Müşviq Ələsgərli: "Məqsəd Azərbaycandakı sabitliyi pozmaqdır, bunun üçün yalançı informasiyalardan tutmuş, ən müxtəlif informasiyalardan istifadə edilir"
Dağıdıcı müxalifətin nəzarətində olan media orqanlarında Azərbaycanda guya yaxın vaxtlarda sosial partlayışın baş verəcəyi, qiymətlərin qaxlacağı ilə bağlı "proqnoz"lar verilir. Ərzaq və qeyri-ərzaq məshullarının qiymətinin kəskin şəkildə atracağı ilə bağlı heç bir rəsmi mənbəyə əsaslanmadan məlumatlar dərc edirlər. Şübhəsiz ki, bunda əsas məqsəd cəmiyyətdə çaşqınlıq və hürküdücü başlıqlarla insanlarda pessimizm, ümidsizlik və gərginlik yaratmaqdır. Demək olar ki, biz hər gün "Azadlıq".info"da, eləcə də bu saytın sosial şəbəkələrdəki səhifəsində ("Azadlıq" qəzeti), "Hamam Times", Meydan" TV səhifələrində bu tip dezinformasiyaların şahidi oluruq.
Ekspertlər də belə hesab edirlər ki, adıçəkilən media orqanlarında təxribatçı dezinformasiyaların dərc edilməsi sırf mənfur qüvvələrin apardığı anti-Azərbaycan planlarını bir tərkib hissəsidir. Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli bildirib ki, bu məsələyə iki aspektdən yanaşmaq lazımdır: "Birincisi bundan ibarətdir ki, bu məsələdə bəziləri qeyri-peşəkarlıq edir, sensasiya yaratmaq, auditoriya, "İP" qazanmaq naminə yanlış informasiyalar verirlər. Belə yanlış informasiylar onların peşəkarlığına xələl gətirməklə yanaşı, bu media orqanlarına olan etimadı da azaldır, oxucu auditoriyasının zamanla azalmasına gətirib çıxardır. Bu məsələlərin müşahidə və monitorinqi göstərir ki, bu cür hallar təkcə qeyri-peşəkarlıqla bağlı deyil. Bu, həm də qərəzli şəkildə müəyyən qüvvələr tərəfindən idarə olunan bir prosesdir. Azərbaycanda cəbhə xəttində atəşkəs pozulanda, gərginlik artanda, riskli hadisələr ortaya çıxanda və s. bu kimi informasiyalar gündəmə ötürülür. Məqsəd Azərbaycandakı sabitliyi pozmaqdır. Təsadüfi deyil ki, hər zaman ölkədə ciddi bir ajiotaj yaratmağa cəhdlər edilir. Bunun üçün yalançı informasiyalardan tutmuş, ən müxtəlif informasiyalardan istifadə edilir. Maliyyə böhranı, qiymət artımı yalnız Azərbaycanda deyil. Bu, qlobal bir prosesdir və dünyanın hər yerində baş verir. Hökumətlər də bunun qarşısını almaq üçün ciddi addımlar atır".
Politoloq: "Onlar xaricdə oturub Azərbaycan əleyhinə planlar hazırlayan, bu istiqamətdə milyardlarla pullar xərcləyən ermənipərəst qüvvələrin, təxribatçı dairələrin istəklərini icra edirlər"
Politoloq Ülvi Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan əleyhinə işləyən təxribat maşınlarının burdakı icraçıları özünü "ana müxalifət" adlandıran, əslində isə, milli maraqlarımıza zərbə vurmağa çalışanlardır: "Yadınızdadırsa, ötən il aparıaln aprel əməliyyatları zamanı "Azadlıq" qəzeti silahlı qüvvələrimizin əleyhinə olan yazılar dərc edirdilər. Devalvasiya baş verdi, ancaq Azərbaycan bundan zərər çəkmədi. Bu tip media orqanları isə devalvasiyanı fəlakət kimi qələmə verdilər. Onların verdikləri "proqnoz"lara inansaq, Azərbaycan bir neçə il bundan öncə dağılmalı idi. Bu gün də ərzaq və qeyri-ərzaq məhsuallarının qiymətinin artacağaı ilə bağlı süni ajiotaj yaratmaq istəyirlər. Məgər məqsəd bəlli deyil? Bu adamlar özbaşına işləmirlər. Onlar xaricdə oturub, Azərbaycan əleyhinə planlar hazırlayan, bu istiqamətdə milyardlarla pullar xərcləyən ermənipərəst qüvvələrin, təxribatçı dairələrin istəklərini icra edirlər. Bununla da, öz arzularını reallaşdırmağa çalışırlar. Lakin bütün bunlar əbəsdir, çünki Azərbaycan oturuşmuş dövlətdir. Bütün sınaqlardan da keçib, biz çətinlikləri arxada qoymuşuq və inkişaf yolundayıq".
Samir