PDF Oxu

Müxalifət

  • 2 714

Erməniyə xidmət edən anti-milli toplumu

image

Məkrli qüvvələrə xidmət edənlərin sayı çoxdur. Cəbhədə yaranan gərginliklərdə bütün ölkə əhalisinin dini inancından milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin düşmənə və işğalçı ölkənin dəstəkçilərinə qarşı birləşdiyi bir vaxtda AXCP sədri Ə.Kərimli təxribat xarakterli bəyanatlar səsləndirməklə, erməni lobbisi və ona yaxın çevrələrlə "birlik" nümayiş etdirir. Əslində satqından, vətən xainindən nə gözləmək olar? Ə.Kərimli hər zaman Azərbaycana qarşı barışmaz və düşmən mövqedə olan qüvvələrlə iş birliyində olub və istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız anti-milli, dağıdıcı mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstərib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı məsələyə münasibət bildirərkən qeyd edib ki, bu adam, verdiyi bəyanatın üstündən bir saat keçməmiş, onun tam əleyhinə danışmağa başlayır: "Elə ötən il aprel döyüşləri zamanı "Qarabağda gedən döyüşləri iqtidarlı-müxalifətli, bütün xalq dəstəkləyir" bəyanatını misal göstərmək olar. Ə.Kərimlinin verdiyi həmin bəyanat dərhal Ermənistan mətbuatının bir nömrəli xəbərinə çevrildi. Bu, təsadüf idimi? Xeyr! Ə.Kərimli bilmirdi ki, onun verdiyi bəyanatları düşmən mediası yaya bilər? Çox yaxşı bilirdi. Özünüz fikirləşin, Ə.Kərimlinin verdiyi bəyanatlar, əgər düşmənimiz erməniyə və onun milli maraqlarına xidmət etməsəydi, ermənilər onu öz mediasında yayardımı? Elə bu arqument Ə.Kərimlinin ermənilərə xidmət etdiyini təsdiqləyir. Uzun illər ərzində öz liderinə, dostlarına və silahdaşlarına xəyanət edən Ə.Kərimli bu dəfə Vətəninə xəyanət etmiş oldu! Bunu ondan hər bir kəs gözləyirdi".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər