TƏRS BAXIŞ
Bununla da özünə qarşı olan nifrət kütləsini daha da artırmış olur
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimli bu dəfə partiyasının Şəki rayon təşkilatı sədrinin və həmin təşkilatın gənclər komitəsinin sədrinin bir neçə sutkalıq həbslərinin ardınca yenidən var qüvvəsi ilə sosial şəbəkə klaviaturalarına üz tutaraq, "mübarizlik əzmi" nümayiş etdirib. "Facebook"u, yaxud digər sosial şəbəkəni partiya fəaliyyətinin əsas tribunasına çevirmiş, hətta "klaviatura qəhrəmanı" kimi məsxərəyə qoyulan AXCP sədrinin bu kimi davranışları artıq ictimai rəydə də istehzalarla müşayiət olunur. Çünki görünən də budur ki, Ə.Kərimli bundan öncəyə qədər nə mitinqləri, nə də əlində olan mətbuatı vasitəsilə siyasi dividend qazanmağa nail ola bilməyib.
AXCP sədrinin ayaqda qalması üçün son şanslarından biri də funksionerlərinin həbsidir
Kimsəyə sirr deyil ki, Ə.Kərimli bu günə qədər həbs edilən cəbhəçinin haqqını öz boynunda daşıyır. Həbs olunan olunur, amma Ə.Kərimli həbs olunanlar üzərindən öz çirkin məqsədlərini reallaşdırmaqda davam edir. Hətta bu gün AXCP-nin daxilində də, elə insanlar var ki, onlar Ə.Kərimlini müxtəlif üsullarla öz partiyadaşlarını həbsə doğru sürükləməkdə ittiham edirlər. Yəni bilənlər bilir ki, AXCP sədrinin ayaqda qalması üçün son şanslarından biri də funksionerlərinin həbsidir. Biz, elə də uzağa getməyərək, Kərimlinin müavini Fuad Qəhrəmanlının həbsini də buraya əlavə edə bilərik.
Bu, sadəcə pozğunçuluğun ən yüksək həddidir!
Hiddətdoğurucu məqamlardan biri də AXCP sədri Əli Kərimlinin Şəki rayon təşkilatının üzvlərinin həbsinin ardınca, həmin hadisəni şəhidimiz, ölkə Prezidenti tərəfindən milli qəhrəman adına layiq görülmüş Çingiz Qurbanovla əlaqələndirməsidir (???!!!-R.N.).
Bu ünsür iddia edir ki, Azərbaycan Ordusu erməni işğalçıları ilə atəşkəsə riayət edir və şəhidimiz düşmən girovluğunda qaldığı müddətdə əsgərlərimiz düşmən tərəfdən canlı girov götürmədilər və s...
Yəni demək istəyir ki, bunun yerinə AXCP-dəki gənclər həbs olunurmuş (?-R.N.). Demək, Ə.Kərimli o qədər şüursuz və düşüncəsiz adamdır ki, Vətənini, dövlətinin maraqlarını qoruyaraq, canından keçən şəhid əsgərimizi özünün satqınçılıq yuvasındakı həyatını zəhərlədiyi adamlarla paralel göstərməyə cəhd edir...Bu, sadəcə, pozğunçuluğun ən yüksək həddidir!
Əli Kərimlinin "gənclər siyasəti" - sosial şəbəkələrdə söyüş qrupları yaradıb, insanların ailələrini təhqir etdirmək!
Qaldi ki, düşməndən girov əsgərlərin götürülüb-götürülməməsinə, xatırladaq ki, bu gün Azərbaycan sərhədlərini qanunsuz yollarla keçən bir neçə erməni əsgəri ölkə qanunları əsasında həbs olunaraq, mühakimə ediliblər. İstəsə, faktları gözünün ağına qədər yaxınlaşdırıb, göstərə bilərik! Sadəcə, Ermənistan hakimiyyəti öz vətəndaşlarının aqibəti ilə maraqlanmır...
Bu gün Ə.Kərimlinin dəstəyi ilə sosial şəbəkələrdə yüzlərlə saxta profillər yaradılıb və onlar AXCP-ni tənqid atəşinə tutan insanları, onların ailələrini təhqir etməklə məşğuldurlar. Bu işləri də, bilavasitə Ə.Kərimli təşkil edir, özü də gənclərə (!) həvalə etməklə.
Elə də uzağa getməyərək, Ə.Kərimlinin murdar statusundan bircə cümləyə diqqət yetirək. SİTAT: "AXCP üzvl?ri, ölkənin gerçək müxalifətçiləri (Demə, AXCP-dən başqa bu ölkədə müxalifət-zad yoxuymuş...R.N.) isə xalqın azadlıq və ədalətə qovuşması naminə öz azadlıqlarını qurban verməyi çoxdan gözə alıblar..."
Ə.Kərimli hakimiyyətə gəlmək üçün Qərbin erməni lobbisinin sifarişləri əsasında Azərbaycanda üsyan və qiyam kimi hallar yaradıb gəncləri önə sürəcəksə, həmin gəncləri "azadlıq aşiqləri" kimi qələmə verməyin özü çox böyük qəbahətdir!
Əslində, Ə.Kərimli narahat olmasın və birdəfəlik dərk etsin ki, onun bundan sonra hakimiyyətə yiyələnməyi mümkün olan məsələ deyil. O özünü gah şəhidlərin qanı üzərindən, gah da həbs etdirdiyi partiyadaşlarının haqqları üzərindən hakimiyyətdə görürsə, kökündən çox böyük səhv edir. Bu gün Azərbaycan xalqı azaddır, bu azadlığı əldə etmək üçün canlarını qurban verən şəhidlərimiz Şəhidlər Xiyabanında uyuyurlar! Ə.Kərimli hakimiyyətə gəlmək üçün Qərbin erməni lobbisinin sifarişləri əsasında Azərbaycanda üsyan və qiyam kimi hallar yaradıb gəncləri önə sürəcəksə, həmin gəncləri "azadlıq aşiqləri" kimi qələmə verməyin özü çox böyük qəbahətdir!
Ona görə də klaviaturalar qarşısında oturub siyasi dividend qazanmaqla, ələlxüsus, şəhidin adı üzərində murdar siyasət yürütməklə Ə.Kərimli özünə qarşı olan nifrət kütləsini daha da artırmış olur. Buna şübhəsi olmasın!
Rövşən NURƏDDİNOĞU