PDF Oxu

Müxalifət

  • 4 128

Rəşadət Axundov "Nida"dan getdi

image

Son günlər müxalifət düşərgəsində baş verən parçalanmalar "Nida"dan da yan keçməyib. "Milli-Strateji Düşüncə Mərkəzi"nin sədri İ.Qəmbər və AXCP sədri Ə.Kərimli arasında uzun illərdir davam edən "soyuq savaş", ümumilikdə, eyni düşərgənin təmsilçilərini çıxılmaz vəziyyətdə qoyub. Hər iki "lider"in əsas məqsədi rəhbərlik etdikləri partiyaları dağıtmaqdır. Son vaxtlar "Nida"çılar hansı "lider"lə əməkdaşlıq edəcəklərini müəyyənləşdirə bilmirdilər. Daha çox Xədicə İsmayılın nəzarəti altında olan "Nida"çılardan Müsavat və AXCP rəhbərliyi də alət kimi istifadə edirdi. Ermənipərəst qüvvələrin ölkəmizdəki əlaltılarının quluna çevrilən "Nida"çıların məqsəd və məramları bəlli deyildi. Daxili didişmələr, şəxsi istəklər bu qurumun da əsas qayəsini təşkil edirdi.

Təsadüfi deyil ki, son günlərdə bir neçə nəfər "Nida"nı tərk edib. Sonuncu dəfə isə "Nida"nın üzvü Rəşadət Axundov sözügedən təşkilatdan istefa verib. O, bu haqda sosial şəbəkə hesabında məlumat yayıb. R.Axundov qeyd edib ki, son günlər "Nida"nın daxilində baş verən qarşıdurmalar, gənclərdən alət kimi istifadə edilməsi onu təəssüfləndirir: "Bundan sonra həm "Nida"dakı fəaliyyətimə, həm də, ümumiyyətlə, bütün ictimai-siyasi işlərə son qoyuram. Artıq bütünlüklə, öz sahəm üzrə karyerama davam edəcəm. Sual və ittihamlara gəlincə, nəyisə isbat etmək imkanım yoxdur, hamının, xüsusilə yoldaşlarımın və ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm".

Samir

Digər xəbərlər