PDF Oxu

Müxalifət

  • 3 685

Partiya sədrindən Əli Kərimliyə sərt sözlər!

image

Elşən Musayev: "Səbişka", "Ləmanka" adı altında gizlənən "siyasətçi"dən, daha doğrusu, özünü siyasətçi sayan möhtəkirdən nə qədər uzaq olsam, bir o qədər yaxşıdır"

AXCP sədri Əli Kərimli normal siyasi mübarizəyə hazır olduğunu sözdə bəyan etsə də, əməldə indiyə qədər heç kim onun sivil və normal siyasi metodlarla mübarizə aprdığının şahidi olmayıb. Səsləndirdiyi fikirlərin, yersiz bəyanatların mahiyyətini dərk etməyən, siyasi "fəaliyyəti"ndə dağıdıcılığa üstünlük verən Ə.Kərimli dəfələrlə müxtəlif ictimai-siyasi xadimlər, deputatlar və partiya sədrləri tərəfindən debata dəvət olunub. Lakin Ə.Kərimli bu debatlardan yayınaraq, daha çox aqressivlik nümayiş etdirməyə başlayıb, müxtəlif şəxslər haqqında təhqirlər sələndirib.

Vaxtilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev də AXCP sədri Ə.Kərimlini debata dəvət etmişdi. Özü də "Azadlıq" radiosu"nda! Ancaq Ə.Kərimli buna da cəsarət etməmişdi. Əksinə, debat çağırışından hiddətlənən Kərimli, bütünlükdə, Azərbaycan mediasının ünvanına alçaldıcı fikirlər səsləndirmişdi. Bəs bu gün necə, onunla debata çıxmaq nə dərəcədə düzgündür? E.Musayev bildirib ki, dağıdıcı müxalifətin əvvəllər səsləri-küyləri gəlirdi, imitasiya xətrinə də olsa görünürdülər: "İndi isə yoxdurlar, heç vızıltıları da eşidilmir. Belə olan halda, monoloqmu deyim? Öz-özüməmi danışım? Ayrıca, mənim üzərinə getdiyim müxalifət dağıdıcı müxalifət olub. Ələlxüsus da, iki əsas sima: İsa Qəmbər və Əli Kərimli. Onlardan birincisi siyasi həyatdan ümumən qeyb olub, silinib. Hazırda haralardadır, indi kimin başını yeyir, xəbərim yoxdur. Digəri isə sosial şəbəkələrdə "lülə qurutmaq"la məşğuldur. Mən isə belələrinə zaman ayıracaq qədər bekar deyiləm. Düzdür, səhv eləmirəmsə, prezident seçkiləri ərəfəsi idi. Bir-iki dəfə Əli Kərimlini media vasitəsilə öz meydanlarında, öz cəbhələrində debata çağırdım. Onu "Azadlıq" radiosuna dəvət elədim. Dedim, təpərin varsa, dur gəl. Gəlmədi. Amma daha sonra biləndə, məlumatım olanda ki, adam qız-qadın ismləri ilə facebookda profil yaradıb statuslar yazır, anındaca, bu inadın başını buraxdım. Hər halda "Səbişka", "Ləmanka" adı altında gizlənən "siyasətçi"dən, daha doğrusu, özünü siyasətçi sayan möhtəkirdən nə qədər uzaq olsam, bir o qədər yaxşıdır".

Samir

Digər xəbərlər