PDF Oxu

Müxalifət

  • 2 640

Ermənistandan siyasi sığınacaq alan şəxs Müsavat partiyasının üzvü olub

image

Bu amil özü özülüyündə digər məsələləri agah edir

Bəlli olduğu kimi, Azərbaycanda mövcud olan dini, milli və sair faktorlara söykənən tolerantlıq mühiti, bir çox ölkələrə örnək olduğu kimi, həm də öyrənilməkdə və tədbiq olunmaqdadır. Əbəs yerə deyil ki, ölkəmizdə uzun əsrlərdən bəri bir çox etnik xalqlar kök salaraq, buranı özlərinə Vətən seçiblər. Burada hər kəs azərbaycanlı olaraq bir vəhdətdə və bir amalda birləşir. Bu baxımdan, hətta dünyanın ən öndə gedən dövlətləri belə bu cür mühüm faktorla bağlı Azərbaycandakı mövcudluğa qibtə ilə yanaşırlar.

Dağıdıcı müxalifət partiyaları ilə əlaqəli olan şəxslərin zaman-zaman erməni lobbisi və bu lobbinin təsiri altında fəaliyyət göstərən xarici qurumlarla iş birlikləri dəfələrlə sübuta yetirilib

Təəssüflər olsun ki, Azərbaycanın istər bu, istərsə də digər sahələrdə əldə etdiyi nailiyyətlərə kölgə salmağa cəhd edən dairələr də mövcuddur. Sirr deyil ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, düşmən ölkə müxtəlif çirkin vasitələrə əl atır, bununla daxilimizdə olan milli xəyanətkar və satqınlardan maksimum şəkildə faydalanmağa cəhdlər göstərir. Xüsusilə, dağıdıcı müxalifət partiyaları ilə əlaqəli olan şəxslərin zaman-zaman erməni lobbisi və bu lobbinin təsiri altında fəaliyyət göstərən xarici qurumlarla iş birlikləri dəfələrlə sübuta yetirilib. Hətta bir çox hallarda, həmin faktlar açıq-açığına ortaya çıxıb. Elə də uzağa getməyərək, xatırlada bilərik ki, AXCP sədri Ə.Kərimlinin oğlu Türkel Kərimli ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycan əleyhinə düzənlənmiş dinləmələrdə Xədicə İsmayılla birlikdə iştirak etmişdi və məsələ ondadır ki, həmin dinləmələrdə separatçı "DQR"-in başçısı Bako Saakyanın oğlu da iştirak etmişdir.

Bu kimi faktlar kifayət qədərdir və erməni dəyirmanına su tökənlərin xəyanətkar addımlarını şərh edə biləcəyimiz bir çox sübutlar-dəlillər mövcuddur.

Yəqin ki, bir çoxları Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada, daha sonra isə Grücüstanda ermənilərlə siyasi iş birliyinə gedərək, xəyanətkar addımlarını xatırlayır

Onlardan biri də özünü "türkçü", "millətçi" kimi ictimai rəyə sırımağa çalışan Müsavat partiyasının adı ilə bağlıdır. Məsələn, yəqin ki, bir çoxları Müsavat partiyasının sabiq başqanı İ.Qəmbərin Almaniyada, daha sonra isə Grücüstanda ermənilərlə siyasi iş birliyinə gedərək, xəyanətkar addımlarını xatırlayır. Bu məsələni isə yalnız xatırlatma üçün qeyd etmədik.

Məsələ ondadır ki, bu günlərdə "Talış Mədəniyyət Mərkəzi" İdarə Heyətinin üzvü Şahin Mirzəyev Ermənistandan "müvəqqəti sığınacaq" alıb. Bu barədə işğalçı ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, guya "Tolişi Sədo" qəzetinin jurnalisti və "Talış Azadlıq Hərəkatı"nın üzvü müraciətində "Azərbaycanın etnik və dini azlıqları" təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna" görə ölkəni tərk etməyə "məcbur olub".

