PDF Oxu

Müxalifət

  • 2 917

BMT özünü növbəti dəfə biabır etdi- Azərbaycanla bağlı dinləmələr kimə və nəyə lazımdır?

image

Məlum olduğu kimi, martın 7-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunub. İnsan hüquqları anlayışından ölkələrə təzyiq mexanizmi kimi istifadə etməyə çalışan BMT bu dəfə də öz ənənəsinə sadiq qaldı. Anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan şəxslərdən, qurumlardan aldığı "donos"lar əsaslanıb, ölkəmizin imicinə zərbə vurmağa çalışdılar. Hətta bunun üçün bütün mövcud imkanlardan istifadə etdi. Tədbirdə BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstla, dinc toplaşmaq azadlığı hüququ məsələsi üzrə xüsusi məruzəçisi Mayna Maya ilə bərabər, Emin Hüseynov və Xədicə İsmayıl (skayp vasitəsilə) çıxış ediblər. Necə deyərlər, bircə dəfə də gəlib Azərbaycanda insan hüquqlarının vəziyyətini gözləri ilə görməyənlər məqsədlərinə uyğun hərəkət etdilər. Xarici xüsusi xidmət orqanlarının qarşısında öhdəliklər götürən Emin və Xədicənin böhtan xarakterli çıxışları ilə özlərinə əsas yaradıb, dinləmələr keçirdilər. Olsun! Ancaq bu dinləmələrin keçirilməsi kimlərə sərf edir, kimlər bundan xoşallanır və əslində, kimlərin imicinə zərbə vurulur?

Məlum dinləmələri təşkil edənlər də, yaxşı bilirlər ki, "Azadlıq" Radiosunun Bakıdakı ofisinin bağlanmasından hiddətlənən X.İsmayıl hələ 2014-cü ilin dekabr ayında hədə-qorxu dili ilə danışaraq, ABŞ xüsusi xidmət orqanlarına casusluq etdiyini açıq şəkildə bəyan etmişdi. Hətta Dövlət Departamentində mühüm adamlarla əlaqə qurduğunu etiraf etmişdi. Dövlət Departamentinin isə terrorizmdə "yaşıl düymə" rolunu oynadığı, ölkələrdə milli münaqişələr yaratmaq üçün böyük pullar xərclədiyi faktdır! Bunu bilmək üçün nə orda-Dövlət Departamentində işləməyə ehtiyac var, nə də iraqlı, fələstinli, suriyalı, misirli, liviyalı olmağa. E.Hüseynov isə, nəinki çıxışları ilə, hətta Azərbaycandan qaçması metodu ilə sübut elədi ki, İngiltərənin Mİ-1 təşkilatının bir qolu kimi fəaliyyət göstərən Norveç xüsusi xidmət orqanlarının iltizamlı casusudur. Heç şübhəsiz ki, nə Emin, nə də Xədicədən istifadə edərək, heç bir ölkənin maraqlarına zərvə vurulmur, məqsəd yalnız Azərbaycanın maraqlarına xələl gətirməkdir. Necə deyərlər, sapı özümüzdən olan "baltalarla iş"ləmək düşmənə daha çox sərf edir.

BMT-nin bu gün özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim etməsi gülüncdür və bu, insanda ikrah doğurur

BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi məlum 822, 853, 874, 884 saylı qətnamələrin taleyi isə heç kimi, elə ilk növbədə, BMT-nin özünü maraqlandırmır. İşğalçı dövlətə söz deməyə cəsarəti çatmayan, qəbul etdiyi qətnamənin icra olunması ilə bağlı heç bir mexanizmdən istifadə etməyi bacarmayan BMT bu gün işğala məruz qalan Azərbaycan haqqında dinləmə keçirir, özü də insan hüquqlarının pozulması ilə bağlı. Bəs Qarabağda haqqı, hüquqi məhv edilmiş insanların hüquqlarını hara yazaq? BMT, bircə dəfə də olsun, onlarla bağlı dinləmə keçiribmi? Keçirməyib, keçirmək də sərf etmir. İkinci Dünya müharibəsindən sonra məğlub ölkələrə "tas" qoymaq üçün yaradılmış BMT-nin hansısa strukturu bu gün özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim etməsi gülüncdür və bu, insanda ikrah doğurur. Suriyada azyaşlı uşaqların orqanlarını satıb büdcələrinə pul daşıyan mafioz Qərb dövlətlərinin bu vandal addımlarına göz yuman BMT deyilmi? Heç kim BMT-də hansısa Qərb dövləti ilə bağlı mənfi dinləmələrin keçirilməsinin şahidi olmayacaq, bu qurum sanki müsəlman dövlətlərini məhv etmək üçün yaradılmış "mənəvi terror" maşınıdır.

Samir

Digər xəbərlər