Nəfəsi petruşka qoxuyan "Nida"çı Bayram Məmmədovun 22 yaşının tamam olması münasibətilə cəbhəçilərin, "bayramşünas"ların göstərdikləri "cəfakeş"lik hər nədirsə, ayrı bir şeydir: məsələn, doğma dədələrinə-babalarına göstərmədikləri fərqli bir "qayğı"dır. Bayram deyir ki, stereotipi sındırdıq. 22 yaşlı bir gənci-Bayramı Ə.Kərimli, X.İsmayıl necə korlayıb zay etdilərsə, o həbs edilməmişdən öncə, yol boyu özbaşına danışa-danışa gedirmiş. Özündən hürkən, "izlənirəm" ədası ilə bu deşikdən girib, başqa bir dəlikdən çıxan Bayram bu "sehrbaz"lıqları edərkən, heç "Nida"çı da deyildi. "Nida"nın sosial şəbəkələrdəki səhifəsində Bayramın şəkli paylaşılıb və altından o qədər əttökən şərhlər yazılıb ki, sanki həbsdə yatan bir xuliqan və narkoman deyil Bayram. Yox, Babəkdir, Qaçaq Nəbidir, Beyrəkdir. Bir "qadın" yazıb ki, "qullar səni gözləyir, ay Bayram, başına dönüm, tez gəl". Bu da axırı, "büt-büt" deyib qadınsayağı hay-şüvən salan Bayramın artıq "müqəddəs"ləşdirilməsidir. Kül təpənizə! Məgər dəli dəli olduğunu bilərmi? Holland fermerlərinə oxşayan oğlu Türkeli əsgərlikdən yayındıran, ermənilərin qucağına əyləşdirib "yaşıl düymə"ni basan Ə.Kərimlinin qızışdırdığı bir neçə nəfər gənc də var ki, bütün günü "Gənclik" metrosunun yaxınlığında çayxanada oturub onun bunun qeybətini edirlər, polis əməkdaşlarına ilişirlər. Sabah bu xəstələr xuliqanlıq etdiklərinə görə həbs ediləndə, "qəhrəman" olacaqlarmı? Ehtiyatlı olun, stilist Samiraldonun "qəhhhhhrəman"larından olmasınlar. Söyüşü "siyasi mübarizə" metodu seçən bir sürü əxlaqsızdan "siyasətçi", "siyasi məhbus" qayırmaq bu axmaqların köhnə peşəsidir.
Bu, de, qoltuğuna bir topa kitab vurub, Ə.Kərimlinin dalınca sürünən C.Həsənli rəhmətlik Elmar Hüseynovun məzarını ziyarət etməyə gedib. Həmin Elmarın ki, sağ olanda C.Həsənli ondan xahiş etmişdi ki, etdiyi xəyanətlər barədə "Monitor" jurnalında bircə cümlə belə yazmasın. Həmin vaxt Cəmil deputat olmağa hazırlaşırdı. Südeyf adlı bir nəfərlə Cəlilabadda əldə etdiyi kilometrlərlə uzanan üzüm tənəklərindən yazmamaq üçün qəzetlərin qapısında sürünürdü. Elmar öləndən sonra hər ay deputat maaşının 30%-ni Şahvələd Çobanoğluya "şirinlik" verən Cəmilin bu gün Elmarın məzarı üstündə zarıması heç də normal hal deyil. Ə.Kərimli də məzarı ziyarət edən zaman 7-8 nəfərin qarşısında elə çıxış etdi. Bu adamın gözünə hər yer mitinq kimi görünür, güman ki evdə də bu cür "meydan"lıqları tutur. İndi mitinq əsri də deyil, nə də möhkəm qışqırığa heç kim qulaq verən deyil. Ziyarət zamanı Ə.Kərimli Eynulla Fətullayevin də ünvanına sərt fikirlər səsləndirib. O Ə.Kərimli ki, 2006-cı ilin fevral ayında "Gündəlik Azərbaycan" qəzetinin redaksiyasında Eynulla ilə görüşmək üçün səhərdən-axşama qədər H.Cavid Parkında təpik döyürdü. Eynulla həbs ediləndə isə, "Azadlıq" qəzeti xilas oldu" demişdi.
Samir