Ona görə də, nəzərə alsaq ki, Şahin Mirzəyev Müsavat partiyasının üzvü olub, onda nəyin-nə olduğu ətrafında uzun düşünməyə dəyməz...

Şahin Mirzəyev Ermənistanda Azərbaycan əleyhinə konfranslar və seminarlar təşkil edən Əlikram Hümbətovun da yaxınıdır.

Belə olan bir məqamda, mətbuat vasitəsilə apardığımız araşdırmalardan sonra bəlli olur ki, Ş.Mirzəyev əslən Lerik rayonunun Kəlvəz kəndindəndir. Həmin kənddə isə, ümumiyyətlə, talış etnik xalqı yaşamayıb. Ancaq bununla yanaşı, bəlli olub ki, Ermənistana gedən həmin şəxs uzun illər Müsavat partiyasının üzvü olub və sabiq başqan İ.Qəmbərə yaxınlığı ilə seçilib. Bu fərd, həmçinin, Azərbaycan vətəndaşlığından çıxarılan digər separatçı, Ermənistanda Azərbaycan əleyhinə konfranslar və seminarlar təşkil edən Əlikram Hümbətovun da yaxınıdır.

Onu da qeyd edək ki, Ş.Mirzəyevin "Talış Mədəniyyət Mərkəzi"ndə fəaliyyəti də zaman-zaman əsaslı şübhələrə səbəb olub. Hətta vaxtilə onun fəallığının arxasında qara niyyətinin durması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

İndi düşmən Ermənistan bu xəyanətkarın atdığı iyrənc addımından Azərbaycana qarşı istifadə etməyə çalışacaq. Düzdür, Ermənistan adlı ölkə, demək olar ki, yox olmaq səviyyəsinə çatıb və qısa zamanda, onun varlığı belə böyük şübhə altındadır. Lakin düşmən düşmən olaraq qalmaqdadır!

Ermənistanın bir çox tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri, eləcə də, jurnalistləri axın-axın Bakıya gəlmək arzularını bildirirlər

Bu gün Ermənistanın özündə də bir çoxları yaxşı dərk edirlər ki, Azərbaycanda milli azlıqlarla bağlı heç bir problem yoxdur. Ermənistanın bir çox tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, eləcə də, jurnalistləri axın-axın Bakıya gəlmək arzularını bildirirlər. Hətta az öncə bir qrup erməni Bakıdakı Xocalı soyqırımının xatirəsinə ucaldılmış "Ana Fəryadı" abidəsini ziyarət edərək, Ermənistanın işağlçılıq və şovinizim siyasətinə lənətlər yağdırmışdılar.

Ona görə də, sözügedən hadisə Azərbaycanı sevməyənlərin və düşmənlərin növbəti uğursuz oyunudur. Vətənini, dövlətini sevənlər xatırlayırlar ki, Qarabağın azadlığı urğrunda müxtəlif millətlərin oğulları - talışlar, ləzgilər, avarlar, tatlar, udinlər və ingiloylar, yəhudilər və digərləri etnik qardaş və bacılarımız üçrəngli bayrağımız altında erməni işğalçıları ilə döyüşüb və şəhid olublar. Ona görə də, əgər ermənilər Azərbaycanda etnik azlıq məsələsi ilə bağlı təxribat cəhdləri törədərək, Ş.Mirzəyev, Ə.Hümbətov tipli murdar satqınları işlətsələr də, yenə istəklərinə çata bilməyəcəklər. Çünki Ermənistana sığınan bu dırnaqrarası adamlar həm də talışların adına ləkədir! Kimliyindən asılı olmayaraq, düşməndən imdad diləmək yaraşmayan bir hərəkətdir. Belə hərəkətlərə görə isə, həmin tipli ünsürlər mütləq cavab verməli olacaqlar, buna əmin ola bilərlər!

Rövşən RƏSULOV

Digər xəbərlər