"Aslan İsmayılov ləyaqətli insandırsa, niyə məhkəmədən qaçır?"
Özünü cəmiyyətə "vəkil" kimi sırımağa çalışan Aslan İsmayılov müxtəlif məmurlar, iş adamları və nüfuz sahibi olan şəxslər haqqında sosial şəbəkələrdəki şəxsi səhifələrində, mütəmadi olaraq, təhqir dolu yazılar paylaşır, insanların işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərbə vurmağa çalışır. Hələ ötən əsrin 90-cı illərində partiya sədrləri və siyasətçilər arasında "alver predmeti" yaradan, faktiki olaraq öz mənəviyyatını satışa çıxaran bu adam (?) bu gün də öz ampluasındadır. Yenə də cəmiyyətdə nüfuz sahibi olan şəxslərin imicinə zərbə vurmağa çalışır. Etdiyi cinayət tərkibli əməllərinə görə peşman olmaq əvəzinə, bir sürü "manqurt"la sosial şəbəkələrdə özünə "dayaq" axtarır, xuliqanlıqlarını ört-basdır etməyə cəhd edir. Ancaq hara qədər?
Bildiyiniz kimi, A.İsmayılov bir müddət öncə iş adamı, "Xəmsə" MMC-nin sahibi Mürvət Həsənlinin ünvanına da sosial şəbəkələrdə və pul köləsinə çevrilən bəzi saytlarda əsassız ittihamlar səsləndirmişdi, onu təhqir etmişdi, müxtəlif muzdlu "müxalifət"çilər tərəfindən böhtanlar yağdırmışdı. Məhz buna görə də, M.Həsənli A.İsmayılov barəsində həm işgüzar nüfuza vurulan zərbəyə görə maddi təzminat, həm də xüsusi ittiham qaydasında həbs tələbilə Səbail rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət edib. Lakin A.İsmayılov məhkəməyə gəlmədiyindən, proses dəfələrlə təxirə salınıb. Bəs bütün günü qanunun aliliyindən dəm vuran, özünü əsl "demokrat" kimi təqdim etməyə çalışan A.İsmayılov nəyə görə məhkəməyə gəlmir? Təbii ki, o, törətdiyi cinayəti, etdiyi səhvi bilir.
"Aslan İsmayılov 200 min dollara anlaşıb, yalandırsa, buyursun məbləği açıqlasın"
İş adamı M.Həsənli də A.İsmayılovun məhkəməyə gəlməməsinə münasibət bildirib. O, qeyd edib ki, məhkəmədən yayınması, ilk növbədə, A.İsmayılovun hüquqa münasibətini göstərir: "A.İsmayılovun Azərbaycanın ictimai-siyasi sektorunda, elitasında, demək olar ki, qaralamadığı adam qalmayıb. Bu adam elementar davranış və etika qaydalarına əməl edə bilmir. Özünü apara bilmədiyinə görə, hətta bir idman-istirahət mərkəzindən də qovulub, ora girişi müştərilərin müraciəti əsasında qadağan olunub. Azərbaycanda başqa belə bir adam tapa bilməzsiniz ki, özünü apara bilmədiyinə görə, hansısa məkana girişi qadağan olunsun. El arasında beləsinə həyasız adam deyirlər və çox zaman ona baş qoşmurlar. Amma baş qoşmadıqca da ağını çıxarır axı.
20 il əvvəl hansı işdən nə qədər qazandığını və o pulla özünə ofis aldığını az qala bağıra-bağıra açıqlayır. Lakin 3 aydır "Emre Piliç" şirkətinin imza yetkisi olan 2 şəxsdən biri- Sevan Oskayanla bağladığı müqavilənin şərtləri barəsində cəmiyyətə məlumat vermir. Mən deyirəm, 200 min dollara anlaşıb. Yalandırsa, buyursun məbləği açıqlasın".
Samir