PDF Oxu

Müxalifət

  • 2 835

Gültəkin Hacıbəyli və Natalya

image

Köşə

Ukraynalı gözəl bir qadın var- Natalya Voronina! Bu ecazkar qadın Donetskin mədəniyyət naziri təyin olunduqdan cəmi 55 dəqiqə sonra özü vəzifəsindən istefa vermişdi. Bu xəbər yayılar-yayılmaz "Milli Şura"nın üzvü Gültəkin Hacıbəyli nə təhər pis olmuşdusa, çırtma vursaydın, bədənindən qan fışqırardı. Sən demə, Gültəkin özünü Natalya xanıma oxşadırmış, saç quruluşundan tutmuş üz makiyajına qədər ukraynalı xanıma bənzəməyə çalışırmış. Natalya xanımın 55 dəqiqəlik nazirlik etməsi onu necə kövrəltmişdisə, sosial şəbəkələrdə ağlamaq, mızıldamaq, hönkürmək işarələri-zad qoymuşdu. Heç doğma dədəsi ölənlər belə eləmir. Monika Beluççi ərə gedəndə, onun həsrəti ilə illər uzunu yanıb-yaxılan tələbə yoldaşım acıq eləyib əsgərliyə getməmişdimi? Sibel Can Bakıya gələndə köhnə məhlə uşaqlarımızdan biri nişanını qaytarıb konsertdə üz-gözünü cırmadımı, saçlarını yolub yelə vermədimi? Beluççi ərindən boşananda, əsgərlikdən qaçan tələbə yoldaşım "28 May" metrosunun qabağında dayanıb, səhərdən-axşama qədər "Azəri" siqareti çəkirdi. Qısası, axırda tutub apardılar hərbiyə. Eşitdiyimə görə, "kazarma"da bu başdanxaraba görə televizor açmaq qadağan imiş. Qorxurlarmış birdən Monikanı görsədib eləyərlər, sonra gəl bunu yerində tut da! Sözümün canı var!

Sizə bir-iki kəlmə futbolumuzdan danışacam. Açığı, zəndeyi-zəhləm gedir futboldan. 4 ildən bir, onu da Braziliyanın oyunlarına baxaram, ya yox... Deməli, dünən təsadüfən futbol matçını izləməli oldum. Futbolçularımızdan biri topun dalınca necə qaçırdısa, ona da yazığım gəldi, özümə də. Sanki özümü gördüm, çünki mən pulun dalınca bu formada az qaçmamışam. Gülməli oyun idi, mənə uşaq vaxtı yas məclislərinin birində rastlaşdığım hadisəni xatırlatdı. Deməli, bir cavan oğlan mollaya sual verdi:

- Ay molla əmi, bu aldatmaq günahdırsa, bəs futbolçular niyə bir-birilərini aldadırlar?

- Onlar xristianlardılar, bax, heç gör bizim futbolçular kimisə aldadırlar?

Deyirəm ki, reketçiliklə də çörək yeməyin axırı yoxdur e. AXCP üzvü Elçin İsmayıllı rayonda o adam qalmamışdı ki, onun əhvalına istiot tökməsin. Kimi tuturdusa, hansı məmuru haqlayırdısa, hədələyib guya "ciddi" yazı yazacağını bildirirmiş. Guya əlində faktlar var. Nə az, nə çox sonuncu dəfə 1000 manat alarkən tutulub. Bütün günü sosial şəbəkələrdə haqdan, ədalətdən, vicdan və ləyaqətdən dəm vuran Elçin sonu görünən addımlar atmalı idi. Onsuz da cibinə "müxalifət" vəsiqəsi qoyan, adından reketçilik yağan qəzet və saytların "işçi"ləri kənd-kənd, qəsəbə-qəsəbə düşüb dilənməklə məşğuldurlar. Vay o günə ki, bunlardan biri həbs edilə, paho, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Xədicə İsmaylı dal-dala düzülüb, başlayacaqlar bu "reket"i müdafiə etməyə. Özü də məsələnin mahiyyətini bilməmiş zırpı bir bəyanat da verəcəklər ki, guya bu adamı müxalifətçi olduğuna görə həbs ediblər. Deyəsən, deyilənlər doğru imiş axı. Regionlarda yaşayan cəbhəçi jurnalistlərin hər ay AXCP-yə "tas" verdiklərini eşitmişdim, amma həqiqət imiş. Üstəgəl üzvlük haqlarını, qrantları da hesablasaq, bir partiya sədrinin 4 mühafizəçi ilə gəzməsi təəccüblü görünmür.

Samir

Digər xəbərlər