PDF Oxu

Müxalifət

  • 2 964

Milli mənafenin bir nömrəli xəyanətkarı

image

KÖŞƏ YAZISI

Zaman-zaman Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimlinin şəhidlər üzərində mənfur, əxlaqa və mənəviyyata sığmayan siyasəti müşahidə olunub. Bu fərdin işi-gücü ictimai rəydə özünəməxsus iyrənc obraz yaratmaq olub ki, normal düşüncəli insan daim belə addımı pisləyib.

Bu gün Ə.Kərimli kimi antimilli, dağıdıcı müxalifət liderləri problemlərini öz maraqlarına uyğun şəkildə qabartmaqla, siyasiləşdirməklə həm ictimaiyyət arasında çaşqınlıq yaratmağa, həm bu kateqoriyadan olan insanlarla dövlət arasındakı münasibətlərə kölgə salmağa, həm də sosiumda Qarabağ müharibəsi ilə bağlı fikirlərə mənfi psixoloji nöqteyi-nəzərdən qiymətin verilməsinə cəhd göstərirlər. Bu cür mənfur əməlinə görə, Ə.Kərimli cəzalanmalıdır. Düşünürəm ki, heç kəs susmamalıdır və Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin adından danışan Ə.Kərimli kimi antimilli ünsürün səsini birdəfəlik kəsmək lazımdır.

Kərimlinin süni imici

Məsələ ondadır ki, Ə.Kərimli indi də süni şəkidə yaradılmış bir imic üzərində əxlaqsız siyasət yürütməklə məşğuldur. Məqsədi də dövlətin şəhidlərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya kölgə salmağa çalışan bəzi üzdəniraq qüvvələr üçün "ələkçinin qıl verəni" vəzifəsini icra etməkdir. Ancaq Ə.Kərimli anlamır ki, belə ürəkbulandırıcı siyasəti yürütməklə, müxalifətin "lideri" olmaq mümkün deyil. Çünki bu məxluqun yazı dağarcıqları onun sifarişinə əsasən, yazılır. Elə ötən aprel döyüşləri zamanı Ə.Kərimlinin yazı dağarcıqları yazırdılar ki, guya şəhidlərin siyahısı gizlədilir, dövlət adamları şəhidlərin mərasimlərinə qatılmır və s. Amma sonradan bütün bunların şər, böhtan və yalan olduğu üzə çıxdı. Amma Ə.Kərimli yalanının üzə çıxmasından heç də utanmadı!

Şəhidlərin dəfni mərasimində minlərlə insan iştirak edirdi. Onlarda gördülər ki, mərasimlərə kimlər qatıldı - dövlət nümayəndələri, siyasi xadimlər və tanınmışlar! Belə yerdə, əslində, heç bir vəzifə və titul olmur. Hər kəs eyni titulu daşıyır - xalqa xidmət titulun! Görünür, Ə.Kərimlinin bu titula heç vaxt aidiyyəti olmayıb, heç olmayacaq da. Çünki milli mənafenin bir nömrəli xəyanətkarı olan Ə.Kərimlidən, ən azından, xalqımız təmizlənmiş olar!

RƏFİQƏ

Digər xəbərlər