Rəsul Quliyevin növbəti həyasızlığı
Hər dəfə ABŞ-da rahat şəraitdə dəbdəbəli həyat sürən, siyasi mühacir həyatı yaşayan 69 yaşlı keçmiş spiker Rəsul Quliyevin şəxsi facebook səhifəsinə baxanda, bu adamın nə qədər həyasız adam olduğunun şahidi olursan. Xüsusilə də, son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərək, iddia edir ki, "mən Azərbaycana gəlsəm Dağlıq Qırabağ problemini həll edərəm" necə reaksiya verməyəsən. Bu yerdə, ataların misalında olduğu kimi, utanmasan öynamağa nə var ki... Həyasızlığın son dərəcəsi olan R.Quliyev o R.Quliyevdir ki, hələ Azərbaycanda Milli Məclis sədri kimi yüksək post tutduğu bir vaxtda xalqa və dövlətə qarşı dırnaqarası münasibəti ilə seçilən, lakin yarıtmaz fəaliyyətinə görə hazırkı iqtidar tərəfindən tutduğu postdan uzaqlaşdırıldı. Görünür, elə bu səbədəndir ki, R.Quliyev yazdığı statusunda erməni sevgisini gizlədə bilməyib və yenə də öz ənənəsinə sadiq qalaraq cəbhədəki real vəziyyətdən, ordumuzun naliyyətlərindən, ermənilərə vurduğu ağır zərbələrdən xəbərsiz, yalnız qərəzli xarici medianın dezinformasiya dolu məlumatlarından yararlanaraq, facebook səhifəsində əsgər və texnika itkiləri ilə bağlı ziddiyyətli məlumatlar yazır. R.Quliyev "Dağlıq Qarabağ bu qədər itki verib" cümləsini yazmaqla Azərbaycanın sanki Ermənistanla deyil separatçı və qondarma Dağlıq Qarabağ Respublikası ilə müharibə etdiyinə işarə vurur. Ən dəhşətlisi isə odur ki, çörəyi dizinin üstündə olan, Azəbaycanın sərvəti ilə özünə milyonlar yığan harınlamış bu kəs milli maraqlarımıza qarşı çıxır.
Əbədi mühacirət müstəqilliyimizin əleyhinə çıxdı
R.Quliyev sosial şəbəkələrdə Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə olması ilə yazılar verir. R.Quliyev qeyd edir ki, guya Azərbaycan bu addımı (Müstəqillik Aktının qəbul olunmasını) məcburiyyət qarşısında atıb. Hazırda ABŞ-da Azərbaycandan oğurlayıb apardığı pullarla neft maqnatına çevrilən, böyük biznes şəbəkələrinə malik olan R.Quliyevin bu formada növbəti dəfə mövqe ortaya qoyması başadüşüləndir. Çünki R.Quliyev 1991-ci ildə, bütün ciddi-cəhdlə çalışırdı ki, Azərbaycan məhv olsun, müstəqil ola bilməsin.
Göründüyü kimi, R.Quliyevin tarixi saxtalaşdırdığı, düşmən dəyirmanına su tökdüyü, savadsızlığı göz qabağındadır. Bu savdsız əbədi mühacirətin dediyindən belə çıxır ki, Azərbaycan Xalq Cumhuriyyəti yaradıldıqdan sonra ruslar bizim müstəqilliyimizi əlimizdən almayıblar. Bəs 1920-ci il 28 aprel istilası nə idi? Bu işğal deyildimi? R.Quliyevə, onu da başa salmaq lazımdır ki, SSRİ-nin tərkibində olan ölkələr içərisində ən böyük qırğın (20 Yanvar faciəsi), məhz Azərbaycanda törədildi və xalqımız müstəqillik qazanmaq üçün daha çətin sınaqlardan keçdi. R.Quliyevin müstəqilliyimizi belə anlaması təbiidir. Çünki dövlətin pulunu oğurlayıb xaricə qaçan, bu günə qədər də düşmən dəyirmanına su tökən R.Quliyev kimi xəyanətkalar müstəqilliyə layiq deyil. Öz dili ilə desək, bu "badbaxt" başa düşə bilmir ki, müstəqllik verilmir, alınır.
Rəfiqə HÜSEYNOVA