PDF Oxu

Müxalifət

  • 2 679

Çırpıla-çırpıla qalan "Milli Şura"nın sınıq "qapısı"

image

KÖŞƏ YAZISI

Hələ də müxalifət, daha doğrusu, əlilər, isalar, cəmillər... anlamırlar ki, qurub-yaratmaq inkişafa aparan yolun başlanğıcıdır. Bu niyyətdə olanlar xalq tərəfindən xoşniyyətli adlandırılırlar. Vurub-dağıtmaq isə onların şeytan əməllilərinin işidir. Çünki bu kəslərin işi-peşəsi şeytanla iş birliyi quran bədbəxtlərdir. Bu gün yaradılması ilə dağıdılmasının ömrü bir fəslə yetməyən "Milli Şura"da olanlar ancaq Ə.Kərimli kimilərin üzündən bu qurumun "sınıq qapısını" elə çırpıb gediblər ki... Elə bir zamanlar "Azadlıq" qəzetinin əməkdaşı olmuş və hal-hazırda Belçikada yaşayan Mirzə Sakit kimilər. Mirzə Sakitin "Milli Şura" yaranarkən, dediyi sözləri bu gün də Ə.Kərimli, C.Həsənli qəbul etmir. Ancaq nə faydası, qəbul etsə də, etməsə də bildirib ki, müxalifətin yaratdığı ölü qurumları elə onların siysi savadsızlıqlarının bəhrəsidir: "Milli Şura" yaranmamışdan öncə, "İctimai Palata" deyilən bir qurum var idi, mən də onun üzvü idim. Buna baxmayaraq, həmin qurumun yararsız olduğunu hər zaman deyirdim. Gördüyünüz kimi də, iflasa uğrayaraq, öz yerini başqa bir ölü qurum olan "Milli Şura"ya verdi. Bunun isə ömrü lap az oldu... Çünki bu qurum da əvvəlkilər kimi şantajçı və böhtançıdır. Hakimiyyəti mənfi əməllərdə suçlayanlar özləri insanları sındırmaqla məşğul olurlar. Sadəcə, onu istəyirəm ki, Azərbaycan xalqının adından istifadə etməsinlər, "Milli Şura"larının maskaradları ilə məşğul olsunlar. Onların hamısı o maskaradın tifil oyunçularıdır. Xalq da oyunbazlığı sevmir və xalqa yalan vədlər yedirtmək gərək deyil".

Ona görə də, belə qurumlar bilməlidirlər ki, özlərini onları dəstəkləməyən güclü cəmiyyət üzvü hiss etsələr də, güclü cəmiyyət bu cür "müxalifəti" rədd edir... Və bundan sonra da yaratmaq arzusunda olduqları hər hansı qurumun qapısı "Milli Şura"nın "sınıq qapısı" kimi çox çırpılacaq.

RƏFİQƏ

Digər xəbərlər