PDF Oxu

Müxalifət

  • 3 171

"Yeni Müsavat"ın jurnalisti İsa Qəmbəri və Arif Hacılını yıxıb-sürüdü!

image

"İsa Qəmbərin ətrafına cəmlədiyi uşaq-muşaqlar axırda ona yaxşı dərs verdilər"

Arif Hacılının Müsavat partiyasına başqan "seçilməsi"ndən sonra bu partiyada hökm sürən dərəbəylik, özbaşınalıq daha da dərinləşib. Eyni zamanda, "ana müxalifət"çilik iddasında olan Müsavat partiyası A.Hacılının başqanlığı altında nə qədər cılız, siyasi işlərdən daha çox intriqalarla məşğul olan bir təşkilat olduğunu sübut etmiş oldu. AXCP və Müsavat arasındakı ziddiyyətlər daha da dərinləşdi, qarşılıqlı ittihamların mətbuatın manşetinlərində yer aldı, digər müxalifət partiayaları ilə də olan xırda bağlar tamamilə qırıldı. Ən böyük qarşıdurma isə "Yeni Müsavat" qəzeti ilə A.Hacılı arasında oldu. Uzun illər bu partiyaya "xidmət" edən "Yeni Müsavat" qəzeti və onun rəhbərliyi açıq şəkildə A.Hacılının hücumlarına məruz qaldılar. Ancaq nəticədə, kim uduzdu? İntriqabaz A.Hacılının sayəsində ududzan yenə də özü və Müsavat partiyası oldu: qəzetin bütün əməkdaşları partiyadan istefa verdilər. Görünən budur ki, bu ziddiyyətlər bu gün də davam edir.

Təsadüfi deyil ki, "Yeni Müsavat" qəzetinin jurnalisti Elşad Məmmədli Müsavat rəhbərliyinin ünvanına haqlı olaraq sərt ittihamlar səsləndirib, E.Məmmədli yazır ki, siyasətçilər siyasətlə məşğul olmalıdırlar, bizdə isə müxalifət partiya sədrlərinin əksəriyyəti siyasətdən başqa nə ilə desən məşğuldurlar: "Qeybət, böhtan atma, dedi-qodu, "siyasi mühacir" biznesi, saxta partiya vəsiqəsi satışı, Avropaya qaçırtdıqları partiya üzvlərindən aylıq haqq almaq və s. Ən "ciddi" işləri isə facebookda virtual "qəhrəmanlıq" etmək, öz uğursuzluqlarını və xəyanətlərini başqalarının üzərinə atmaq kimi qəribə bir fəaliyyət növüdür".

"Arif Hacılının yerinə utandıq, siyasət bilməyən bir dəstə adamla şər atmaqla məşğuldur"

"Yeni Müsavat"ın jurnalisti daha sonra yazır ki, özünə "lider" deyən biriləri bu "vur-çatlasın"da yenə də qəzetə, onun rəhbərliyinə, kollektivinə böhtanlar yağdırmağa başlayıblar: "Məsələn, facebookda gənclərdən biri dostlarını satdığını bəyan edən və Avropaya qaçan Rəşad Həsənovun haqqında nəsə bir status yazıbmış. Burada müzakirələrin gedişində, heç dəxli olmadığı halda, Müsavatın başqanı vəzifəsini tutan A.Hacılı "cənab"ları gəlib orada bir əndrəbadi şərh yazıb, "Yeni Müsavat"a, onun kollektivinə və rəhbərliyinə böhtan atıb. Facebook əhli də həmin şərhi screen edib, yayıb. Öncə inanmaq istəmədim ki, A.Hacılı bu qədər cılızlıq edər. Fikirləşdik ki, bəlkə kimsə bunu montaj edib!? Müxbirlərimizdən biri onunla danışmaq və belə bir status yazıb-yazmadığını dəqiqləşdirmək istədi. A.Hacılı zənglərimizə cavab vermədi. Sonra həmin şərhi facebookda onun mesaj qutusuna göndərdik və izahat istədik; mesajı oxudu və iki gün ərzində ona cavab verməməklə, bu şərhi, həqiqətən, özünün yazdığını təsdiqləmiş oldu. Sonra həmin statusdakı yazışmalara baxdıq. Müsavat partiyasının indiki başqanının yerinə utandıq; başqan siyasət nədir bilməyən bir dəstə adamla ölkəyə "dərs keçir", "ana müxalifət" kimi mübarizə aparır, əlinə keçən fürsətdə isə bizə şər atır".

Samir Feyruzov

Digər xəbərlər