PDF Oxu

Müxalifət

  • 2 703

Deputatdan Müsavat rəhbərliyinə sərt sözlər!

image

"Bu, həm siyasi mədəniyyətsizlikdir, həm də qeyri-ciddilik"

Müsavat başqanı A.Hacılının, "Milli-Strateji Düşüncə Mərkəzi"nin sədri İ.Qəmbərin 2017-ci ildə hakimiyyətə gələcəkləri ilə bağlı iddiaları daxili auditoriyaya hesablanmış, iqtidara gələcəkləri arzusu ilə uzun illər depressiya içərisində yaşayaraq, bu gün isə, başqa heç bir perspektiv görməyənlər müsavatçıları yenidən aldatmaq məqsədi daşıyır. 2016-cı ilin sentybar ayında "Məhsul" stadionunda Müsavatın keçirdiyi mitinq, əslində, bu partiyanın hansı "güc"ə sahib olduğunu nümayiş etdirmiş oldu. Həmin 150 nəfərin qarşısına çıxıb iqtidara gələcəyini vəd edən İ.Qəmbərin bu gün 2017-ci ili "Müsavat ili" elan etməsi, iqtidara gələcəyi ilə bağlı absurd fikirlər səsləndirməsi heç də təəccüblü deyil. Ancaq İ.Qəmbərin və A.Hacılının belə bir iddia ortaya qoymaları heç də təsadüfi deyil. Ekspertlər də, hesab edirlər ki, hər seçkidən-seçkiyə "aktiv"ləşən dağıdıcı, dağıdıcı müxalifətin belə bir məqamda yenidən özlərini "canlı" göstərməsi təsadüfi ola bilməz. Dünyada hökm sürən dərin iqtisadi böhran nəticəsində, müxtəlif ölkələrdə siyasi sabitlik pozuldu, sosial partlayışlar baş verdi, daxili və xarici bədxah qüvvələr həmin dövlətlərdə özlərinə meydan qazandılar, xalq çıxılmaz duruma düşdü, büdcədə ciddi kəsir yarandı, inflyasiya bir neçə rəqəmli oldu, dərin hökumət böhranı yaşandı. Bu, xüsusilə də, neft ixrac edən və zəngin neft yataqlarına malik ölkəlrədə özünü göstərdi. Ancaq Azərbaycanda bu amillərin heç biri baş vermədi. Çünki digər neft ixrac edən ölkələrlə bizim aramızda ciddi fərqlər mövcuddur. Ölkəmizdə siyasi sabitlik pozulmadı, sosial narazılıq müşahidə olunmadı. Heç şübhəsiz ki, digər ölkələrdə baş verən mənfi halların ölkəmizdə baş verməsini arzulayanlar- daxildə özünü "ana müxalifət" hesab edən AXCP və Müsavat, xaricdə təxribatçı dairələrin quluna çevrilmiş qurumlar istədiklərinə nail ola bilmədiklərinə görə, dərin depressiyaya düşdülər. Həqiqətən də, vaxtilə xalqın başına ağır fəlakətlər gətirmiş şəxslərin yenidən hakimiyyətə iddialı olmalarını heç cür anlamaq olmur. Seçkidən-seçkiyə "aktiv"ləşən Müsavatın, AXCP-nin bu gün hansı komanda və sosial baza ilə iqtidara iddialı olması, sadəcə, illərdir sual olaraq qalır. Bu gün İ.Qəmbərin 2017-ci ildə iqtidara gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər xarici dairələrin növbəti tapşırığı kimi başa düşülməlidir, xarici dairələrin İ.Qəmbərə qrantlar ayıraraq, danışmasını tələb edir. Bu "qrantyeyən"lər, onsuz da, illərdir, xarici dairələrin köləsi kimi təxribatçı və anti-Azərbaycan maraqlarının ölkəmizdə təmin olunmasına xidmət edirlər.

Milli Məclisin deputatı Rauf Əliyev Müsavat rəhbərliyinin bu il hakimiyyətə gələcəyi ilə bağlı iddialarına münasibət bildirib. O, qeyd edib ki, o yerdə ki, yalan ön, həqiqət arxa plana keçdi, həmin yerdə nə inkişaf olacaq, nə də səmimiyyət: "Müsavat rəhbərliyi təkcə cəmiyyəti deyil, həm də özünü aldadır. Bu partiya öz legitim rəhbərini seçmək iqtidarında olmadı. Bu partiyanın rəhbəri öz hazırkı vəzifəsində sərbəst deyilsə, başının üzərində İ.Qəmbər adlı "Domokl qılıncı" varsa, o, hansı haqla hakimiyyətə gəlməkdən danışır. Bir zamanlar onlar sadə, siyasi proseslərdən xəbəri olmayan adamları aldadır, onları şirnikəndirici vədlərlə ətrafında saxlayır və müxtəlif təxribatlara sürükləyirdilər. İndi həmin sadə adamlar da Müsavatdan gediblər. Bu partiyada barmaqla sayılacaq qədər adam qalıb ki, onların da çoxu hazırda Müsavatı tərk etmək haqqında düşünürlər. Adamlar utanmırlar, öz ayıblarına kor olmurlar. Siyasət praktik sahədir. Seçki ili olmadığı, cəmiyyətin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyi bir dövrdə iqtidara gələcəyini söyləmək həm siyasi mədəniyyətsizlikdir, həm də qeyri-ciddilik".

Samir

Digər xəbərlər