PDF Oxu

Müxalifət

  • 3 543

Fuad Əliyev kimləri ittiham edəcək?- ŞOK FAKTLAR!

image

Əli Kərimli və İsa Qəmbər biznesmen partiya sədrini necə müflis ediblər?

"Lideral Demokrat Partiyası"nın sədri Fuad Əliyevin əvvəllər bizneslə məşğul olması hər kəsə bəllidir. Partiya fəaliyyətini daha çox maddi imkanlar hesabına qurmağa çalışan F.Əliyev uzun müddət Lalə-Şövkətin təsir dairəsində qalaraq, nəinki heç bir siyasi nailiyyət əldə edə bilmədi, hətta müxalifət düşərgəsində belə özünü tanıda bilmədi. Mətləbə keçək!

F.Əliyevə yaxın şəxslər bildirirlər ki, o, yaxın vaxtlarda AXCP sədri Ə.Kərimlini, "Milli-Strateji Düşüncə Mərkəzi"nin sədri İ.Qəmbəri və Lalə-Şövkəti məhkəməyə verəcək və bunun üçün onun əlində kifayət qədər faktlar var. Mənbə deyir ki, F.Əliyev bizneslə məşğul olduğu vaxt əldə etdiyi gəlirlərin çoxusu bu şəxslər tərəfindən mənsimsənilib, "LDP" sədrinin pulları bu şəxslərin şəxsi maraqlarına sərf olunub. Vaxtilə F.Əliyevi şirnikləndirərək, onu müxalifətin "vahid namizədi" edəcəklərinə söz verən AXCP sədri və İ.Qəmbər buna görə milyonlarla pul əldə edib. Hətta əldə olunan məlumatlarda o da göstərilir ki, məhz bu şəxslərin "xidmət"ləri sayəsində F.Əliyevin bütün pulları xərclənib, onun biznesinə ciddi zərbə vurulub və nəticədə, müflis olub. Mənbə onu da qeyd edir ki, biznesi tamamilə çökən, pulları talan olunan F.Əliyevin şəxsi həyatında da ciddi problelər yaranıb. Məsələnin ən "maraq"lı tərəfi isə odur ki, həmin vaxt hüquqşünasa ehtiyacı olan F.Əliyevə nə AXCP-nin, nə də Müsavatın üzvü olan heç bir hüquqşünas kömək etməyib. Əksinə, hüquqi xidmət müqabilində ondan böyük məbləğdə pul istəyiblər. Həftədə bir neçə dəfə cəbhəçilərə, müsavatçılara bahalı, ayrı-ayrı məkanlarda qonaqlıqlar verən F.Əliyev təkcə bu tip şeylərə bir ay ərzində on minlərlə pul xərcləyirmiş. Eyni zamanda, AXCP-nin, Müsavatın kreditə götürdüyü mebellərin, komputerlərin də aylıq ödənişlərini F.Əliyev ödəyirmiş.

Mənbə, onu da bildirir ki, Ə.Kərimlinin qeyri-rəsmi köməkçilərindən olan, əslən Biləsuvar rayonundan doğulan, bir neçə il bundan öncə fırıldaqçılığına görə həbs edilən, hazırda isə Ukraynada yaşayan Səməd İbadov adlı şəxs vasitəsilə Ə.Kərimliyə sonuncu dəfə 80 min dollar pul göndərib.

Samir

Digər xəbərlər