PDF Oxu

Müxalifət

  • 3 107

Fürsətçil mühacir biznesmenləri

image

Əli Kərimli - insan, yoxsa iblis

Ataların gözəl bir deyimi var: "qozbeli qəbir düzəldər". AXCP sədri Ə.Kərimlinin "siyasi karyerasına" nəzər salmaq kifayətdir ki, onun insan deyil, iblis olması təsdiqini tapar. Daha dəqiq desək, mərhum Əbulfəz Elçibəyə yaxınlığı ilə seçilən və Ə.Kərimlinin xəyanətlərinə kifayət qədər bələd olan KXCP sədri M.Mirəlioğlu "Yurd"un fəaliyyətində baş verən hadisələrə, birmənalı olaraq, "antielçibəyçilər hərəkatı" adını verib.

Göründüyü kimi, uzun illərdir ənənəvi müxalifətin "lider" kreslosunu işğal edərək, pafoslu çıxışlarla özünü "demokrat" kimi təqdim etməyə çalışan AXCP sədri Ə.Kərimlinin hansı işlər gördüyünü və hansı "yuvanın quşu" olduğunu izah etməyə ehtiyac duymuruq. Faktlar və dəlillər bunu bir daha təsdiqləyir. Xalqımıza və vətənimizə qarşı satqılıq simvoluna çevrilən Ə.Kərimli istər ötən il aprel döyüşləri zamanı, istərsə də fevral ayının 24-25-də cəbhə xəttində baş verən hadisələrlə bağlı yenə də bəyanatlar səsləndirməsi, bir daha onun nə qədər nakişilik etməklə, Qarabağ məsələsi, oradakı əsgərlərimiz, ümumiyyətlə, baş verən proseslər deyil, partiyasının aqibəti maraqlandırır. Bu qənaətə gəlməyə isə kifayət qədər zəmin və əsaslar var. Belə ki, mühacirətə gedən şəxslərin məlumatına görə, indi də "Yurd" sədri mühacirətə yeni göndərdiyi şəxslərin siyahısını hazırlayır və "müxalifətçi arayış"ını 2500-3000 dollara satır. Bax, budur Ə.Kərimlinin iç üzü.

AXCP sədrinin yeganə "dayağı" "facebook"dakı saxta profillərdir

Görünür, xəmiri satqınlıqla yoğrulan, ümumiyyətlə, "facebook" sosial şəbəkəsində (təbii ki, ondan kənarda deyil-R.H.) "füsunkar", "təhtəlşüur" siyasət yürütdüyünü sanan, gah insanları partiyasına üzv yazılmağa səsləyən, gah da ictimai rəyə "ağıl qoyan" AXCP sədrinin mövcud vəziyyəti, bir daha isbat edir ki, onun bundan ötə "siyasət" yürütməsi mümkün deyil. Çünki "siyasətini" "fecebook"da otuzdurduğu adamları və hər birinin adına açdırdığı bir neçə səhifələri vasitəsilə "like" etdirən Kərimlinin özü də yaxşı bilir ki, onun ölkədəki siyasi müxalifətçilik imici tükənib. Sadəcə, onu ayaqda saxlayan bircə faktor varsa, o da müasir texnologiyadan maksimum dərəcədə istifadə etdiyi sosial şəbəkələrdir. Vu sosial şəbəkələr vasitəsilə Azərbaycan dövləti əleyhinə səsləndirdiyi, yazdığı, yaxud da yazdırdığı hər bir fikri dərhal erməni mediasının manşetlərini bəzəyib, həm də informasiya müharibəsində düşmənlərimizə stimul verib. Bununla yanaşı, yuxarıda vurğuladığımız faktor onun AXCP-ni həm də biznes aləti qismində istifadə etməsidir.

Əgər bu fakt mövcuddursa, onda AXCP sədrinin, necə deyərlər, hansı yuvanın quşu olması barədə çoxlu zaman ayıraraq, nəticə çıxarmağa ehtiyac qalmır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər