PDF Oxu

Müxalifət

  • 2 531

İşğalçı ölkə yeni çalxalanma astanasında

image

Müxalifət bu dəfə qətiyyətlidir

Hər ili uğursuz yola salan işğalçı Ermənistan qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, həm də ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti nəticəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə naiml olmaq mümkün olmur. 26 ildən artıq bir müddət davam edən münaqişə regionda sülhə və sabitliyə ən böyük təhdid olmaqla yanaşı, bölgənin iqtisadi inkişaf tempinə də mənfi təsirlərini göstərməkdədir.

Ermənistanda yeni qiyam yetişir

İşğalçı ölkənin prezidenti Serj Sarkisyanın apardığı uğursuz dövlət siyasətinin nəticəsidir ki, ölkədə getdikcə həm siyasi, həm də iqtisadi vəziyyət iflic halına düşüb. Ermənistanda yaranmış gərginliyin iqtisadi aspektlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, son vaxtlar iqtisadi təlatüm nəticəsində, ölkədə istehlak və ərzaq məhsullarının qiymətlərinin artması ilə yanaşı, erməni dramının dollara nisbətdə dəyərinin aşağı düşməsi iqtisadiyyatın inflyasiyanın artmasına gətirib çıxarıb.

Xüsusilə, Serj Sarkisyanın son açıqlamaları ictimai-siyasi kəsimi sakitləşdirmək əvəzinə, ictimai qəzəbi daha da artırıb. Yerli media ölkə başçısını riyakarlıqda suçladı, müxalifət isə hakim rejimi növbəti silahlı üsyanla hədələyir...

İctimaiyyətin ən çox əsəblərini tarıma çəkən Serj Sarkisyanın guya "Sasna tsrer" təşkilatının iki həftə ərzində ölkədə yaratdığı iflic vəziyyətin düzəldiyini bəyan etməsi olub. S.Sarkisyan problemin qansız-qadasız başa çatmasını az qala böyük zəfər kimi olaraq qeyd edib. Amma görünür, erməni lideri bununla belə, iki polisin öldürülməsi faktını, deyəsən, unudub. Ermənistan prezidentinin bu nitqini öz yaxın çevrəsi ətrafında etməsi müxalif mətbuat tərəfindən hiddətlə qarşılanıb. Mətbuat bu çağırışla Sarkisyanın öz ətrafına birlik mesajı verdiyini bildirir. Ölkə jurnalistləri Sarkisyanın jurnalistlərdən üzr istəməsini anlamadıqlarını bildiriblər. Müxalifət S.Sarkisyanın Ermənistanda milli etimad hökumətinin qurulacağı barədə sözlərini da tənqid edib.

İşğalçı liderin uğursuz dövlət siyasəti

Ermənistan parlamentinin deputatu Lilit Qalstyan, əvvəlki illərdə olduğu kimi, 2017-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin dövlətin məhvinə yol açan büdcə olduğunu bildrib: "Bütün bu problemlərin baş verməsinin səbəbkarı S.Sarkisyanın uğursuz dövlət siyasətidir. Əvvəla, büdcənin doldurulması özü ciddi sual altındadır. Digər tərəfdən, büdcədən sosialyönümlü məqsədlər üçün istifadə edilmir. Çünki avtoritar rejim yalnız özünü düşünür".

Ölkəni təcrid vəziyyətinə salan cinayətkar Sarkisyan rejiminin istefasını tələb edən əhali İrəvanda aksiyalarını dayandırmayacaqlarını bildiriblər. Bu günlərdə keçirilən növbəti etiraz aksiyası keçirən "Təsisçi parlament" ictimai hərəkatı Ermənistanda özbaşınalıqlara son qoyulması tələbi ilə çıxış ediblər. Aksiya iştirakçıları rejimin təzyiqlərinə məruz qalan fəalların azadlığa buraxılmasına çağırış ediblər. Ötən ilin iyulunda post-patrul xidməti alayının ərazisini tutmuş silahlı qrupun üzvlərinə çörək aparan Artur Sarkisyanın da xüsusi istintaq xidməti tərəfindən saxlanılması ictimai fəalları qəzəbləndirib: "Sarkisyan, quldur dəstəni də götür, ölkədən rədd ol!" deyən aksiya iştirakçıları martın 1-də keçiriləcək ümumxalq itaətsizlik aksiyalarına da qoşulacaqlarını bəyan ediblər.

Baş verənlər onu göstərir ki, Ermənistanda daxili vəziyyət məcrasından çıxıb. Bu ölkə hakim rejim ucbatından təcrid vəziyyətində saxlanıldıqca, etirazlar daha da güclənəcək.

Mövcudluğunu qorumağa çalışan korrupsioner

Bu da real faktdır ki, Ermənistanda hakimiyyətdə olan hərbi xunta Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Bununla Sarkisyan rejimi öz mövcudluğunu və korrupsioner sistemini qoruyub- saxlayır. Onu da vurğulamaq lazımdır ki, bu amil sadə Ermənistan vətəndaşları üçün böyük fəlakət mənbəyidir. Çünki Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu səbəbindən işğalçı Ermənistan regionda bütün layihələrdən təcrid olunub.

Erməni ekspertləri ölkənin belə acınacıqlı vəziyyətə düşməsinin səbəbini açıqlayarkən, bildiriblər ki, Ermənistan Azərbaycanla müharibə aparmaq qabiliyyətini çoxdan itirib. Sadəcə, havadarlarının və erməni lobbisinin dəstəyi sayəsində, hələ ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlaya bilir. Amma bu, o qədər uzun davam edə bilməz. Çünki Ermənistan əhalisi nəhayət, anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu hər an Ermənistanı uçuruma aparır. Belə vəziyyətdə Ermənistanın yeganə çıxış yolu işğalçı qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaqdan keçir.

Beləliklə, ermənilər Ermənistanın faşist rəhbərliyinin ölkəni uçuruma aparmaqdan, korrupsioner rəhbərlikdən öz canını qurtarmaq üçün mart ayının 1-də keçiriləcək izdihamlı mitinqdə aksiya iştirakçıları Sarkisyanın istefasında israrlı olmalıdır. Əks- təqdirdə, 2017-ci ildə də Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.

A.SƏMƏDOVA

Digər xəbərlər