"Nida"çı Kürşad Türk AXCP sədrinin saxta profillərinin adlarını "SƏS" qəzetinə açıqladı
AXCP sədri Ə.Kərimlinin sosial şəbəkələrdə saxta profil və adlarla "aktiv" olması ilə bağlı zaman-zaman ciddi iddialar ortaya qoyulub. AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin partiyadan istefa verəndən sonra, həqiqətən də, Ə.Kərimlinin facebookda onlarla saxta profillərə sahib olması ilə bağlı açıqladığı dəlillər, bu iddiaların doğruluğunu bir daha isbatladı. Düzdür, bu məsələ gündəmə gələndən sonra Ə.Kərimli əlaltıları vasitəsilə yersiz "fəaliyyəti"ni ört-basdır etmək üçün çox çaba göstərdi, dövlətin, iqtidarın ünvanına şər-böhtanlar yağdırmağa başladı və diqqəti öz üzərindən yayındırmaq üçün montaj olunmuş şantaj xarakterli materialları "Azadlıq.info"da dərc etdi. Lakin nəticə dəyişmədi, hər kəs bu adam(?)ın kimliyi ilə bir daha tanış oldu. Üstündən xeyli vaxt keçib, yəqin ki, çoxları bu məsələni gündəmdən düşmüş hesab edir. Belə deyil.
Facebookda "Meydan" TV, "Azadlıq" qəzeti, "Hamam Times", "AzTV-dən seçmələr" adlı təxribatçı səhifələrin ən aktiv üzvlərini tanımamış olmazsınız. O "üzv"lər ki, daim təhqir və qeyri-etik sözləri ilə diqqət cəlb etməyə çalışırlar. Dövlətimizin ünvanına aşağılayıcı fikirlər səsləndirirlər. "Nida"çı Kürşad Türk qəzetimizə açıqlamasında facebookdakı saxta profil və adlarla bağlı maraqlı məlumatlar verdi. O, həmçinin, AXCP sədri Ə.Kərimlinin hansı saxta profillərlərdən istifadə etdiyini faktlarla diqqətimizə çatdırdı. Buyurun, tanış olun: "Qön ay", "Saida Saridas", "Zimon Vusal", "Gunel Khalilova", "Nura Elekberova", "Fidan Anar", "Seva Aliyeva" AXCP sədri Ə.Kərimlinin saxta profillərindən bir neçəsidir.
Bəli, bu profil səhvlərinin hansı parametrlərlə "müxalifət"çilik etdiyini bilmək, sadəcə, səhifələrə girib baxmaq bəs edər. Söyüş, təhqir, hədyan və qərəz bu səhifələrin əsas "fəaliyyət" istiqamətini təşkil edir. Ə.Kərimlidən elə bunu da gözləyirdik. Ancaq 52 yaşlı birinin qız adları ilə saxta profillər açaraq, özünü rüsvay etməsi əsl dəhşətdir!
Samir