliyə apara bilməyib. Elə buna görədir ki, Müsavatın bərpası dövründə olan insanların əksəriyyəti artıq orada deyil. Hazırda həmin insanlar başqa partiyalara transfer olunub və yaxud ayrıca partiya yaradıblar. Bütün bunlar, hamısı İ.Qəmbərin qərəzli və düzgün olmayan siyasətinin nəticəsidir. Bu gün Müsavatın digər partiyalarla heç bir əlaqəsi yoxdur. Əgər bir təşkilatda səmimiyyət, ümumxalq marağı və mənafeyi yoxdursa, həmin təşkilatın ömrü heç vaxt uzun sürə bilməz. Müsavatın tərkibində olan insanlar belə görürlər ki, İ.Qəmbər partiyanı getdikcə geriyə aparır. Hazırda həmin partiyanın tərkibində heç bir islahat getmir və insanlara meydan verilmir. Müsavat artıq partiya şəklində deyil, əksinə, bir iş yeri, gəlir mənbəyi kimi seçilən obyektdir.

A.SƏMƏDOVA

Digər xəbərlər