PDF Oxu

Müxalifət

  • 2 787

Müxalifət şansını itirib

image

Əli Kərimli AXCP sədrliyindən getməyə məcbur ediləcək

Hazırkı mərhələdə diqqəti çəkən əsas məqamlardan biri də müxalifət düşərgəsində partiya funksionerlərinin bir-birinə qarşı sərt ittihamlarla çıxış etmələridir. Mövcud qarşıdurmanı nəzərə alan əksər analitiklər müxalifət düşərgəsindən yeni qopmaların baş verəcəyini istisna etmirlər. Xüsusilə də, Müsavat və AXCP kimi dağıdıcı partiyalardan kütləvi qopmalar və parçalanmaların daha geniş xarakter alacağını qeyd edirlər. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların dağılacağı realdır. O, bunun səbəbini Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı və bu kimi digər dağıdıcı ünsürlərin xalqa, dövlətə zidd siyasət aparmaları ilə əlaqələndirdi: "Tam əminliklə demək olar ki, yaxın vaxtlarda Ə.Kərimli AXCP sədrliyindən istefa verməyə məcbur ediləcək. Çünki artıq sıravi cəbhəçilər mövqelərini tam şəkildə ortaya qoyublar. Bu gün müxalifət düşərgəsində olan partiyalara yığışan şəxslər biri-birinə qarşı mehriban düşmən münasibəti bəsləyir. Yəni bu gün müxalifçilər biri digərinə qarşı yaxşı olsalar da, sabah düşmənə çevrilirlər. Bunun da səbəbi müxalifət rəhbərlərinin şəxsi ambisiyalarının olması və biri-birini qəbul etməməsi ilə bağlıdır. Təbii ki, birlik olamayan yerdə inamdan, mehribanlıqdan və irəliləyişdən söhbət gedə bilməz".

T.Novruzov onu da bildirdi ki, müxalif blok və qurumların dağılmasının başlıca səbəbi liderlərin müstəqil olmamaları və biri-birinə qarşı olan düşməncilik münasibləridir: "Müxalifət liderlərinin biri-birinə qarşı olan düşmənçilik münasibləri onlar tərəfdən yaradılan blok və qurumların dağılmasını şərtləndirən əsas amillərdən biridir. İddialar müxalif partiyaların birləşməsinə yox, dağılmasına gətirib çıxarır. Birmənalı şəkildə, demək olar ki, müxalifətin ümumi güc mərkəzi yoxdur. Bu şansın olması da mümkün deyil. Bir sözlə, hər zaman müxalifət məğlubiyyətə düçar olub və olacaq da".

T.Novruzovun sözlərinə görə, müxalifətin mövcudluğu cəmiyyət üçün maraqlı deyil: "Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, o zaman həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də ola bilməz. Bugünkü müxalifətin bu cür çıxılmaz bir vəziyyətə düşməsinin səbəbi, məhz müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Artıq demək olar ki, müxalifətin sonu yaxınlaşmaqdadır. Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub, düşünsünlər ki, bu cür çıxılmaz vəziyyətdən necə çıxmaq olar? Yəni biri-birini qırmağı yox, partiyalarını yeniləşdirməyə çalışmalıdırlar. Əks-təqdirdə, müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər".

GÜLYANƏ

Digər xəbərlər