PDF Oxu

Müxalifət

  • 5 290

"Human Rights Watch"dan Mehman Hüseynov sayıqlaması

image

Mehman Hüseynov jurnalistlərin "Bədənində olan xəsarət izlərini göstərə bilərsənmi?" sualınadan kameraların önündə yayındı

Dünyada daha çox provokativ bəyanatlarla "məşhur" olan, insan "hüquq" və "azadlıq"ları bəhanəsi ilə dövlətlərin daxili işlərinə müdaxilə edən, "Human Rights Watch" təşkilatı növbəti dəfə ölkəmiz haqqında qərəzli hesabat yayıb. Belə ki, "Human Rights Watch" təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia anti-Azərbaycan qüvvələrin maraqlarına xidmət, ölkəmiz haqqında mənfi imic yaratmağa çalışan, dövlətimiz və dövlət xadimləri haqqında şər-böhtan xarakterli məlumatlar yayan Mehman Hüseynovu "müdafiə" etməyə çalışıb. M.Hüseynov dəfələrlə Azərbaycan qanunlarını pozub, sonuncu dəfə isə polisin qanuni əmrinə tabe olmadğına görə, məhkəmənin qərarı ilə 200 manat cərimə edilib sərbəst buraxıldıqdan sonra isə saxlanılarkən, polislər tərəfindən guya işgəncələrə məruz qalması haqda mətbuata müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə, atdığı böhtanlara görə (maddə 147.2: ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə) Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən M.Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qısası, o, qanunlarımıza məhəl qoymayıb, polisin qanuni əmrinə tabe olmayıb, buna görə, sadəcə, cərimə olunan M.Hüseynov şirniklənərək, daha sonra hüquq-mühafizə orqanlarına şər-böhtan atmağa başlayıb və buna görə də, qanuni çərçivədə haqqında tədbir görülməsi üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırılıb. M.Hüseynovun həbsini siyasiləşdirmək, onun qeyri-qanuni hərəkətlərinə don geyindirmək gülünc və absurddur! Polis idarəsində guya döyüldüyü, işgəncələrə məruz qaldığını iddia edən M.Hüseynov jurnalistlərin "Bədənində olan xəsarət izlərini göstərə bilərsənmi?" sualınadan kameraların önündə yayındı.

Hansısa villanı 100 metr kənardan videosunu çəkib bu villanın hansısa məmura məxsus olduğunu heç bir fakt olmadan iddia etmək nə vaxtdan araşdırma hesab olunur?

"Human Rights Watch" təşkilatı yazır ki, guya M.Hüseynovun başına torba keçirilib, toka verilib, işgəncələrə məruz qalıb. Yəqin bu təşkilatın sözçüsü Qərb xüsusi xidmət orqanlarında vətəndaşlara qarşı həyata keçirilən işgəncə metodlarının ölkəmizdə tətbiq olunmasını arzuladığına görə, bu formada sərsəm iddialar qeyd edir. Toka verilən insanın bədənində, ən azı qollarında işgəncə əlamətləri açıq şəkildə görünür, xırda yanıqlar, qançırlar əmələ gəlir, dərinin rəngi qaralır. Kimsə M.Hüseynovun dərisində, qolunda işgəncə əlamətlərini gördümü? Qətiyyən! Yalnız biləyinin şəklini çəkib işgəncələrə məruz qaldığını iddia edən M.Hüseynov sosial şəbəkələrdə paylaşımlar etdi. Bu fotolar da işgəncə əlaməti yox, sadəcə, adi cızıqlar idi. Yəni bunu birbaşa polis işgəncəsi adlandırmaq ağılsızlıqdan başqa bir şey deyil.

G.Gogia yazır ki, guya polisin bu davranışında məqsəd hakimiyyətin M.Hüseynova mesajını çatdırmaq idi: "O, araşdırmalarını dayandırmasa, pis nəticələrlə üzləşəcəkdi". Söhbət hansı araşdırmadan gedir? Kimə məxsus olduğu bilinməyən hansısa villanın 100 metr kənardan videosunu çəkib. Bu villanın hansısa məmura məxsus olduğunu heç bir fakt olmadan iddia etmək nə vaxtdan araşdırma hesab olunur? Bu günə qədər "Azadlıq.info" saytında M.Hüseynovun heç bir prinsipə sığmayan videolarından da daha böhtançı yazılar və görüntülər yayımlanıb. Buna görə kimsə təqib olunubmu? Xeyr! "Azadlıq.info" bu gün də öz çirkin kampaniyalarını davam etdirir. Nəzərə almaq lazımdır ki, M.Hüseynov Azərbaycan maraqlarını böyük pullar müqabilində Avropanın təxribatçı dairələrinə satan Emin Hüseynovun doğma qardaşıdır. Həmin E.Hüseynovun ki, bu gün də Avropadan paylaşdığı videolarda anti-Azərbaycan fəaliyyəti ilə məşğul olduğunu açıq şəkildə bəyan edir.

Samir

Digər xəbərlər