PDF Oxu

Müxalifət

  • 4 050

Oqtay Gülalıyev kimləri və necə müdafiə edir?

image

Özünü "hüquq müdafiəçi"si kimi təqdim edən Oqtay Gülalıyev yeni "taktika" seçib. Belə ki, onun "Gənclik" metrosunun yaxınlığında yerləşən ofisi, sözün həqiqi mənasında, rüşvət yuvasına çevrilib. Törətdiyi əməldə cinayət tərkibi olan hansısa müxalifətçi həbs olunursa, O.Gülalıyevin "düşüncə"sinə görə, həmin müxalifətçi qanun qarşısında heç bir məsuliyyət daşımamalıdır. Mətləbə keçək!

Ötən ilin iyun ayının 30-da Bakının Xətayi rayonunda yerləşən restoranlardan birinin sahibindən hədə-qorxu yolu ilə dəfələrlə pul alan F.Fərəməzoğlu növbəti dəfə 3 min manat alarkən həbs edilmişdi. Həmin F.Fərəməzoğlu ki, uzun müddət Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-nin üzvü olub, lakin sonradan bu partiya ilə yollarını ayırıb. Onun Ə.Kərimli ilə dalaşıb, AXCP-dən qovulduğu da vurğulanırdı. Heç şübhəsiz ki, F.Fərəməzoğlunun həbsi, eləcə də, onun "müdafiə"si ilə bağlı 2016-ci ilin sonuna qədər AXCP-dən heç bir səs çıxmadı. Bu ilin əvvəlində isə "Azadlıq.info"da F.Fərəməzoğlu haqqında ara-sıra məlumatlar dərc olunmağa başladı. Necə deyərlər, Ə.Kərimli vaxtilə yaramaz adlandırdığı F.Fərəməzoğlunu "müdafiə" etməyə başladı. Daha dəqiq desək, F.Fərəməzoğlunun ailəsinin əlindəki pulu əldə etmək istəyən O.Gülalıyev birtəhər Ə.Kərimlini razı salaraq, onu "müdafiə" etməyi, hətta bu istiqamətdə "komitə" yaratmağı da məsləhət gördü. Yaradılan "müdafiə komitə"sində dəyirmi masanın ətrafında kimləri gördük? Eldəniz Quliyevdən tutmuş rüşvət və korrupsiyaya bulaşaraq işdən qovulan "demokrat"lara qədər hamısı masanın ətrafında dövrə vururdular. O.Gülalıyev F.Fərəməzoğlunun azad olunacağına tam "əmin"lik yaratmaq üçün müxtəlif adamları başına yığıb. Başa düşmək lazımdır ki, O.Gülalıyev kimilərə bu tip məsələrdən istifadə edərkən, cəmi iki şey maraqlıdır. Birincisi, yaxşı pul əldə etmək. İkincisi, Ə.Kərimlinin göstərişi ilə dövlət, hakimiyyət əleyhinə saxta kompromatlar düzəltmək, xarici xüsusi xidmət orqanlarına, ermənipərəst qüvvələrə "donos" kimi ötürmək, bəzi təşkilatların hesabatlarında ölkəmiz haqqında hədyanlar yağdırmaq.

Elçin İsmayıllının "yoxa çıxma"sı haqqında məlumatlar yayan O.Gülalıyevin yalanı cəmi bir neçə saat sonra üzə çıxdı

O.Gülalıyev iki gün bundan öncə İsmayıllıda yaşayan jurnalist, cəbhəçilərin AXCP ali məclisinin üzvü kimi təqdim etdikləri Elçin İsmayıllının "yoxa çıxma"sı ilə bağlı gülünc bir iddia ortaya atıb. Axı unutmaq olmaz ki, bu adamlar heç olması ayda bir dəfə hansısa "şura"çının "yoxa çıxma"sı ilə bağlı məlumatlar yayırlar, sosial şəbəkələrdə özlərinin səhifələrində provokativ materiallar paylaşırlar. Əksər hallarda, özlərini gülüş obyektinə çevirirlər. Çünki cəmi bir neçə saatdan sonra ortaya çıxan "şura"çı sağ-salamat olduğunu bildirir. Bu hal da olub ki, bəzi cəbhəçiləri rayonlarda gizlədib guya onların polislər tərəfindən oğurlandıqları barədə məlumatlar yayırlar. O.Gülalıyevin yalanı cəmi bir neçə saat sonra üzə çıxdı. Belə ki, E.İsmayıllının vəkili İslam İsmayılov bildirib ki, o, rüşvət alarkən, hüquq-mühafizə orqanları tərəfindən həbs edilib: "Fevralın 17-də İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı həbs olunub. Onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq materiallarında göstərilir ki, Elçin İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə şantaj edərək, ondan pul tələb edib. O, 1000 manat pul alarkən, həbs olunub". E.İsmayıllı bundan əvvəldə də şantaj xarakterli hərəkətlərinə görə, dəfələrlə xəbərdarlıq alıb.

Samir

Digər xəbərlər