PDF Oxu

Müxalifət

  • 4 246

TARİXƏ SATQIN KİMİ DÜŞƏNLƏR

image

KÖŞƏ YAZISI

Hər zaman məni düşündürən bir sualın cavabını almaq istəmişəm: "Özlərini ictimai rəyə müxalifətin dədəsi, babası kimi təqdim edənlərin "vicdandan", "insani dəyərdən", daha nə bilim nədən danışmaqla, görəsən, nəyi düşünürlər? Əgər belədirsə, bunların düşüncələri 0%-ə bərabərdir, yəni daha doğrusu, düşüncəsizdirlər, başqa bir adları yoxdur! Şərəfsizin, vicdansızın, şəxsi maraqlarına görə hər şeyi satanın sadalananlar barədə danışması lap dinsizin-inamsızın imandan danışması kimi.

Satqınlar silsiləsində...

Tarixlər, qərinələr boyu bollu-bərəkətli müqəddəs məmləkətimizdə indiyə qədər onun çörəyini yeyib, suyunu içən bir çoxları tərəfindən xəyanətlərə məruz qalıb, milli maraqları satan xəyanətkarlar sürüsü hər zaman olub. Bu gün də belədir.

Belə milli xəyanətkarlardan biri də Leyla Yunusdur. Həmin L.Yunus ki, məlum, aşkar xəyanətlərinə görə əlahəzərət qanun qarşısına çıxarılır! Həmin L.Yunus ki, I Dağlıq Qarabağ müharibəsi zamanı, ötən əsrin 92-94-cü illərində Müdafiə Nazirliyinin analitik şöbəsinə rəhbərlik edərkən, Azərbaycan televisiyası vasitəsilə çıxışlarında, xəritələr vasitəsilə mövqelərimizi erməniyə nişan verirdi! Həmin L.Yunus ki, yalnız həqarət edəndə, söyüş söyəndə, küfr səsləndirəndə Azərbaycan dilində danışdığını etiraf edib! Həmin L.Yunus ki, dəfələrlə Ermənistanda, Qərbi Avropada səfərlərdə olarkən, orada erməni kəşfiyyatçının xəfiyyələri ilə görüşərək, təlimatlar alıb, onların yerinə yetirilməsi üçün, verbovkalarla məşğul olub! Həmin L.Yunus ki, o, həbs olunarkən, cəbhədəki gərginlik zamanı şəhid olan əsgərlərimizin daha çox ölməsini arzu edən qızı xitabən "Azərbaycan əsgərləri gəbərsinlər" deyə ermənicəsinə, fahişəcəsinə bağırıb!

Əqidəsizlik, satqınlığın, ikiüzlülük, xəyanət, paxıllıq, xəbislik, şantajçılıq və pul hərisliyi- bütün bunlar hazırda Cəmil və Gültəkinin Həsənlidə cəmləşib. Amma Cəmillə Gültəkin azərbaycanlı adları və soyadlarını daşısalar belə, real azərbaycanlı olmaq dəyəri onlardan qat-qat uzaqdadır. Hətta o qədər uzaqdadır ki, erməni dəyəri və marağı daha yaxındır belələrinə. Ancaq bir faktı deməmək də haqsızlıq olar. O da C.Həsənli, G.Hacıbəyli nə qədər satqın, ikiüzlü, əqidəsiz, xəyanətkar, paxıl, şantajçı, pul hərisi olsalar da AXCP sədri Ə.Kərimlidən artıq ola bilməzlər. Faktdan qaçmaq olmaz: su axıb, çuxurunu tapıb. Cəmil və Gültəkin, AXCP, "Milli Şura" adlı çuxura axıb. "Azadlıq" isə olub bunların ruporları. Belə abırsızlardan nəyi gözləmək olar? Bir neçə il öncəyə qədər G.Hacıbəyli YAP-ın seçki platformalarının təbliğatında öndə gedənlərdən biri idi. Amma bir dəfə deputat seçilməyən kimi, nəinki döndü oldu müxalifətçi, xeyr!

C.Həsənlidən isə danışmağa dəyməz. Çünki onun haqqında çox danışılıb. Gəl indi buna "şərəfli" siyasət donu geyindir, görüm necə geyindirirsən!

Elə bilirsiniz bunula satqınların sayı qurtarır? Əsla, qurtarmır! Elə A.Hacılı da, İ.Qəmbər də, o biri də, bu biri də eyni bezin qıraqlarıdırlar. Bu kəslər artıq tarixə satqın kimi düşüblər, millətə və dövlətə Vətən xaini kimi tanınırlar.

RƏFİQƏ

Digər xəbərlər