PDF Oxu

Müxalifət

  • 3 033

"Müxalifət işğalçı Ermənistanla əməkdaşlıq edir"

image

Teyyub Qənioğlu: "Əslində, belə satqınlara azərbaycanlı demək olmaz"

Bu, bir faktdır ki, dağıdıcı müxalifət partiya sədrləri və onların təsiri altında olan qəzetlər bilərəkdən və ya bilməyərəkdən işğalçı Ermənistanın xüsususi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Yəni işğalçı Ermənistan Azərbaycana qarşı anti-təbliğat kampaniyası aparması da AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının və eləcə də, "Azadlıq" qəzeti və eyniadlı sayt Azərbaycan dövləti əleyhinə səsləndirdiyi və yazdığı şər- böhtandan istifadə edir. Bu isə, AXCP sədri Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılının satqın və xəyanətkar simalar olduğunu bir daha ortaya qoyur. "Təkamül" Partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşərgəsində fəaliyyət göstərən partiya sədrlərinin millətin və dövlətin əleyhinə Ermanıstanın maraqlarına xidmət edən dezinformasiyalar yaymaları, satqınlıqdan başqa bir şey deyil: "Təbii ki, bizim mənfur düşmənimiz olan ermənilər daima Azərbaycan haqqında dezinformasiyalar yayırlar, həqiqəti özündə əks etdirməyən fikirlər irəli sürürlər. Yəni özlərinin işğalçılıq siyasətinə don geyindirmək istəyirlər. Azərbaycanın müxalifət liderlərinin həqiqətə uyğun olmayan informasiyalardan istifadə edib guya ki, ölkə hakimiyyətinə qarşı mübarizə aparmaları, əslində, dövlətə və millətə qarşı mübarizə aparmağa bərabər olan bir haldır. Bu baxımdan da, onların yanlış yolda olduqlarını hesab edirəm".

"Müxalifət liderlərinin işğalçı Ermənistanın maraq və mənafeyindən çıxış etmələri bir növ elə Ermənistan xüsusi xidmət orqanlarında işləmələri kimi də qiymətləndirmək olarmı?" sualına cavab olaraq T.Qənioğlu bildirdi ki, deməzdim ki, açıq şəkildə müxalifət liderləri Ermənistan xüsusi xidmət orqanlarına xidmət edirlər: "Amma dezinformasiyaya əsaslanıb, hər hansı bir iftira xarakterli məlumatların yayılması dolayısı yolla elə düşmənə xidmət eləməyə bərabərdır".

"Xaricə mühacirlik edən müxalif şəxslər sonradan müxtəlif ölkələrdə Azərbaycanın milli maraqlarına zərbə vuran addımlar atırlar. Nəyə görə azərbaycanlı öz azərbaycanlısına qarşı düşmən kəsilməlidir" sualına cavab olaraq T.Qənioğlu bildirdi ki, istənilən halda, ölkəni hansısa səbəbdən tərk etmələrindən asılı olmayaraq, onların xaricdə yaşayaraq öz ölkəsi haqqında xoşagəlməz fikirlər səsləndirmələri qəbul olunan hal deyil: "Yaxşı olardı ki, həmin şəxslər bu cür hərəkətlərindən əl çəksinlər. Demək olar ki, xaricdə yaşayan həmin şəxslərin qarşısına həmin xarici qüvvələr tərəfindən müəyyən şərtlər qoyulur və bu və ya digər şəkildə də onlara maliyyə yardımları göstərilir. Bunun da müqabilində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Əslində, belə satqınlara azərbaycanlı demək olmaz".

GÜLYANƏ

Digər xəbərlər