PDF Oxu

Müxalifət

  • 3 012

"Milli Şura"nı idarə edən xarici maraqlı dairələr var"

image

Niyaməddin Orduxanlı: "Beynəlxalq təşkilatlar Əli Kərimlidən çox məharətlə istifadə edirlər"

Daxili çəkişmələr və qarşıdurmalar müxalifət düşərgəsində həlli mümkün olmayan problemlər yaratmaqdadır. Məhz vəziyyətin son dərəcə kiritik olması səbəbindəndir ki, bəzi müxalif partiyalar təzyiqlərə tab gətirmədiklərindən parçalanmalara məruz qalırlar. Siyasi analtiklər müxalifətin böhrandan çıxmaq üçün heç bir şansının olmadığını qeyd edirlər. Baxmayaraq ki, hələ də, bəzi partiya funksionerləri daxili ağır durumu aradan qaldırmaq və müxalifətin birliyinə nail olmaq üçün müxtəlif ideya və təkliflərlə çıxış edirlər. Yazqabağı kütləvi aksiyaların keçirilməsi barədə AXP sədri Pənah Hüseynin irəli sürüdüyü təklifdə ağır durumdan çıxmaq üçün irəli sürülən mənasız, həm də gülünc ideyalardandır. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "Səs" qəzetinə açıqlamasında müxalifət düşərgəsini təmsil edən şəxslərin mitinqlər keçirmək üçün heç bir əsasları olmadığını bildirdi: "Yəni ölkədə hər hansı bir mitinqin keçirilməsi üçün nə isə bir əsas olmalıdır. Hər zaman olduğu kimi, bu dəfə də onlar tərəfindən nəzərdə tutulan mitinq baş tutmayacaq. Hər kəsə məlumdur ki, Azərbaycan cəmiyyəti dağıdıcı müxalifət düşərgəsini təmsil edən şəxslərə heç bir siyasi dəstək vermir və verməyəcəkdir. Çünki xalq hər şeyi yaxşı görür və bilir. Əgər onlar bu mitinqi keçirsələr belə, ora ancaq toplaşanlar qohumları və yaxınları olacaq".

"İsa Qəmbər, Əli Kərimli və Arif Hacılı iddia edirlər ki, növbəti aksiyalar geniş və kütləvi xarakter daşıyacaq. Onların belə bir sosial bazası varmı" sualına cavab olaraq N.Orduxanlı bildirdi ki, indiyə qədər onlar aksiyalar keçiriblər, amma keçirdikləri bütün aksiyalar iflasa uğrayıb: "Bu da, bir daha onların gücsüz və zəif olduqlarını ortaya qoyur. Düzdür, bu reallığı özləri də dərk edirlər. Demək olar ki, hər zaman İ.Qəmbər, Ə.Kərimli və digərləri mitinq öncəsi bəyanatlar veriblər ki, bizim bu dəfə keçirdiyimiz mitinq kütləvi xarakter daşıyacaq. Amma bu, heç vaxt özünün doğrultmayıb və doğrultmayacaq da. 25 ildən çoxdur ki, bu şəxslər siyasətdədirlər. Amma bu illər ərzində bir addım olsa belə irəliyə doğru addım ata bilməyiblər. Belə olan halda da, reallıq onu göstərir ki, müxalifətin "kütləvi aksiya keçirəcəyik" bəyanatları boş və mənasız hay-küydən başqa bir şey deyil".

"Müxalifətin ordumuz haqqında təxribatçı fikirlər səsləndirməsi və bunun fonunda mitinqlər planlaşdırmalarının arxasında xarici qüvvələrin təsiri dayana bilərmi" sualını cavablandıran N.Orduxanlı qeyd etdi ki, Ə.Kərimlinin və "Milli Şura"nın idarə olunması bir başa beynəlxalq qüvvələrin təsirindədir: "Hər zaman bu şəxsdən Azərbaycanın milli maraqlarına uyğun istifadə edilib. Amma uğursuzluğa düçar olublar. Beynəlxalq təşkilatlar Azərbaycan əleyhinə xoşagəlməz bəyanatlar vermək məqamı yetişəndə, Əli Kərimlidən çox məharətlə istifadə edirlər və edəcəklər".

GÜLYANƏ

Digər xəbərlər