PDF Oxu

Müxalifət

  • 5 988

Xarici havadarları tələb etsələr...

image

Təhmasib Novruzov: "İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri işğalçı ölkə olan Ermənistanın hansısa bir iddiasına da dəstək verə bilərlər"

Müxalifətin xarici maraqlı dairələrlə iş birliyinin olmasına dair mövcud faktlar getdikcə daha geniş və əhatəli şəkildə öz miqyasını artırmaqdadır. Bu baxımdan, demək olar ki, müxalifət ifşa olunur. Nəticə etibarilə bundan sonra müxalifətin hər hansı məslə ilə bağlı fikir söyləməsi, ideya irəli sürməsi təmsil olunduğu düşərgədə belə ciddi qəbul olunmayacaq. Necə ki, bu günə qədər cəmiyyət müxalifət liderlərini qeyri-ciddi təşkilatın rəhbərləri kimi tanıyıb. "Azadlıq" Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin ifşası həm də onlara himayədarlıq edən məkrli xarici maraqlı qüvvələrin də ifşası deməkdir: "Azərbaycanda hər hansı bir problem yaranırsa, müxalifət düşərgəsini təmsil edən şəxslər çalışırlar ki, bu problemi daha da böyüdərək, ondan öz siyasi maraqları üçün istifadə etsinlər. Bunun da səbəbi xaricdə olan havadarlarına özlərini reklam etdirməkdən irəli gəlir. Yəni dağıdıcı müxalifət düşərgəsini təmsil edən şəxsləri maliyyələşdirən xarici havadarlarına demək istəyirlər ki, baxın, biz fəaliyyət göstəririk. Bir sözlə, heç bir sözü, təklifi və inkişaf üçün bacarığı, qabiliyyəti olmayan şəxslərin ölkəmiz haqqında xoşagəlməz fikirlər səsləndirməsi onların yarıtmaz bir qrup olduğunu təsdiqləyir. Sabah, o biri gün İ.Qəmbər, Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri işğalçı ölkə olan Ermənistanın hansısa bir iddiasına da dəstək verə bilərlər. Təbii ki, xarici havadarları bunu tələb etsələr. Ümumiyyətlə, maliyyə məsələsi elə məsələdir ki, ya gərək boyun əyməyəsən. Əgər onun maliyyəsinə boyun əydinsə, onda artıq o, sənin üzərində hökmdara çevrilir. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən həmin şəxslər maliyyə məsələsinə görə, xarici qüvvələrin əlində bir alətə çevriliblər. Bu da onları uçurumun daha dərinliklərinə aparacaqdır".

T.Novruzov onu da bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyalarla yaşayaraq, ümid edirlər ki, nə vaxtısa, onlar da nəyə isə nail ola biləcəklər: "Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni müxalifət liderləri, başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Təəccüblü məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə, onların faciəsidir".

GÜLYANƏ

Digər xəbərlər