Köşə
Çox qəribə adamdılar, əllərində nəyi tutsan, sübut eləmək olmur ki, olmur. Söhbət cəbhəçilərdən gedir. O boyda səs yazısı yayılıb və bu səs yazısında Ə.Kərimlinin yaxınları insanlardan pul alaraq, onların şikayətlərinin Avropa Məhkəməsinə göndəriləcəyini deyir. AXCP üzvləri Mila Cəfərova, Təzəxan Mirələmli Ə.Kərimlinin "şikayət biznesi"nin icraçılarıdırlar. Deməli, vətəndaş hər hansı bir məsələ ilə bağlı hansısa quruma şikayət məktubu yazır. Bundan xəbər tutan cəbhəçilər dərhal həmin vətəndaşı "ələ alır"lar, guya şikayətinə baxılmayacağına dönə-dönə bu zavallı adamı məcburən başa salırlar. Cəbhəçilər vətəndaşı əmin edirlər ki, daha heç yerə getmə, gəl sənin işini Avropa Məhkəməsinə göndərək. O da razılaşır, lakin əsl həngamə bundan sonra başlayır. Vətəndaşı probleminin həll ediləcəyinə inandırıb, ondan ən azı 500 manat pul tələb edirlər. Pulu da alan T.Mirələmli və M.Cəfərova adlı cəbhəçilərdir. Həmin T.Mirələmli ki, həbs olunmaq üçün bütün günü Nərimanov Parkında gəzişir, ona-buna söz atır. Nədi-nədi, polis yaxınlaşıb, onu həbs etsin. Başa düşmürəm, xuliqanlıq edəni, insanları təhqir edəni polis həbs etməməlidirmi? Etməlidir! Bunu Təzəxan da başa düşür. Sadəcə, o, hər dəfə həbs ediləndə, Ə.Kərimli ona pul ödəyir. Heç kimə gülməli gəlməsin, ancaq bu, faktdır! Təzəxan doğulduğu Biləsuvar rayonunda qohum-əqrəbalarından o qədər pul alıb ki, guya onların problemlərini həll edəcək. Təkcə Mila və Təzəxan deyil, əlavə bir neçə cəbhəçilər də var ki, onlara insanlar arasında gəzmək, onları "ələ almaq" tapşırılıb. Bu zavallılar elə düşünürlər ki, Avropa Məhkəməsinə qondarma, pul müqabilində şikayətlər göndərəndə, guya iqtidar gözdən düşür. Bu cür "düşüncə" sahiblərinə nə verəsən axı. Görəsən, bütün günü sosial şəbəkələrdə Ə.Kərimlini "dəstək"ləyənlər nə düşünürlər, onlar səs yazısına qulaq asdılarmı?
Mənim İ.Qəmbərə bir sualım var, düzdür, özünü "dahi" hesab edən bu cılız siyasətbaz qəsdən mənim sualıma önəm verməyəcək, ancaq istənilən halda olanı deyəcəm. Tofiq Əmrahov adlı bir vətəndaş var, iddia edir və qəti şəkildə bildirir ki, Elçibəyin hakimiyyəti dövründə, test sistemi tətbiq olunanda (testlə ilk imtahan verənlərdən olub) imtahandan kəsilib. Bundan sonra tanışlıqla İ.Qəmbərlə əlaqə quran Tofiqin atası, ona bir çanta pul verərək, ali məktəbə qəbul elətdirib. Hətta İ.Qəmbər söz verib ki, ali məktəbi bitirənə qədər onun nəzarəti altında olacaq. Bu arxayınlıqdan xumarlanan Tofiq də bir neçə imtahandan kəsilir, hətta "napravleniya" verilir, ondan da keçə bilmir, nəticədə, ali məktəbdən qovulur. Deyir ki, hər ay kənddən İ.Qəmbərin evinə bir maşın ərzaq gətirirdik, aylıq pul da verirdik, ancaq xeyri olmadı, mən imtahandan kəsiləndən sonra, daha bizimlə əlaqə qurmadı. Maraqlıdır, Tofiq indi pulunu istəyir, atası da rəhmətə gedib. Deyir ki, bunu sübut edəcəm. Nə məsələdir, doğrudurmu, a bəy? Onsuz da səndən xəbər çıxan deyil, qaldı gələn ilə, 2018-ci il yanvarın 31-də Novxanıda səsini eşidəcəyik. O da, növbəti yanvar ayına qədər daha çox cansız müxtəlif əşyaların sürtük səsini xatırladacaq bizlərə. Hər halda, Tofiq də efirə çıxmağa hazırlaşır, sübut edəcəyini deyir.
Samir
P.S. "Azadlığ"ın həbs olunduğunu iddia edən Elnur adlı cəbhəçi dünən Nizamidə "Domino" restoranında çay içirdi. Yazırlar ki, guya yoxa çıxıb...