PDF Oxu

Müxalifət

  • 2 917

Bu da sənə bəs etmirmi, Əli Kərimli?

image

TƏRS BAXIŞ

AXCP sədrinin yaxın qohumları olan iki gənc YAP-a üzv yazıldılar!

Siyasi fəaliyyətini sosial şəbəkələrdən kənara çıxara bilməyən, uzağı az tutumlu azarkeşlər üçün stadionlarda 200-300 nəfərlik mitinqlərdə "sinəsinə döyən", bununla da, "müxalifətin anası" olduğunu hesab edən AXCP sədri Ə.Kərimli növbəti dəfə şillə zərbəsini öz yaxın qohumlarından alıb. Artıq məlum olduğu kimi, Cəbhə sədrinin 18 yaşı tamam olan iki əmisi nəvələri Uğur Kərimli və Rəsul Əlizadə oğlu Kərimlilər hakim Yeni Azərbaycan Partiyasına üzv yazılıblar. Bu hadisə Ə.Kərimli üçün, həqiqətən də, gözlənilməz olub və göründüyü kimi, o, susqunluğa qapılıb. Çünki deyəcək heç bir sözü qalmayıb. Yeri gəlmişkən, Ə.Kərimlinin "siyasətini" ən sərt şəkildə tənqid edən və iqditarın siyasətinə davamlı şəkildə dəstək göstərən əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov bildirib ki, onların ailəsinin 8 üzvünün hər biri Yeni Azərbaycan Partiyasının üzvüdür. SİTAT: "Nəslimizdə yaşı 18-ə çatanlar da YAP-a üzv yazılır. Bütün bunlar Ə.Kərimlinin apardığı uğursuz siyasətinin nəticəsidir. Bir partiyanı idarə edə bilməyən Ə.Kərimli bu gün ölkədə prezidentlik uğrunda mübarizə aparır. Bu, çox gülməlidir".

Ə.Kərimlinin satqınçılıq və xəyanətlərinin güdazına gedənlər, hələ də dərk etmirlər ki, onlar azğın yolun yolçularıdırlar

Göründüyü kimi, AXCP sədrinin nəsli onun tərəfində olmadığı halda, Ə.Kərimlinin öz ətrafında "yüzlərlə" üzv olduğunu iddia etməsi qətiyyən inandırıcı görünmür və bu reallıq yuxarıda da qeyd edildiyi kimi, özünü onun keçirdiyi mini aksiyalarında da kifayət qədər təsdiq edib. Lakin Kərimlinin ətrafında olan-qalan beş-altı nəfərin, eləcə də, onun satqınçılıq və xəyanətlərinin güdazına gedənlər, hələ də dərk etmirlər ki, onlar azğın yolun yolçularıdırlar.

Nuhəli Kərimov: "Əli Kərimlinin ağsaqqalı kimi ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm"

Bu arada, N.Kərimov əlavə edib ki, o, Kərimlilər nəslinin ağsaqqalıdır və zaman-zaman Ə.Kərilmiyə yanlış yoldan çəkilməyi tövsiyə edib, ancaq qarşı tərəf onun heç bir sözünə qulaq asmayaraq, düşmən dəyirmanına su tökməklə məşğul olub. Ona görə də, sonda nəsildə hər kəs bu xəyanətkardan üz döndərib, hətta onu özlərinə qohum saymırlar. Kərimlilər nəslinin ağsaqqalı mənəm. Ə.Kərimlinin ağsaqqalı kimi ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm. Deyirəm ki, bacardığın işin dalınca get. Dövləti idarə etmək sənlik deyil. Savadlı adam ola bilərsən, ancaq savad prezident olmaq üçün bir çox göstəricilərdən yalnız biridir".

Göründüyü kimi, Ə.Kərimli sosial şəbəkələrdə ictimai rəyə yalanlar sırıyaraq, guya AXCP-yə "yüzlərlə üzv yazıldığını" elan edir, ancaq necə deyərlər, qulağının dibində baş verənləri görmür, yəni qohumlarının ard-arda YAP-a üzv yazılmalarını görməzlikdən gəlir. Hər halda, fakt budur ki, görəsən, bu faktın özü onun siysətbazlıqdan əl çəkməsi üçün kifayət etmirmi?!

Rövşən RƏSULOV

Digər xəbərlər