PDF Oxu

Müxalifət

  • 9 892

Dağıdıcı müxalifətin Mehman Hüseynov məsələsini siyasiləşdirmək cəhdi iflasa uğrayır

image

Demokratiyanın vacib elementlərindən hesab olunan söz və mətbuat azadlığının təmin olunması, müstəqil mətbuatın inkişafı dövlətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Konstitusiyanda və digər qanunvericilik aktlarında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə geniş yer verilib. Konstitusiyanın imkan verdiyi prinsiplərə əsaslanmaqla, hər kəs informasiyanı əldə edib, onu yaymaq hüququna malikdir. Amma gəlin razılaşaq ki, bəzən informasiyanın əldə edilib, yayılması prosesində qərəzkarlığa yol verilir, şər və böhtan məlumatlara daha çox üstünlüyün verilməsinə cəhdlər göstərilir. Buna qarşı etiraz ediləndə və ya qanun çərçivəsində tədbirlər görüləndə, hay-küy qaldırılır, bu, söz və mətbuat azadlığının pozulmasına cəhd kimi qiymətləndirilir. Birmənalı tərzdə demək olar ki, bu cür yol tutan fərdlər daha çox dağıdıcı müxalifət cəbhəsində olan ünsürlərdir. Bunu araşdırmalar da təsdiq edir. Faktlara əsasən, demək olar ki, dağıdıcı müxalifətin əsas təxribatçı dəstəsi hesab olunan AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı və Müsavatın keçmiş başqanı İsa Qəmbər dövlətimizin imicinə, xalqımızın maraqlarına zərbə vurmaq üçün müxtəlif şoular yaradır, söz və mətbuat azadlığının pozulması iddiası ilə beynəlxalq təşkilatlara donoslar göndərirlər. Bu dəfə əllərinə düşən mövzu isə Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusi ağır cinayətlərdə ittiham etməklə böhtan atma" maddəsi ilə məsuliyyətə cəlb olunaraq, 2 il müddətinə azadlıqdan məhrum edilən Mehman Hüseynov məsələsidir. Bu məsələni az qala siyasiləşdirməyə çalışan dağıdıcı müxalifət və onların təsiri altında olan "Azadlıq. info" saytı, "Meydan" TV, "Azadlıq Radiosu" və digər bu kimi təxribat maşınları ictimai rəyi çaşdırmaq üçün tamamilə əsassız, şərə və böhtana əsaslanan informasiyalar yayırlar.

Mehman Hüseynovun cinayət əməli ətrafında şou yaratmağa cəhd edilir

Görünən odur ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və tanınan "Freedum Nouse", "Sərhədsiz Repartyorlar" Təşkilatı onlara müəyyən dəstək göstərir. Yerli və xarici qüvvələr tərəfindən Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, bununla da, məhkəmənin çıxardığı qərarı şübhə altına almaq cəhdləri göstərilir. Amma bu, faktdır ki, Azərbaycanda məhkəmə orqanları müstəqildir. Onların çıxardığı qərarlar hüquqi dövlət olan ölkəmizin ali qanunvericilik müddəalarına əsaslanır. M.Hüseynovun cinayət əməli ətrafında şou yaratmağa çalışan dağıdıcı müxalifətin məhkəmə qərarından narazılığı varsa, hüquqi prosedurlara əsaslanaraq, appelyasiya qaydasında yuxarı instansiya məhkəmələrinə şikayət edə bilər. Bu hüquqdan istifadə edilmirsə, deməli, hansısa alverə cəhd göstərilir. Necə ki, dəfələrlə AXCP və Müsavat rəhbərliyinin xeyli pul müqabilində müəyyən sayda gənci "siyasi mühacir" adı altında xarici ölkələrə göndərib. Sonradan xaricə üz tutan gənclər səhvlərini başa düşüb, onları gedər-gəlməzə yola salan müxalifət liderlərini ifşa ediblər. Məlum olub ki, Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı 2500-3000 manat pul almaqla, onlara partiya vəsiqəsi verərək, həmin şəxsin guya mitinqlərdə polislər tərəfindən təzyiqlərə məruz qaldığını qeyd ediblər. Bu ifşaedici faktlardan sonra da sözügedən partiya sədrlərinin öz bəd əməllərini davam etdirmələri o fikri yaradır ki, bu adamlar əxlaqdan və mənəviyyatdan, həqiqətən də, uzaqdırlar.

"Freedum Nous" dağıdıcı müxalifətlə eyni maraqları bölüşür

"Freedum Nous"un bun günlər Mehman Hüseynovun həbsi ilə bağlı yaydığı hesabat, birmənalı tərzdə onu deməyə əsas verir ki, bu hesabat daha çox "Milli Şura"nın və Müsavatın 2016-cı il sentyabr ayında keçirilən mini-aksiyalarında qəbul edilən qətnamələrin tezislərindən heç nə ilə fərqlənmir. Bu isə, onu təsdiq edir ki, "Freedum Nous"un yaydığı hesabatın hazırlanması prosesində İ.Qəmbər, Ə.Kərimli və A.Hacılı yaxından iştirak ediblər. Tərəflər bununla eyni maraqları bölüşdüklərini bir daha nümayiş etdiriblər. Həm də aydın olur ki, "Freedum Nous" heç də müstəqil təşkilta deyil. Bu təşkilat konkret sifariş əsasında konkret dövləti hədəfə alır, ənənəvi qərəzli tezislərdən istifadə etməklə, filan ölkədə insan hüquqları sahəsində və demokratik proseslərdə problemlərin olduğunu iddia edir. Azərbaycan cəmiyyəti bu təşkilatın erməni lobbisinin əlində Azərbaycana qarşı bir istifadə olunan alət olduğunu çox yaxşı bilir. Ona görə də, Azərbaycan cəmiyyəti bu təşkilatın yaydığı hesabatları ciddi sənəd kimi qəbul etmir.

İ.ƏLİYEV

Digər xəbərlər