Bir deputat kürsüsünə görə qandan, vətəndaş qırğınlarından, xaosdan danışmaq kişilik kitabının hansı səhifəsində yazılıbsa, bilmirik: yəqin bu cür "kişi"lik kitabı da yalnız sənin kitabxanandadır, İqbal Ağazadə!
"Ümid" partiyasının sədri İqbal Ağazadənin mətbuatda açıqlaması sözün əsl mənasında, bu adamın (?) simasını bir daha ortaya çıxarmış oldu. Ən azından deputat olduğu müddətdə, pərdələdiyi vicdanının nə dərəcədə zədəli olduğunu üzə çıxartdı. Deputat olduğu müddətdə, kifayət qədər "ehtiyatlı" danışmağa üstünlük verən, cəbhəçiləri ağ yuyub-qara sərən, bu gün isə "cəbhəçi şinel"i ifadəsi ilə dağıdıcı müxalifətə yarınmağa çalışan partiya sədrinin indiki açıqlamaları heç də təccüblü deyil. Necə deyərlər, deputat mandatı bir müddət Ağazadənin eyiblərini ört-basdır eləsə də, ancaq "su qabı su yolunda qırılar": işlək qulp əldə sınar... Vaxtilə fars xüsusi xidmət orqanlarına "iş"ləməyin "üstün"lüklərindən danışan Ağazadə kimə "xidmət" etdiyini dolayı yolla açıqlamışdı. Özünə geniş biznes imkanları quran, qohum-əqrəbalarının yaxşı işlərlə təmin olunmasına nail olan, geniş maliyyə imkanları əldə edən Ağazadə mandat acısını yaşasa da, lakin dövrün həssaslığını nəzərə almağı bacarmır. Buna görə də, son günlərdə boğazdan yuxarı fikirləri ilə ikrah doğurur.
İ.Ağazadə mətbuata verdiyi açqlamasında deyir: "... növbəti mərhələ xaosdur, növbəti mərhələ inqilabdır, qanlı vətəndaş müharibəsidir". 2015-ci ilin sentyabr ayında ( parlament seçkilərindən öncə) isə deyirdi: "Azərbaycanda radikal meyillərə imkan verməməliyik və ölkəmizdə belə bir şərait də yoxdur. Qanlı dövr arxada qalıb, artıq o dövr deyil". İnsanın neçə sifəti olmalıdır? Bu iki il ərzində nə dəyişdi ki!? Dəyişən o oldu ki, oturduğun deputatlıq kürsüsü bu dəfə sənə qismət olmadı. Ancaq bir kürsüyə görə "qan"dan, "vətəndaş qırğınları"ndan, "xaos"dan danışmaq kişilik kitabının hansı səhifəsində yazılıbsa, bilmirik: yəqin bu cür "kişi"lik kitabı da yalnız sənin kitabxanandadır. Ağazadə, sənin arzuladığın mərhələ-xaos qaldı ötən əsrin 90-cı illərinin əvvəllərində. O dövrdə ki, sən də AXC-Müsavat iqtidarı dövründə geniş qol-qanad açmışdın. "Mən Qarabağda döyüşmüşəm" hayqıran Ağazadənin həmin ərəfərdə fars "KQB"sinin iltizamlı "işverəninə" çevrildiyi kimə bəlli deyil ki!? Partiya da yaratdın, deputat da oldun, ancaq bu kölə, dağıdıcı təfəkküründən uzaqlaşa bilmədin, o dövrün abu-havası sənin canına necə hopubsa, bir balaca ayağın büdrəyən kimi, millətə xaos, inqilab və qanlı qırğınlar arzulayırsan. Bərəkallah, onsuz da deputat pensiyanı alırsan, o boyda ofisin də var. Bəlkə sənin olmayan vicdanını laxladan Araz Əlizadəyə məğlub olmağındır!? Ancaq bu da sənin problemindir, çalışaydın, məğlub olmazdın, rahat oturmuşdun ki, bircə dəfə qəbul etmədiyin seçici yenə də sənə səs verəcək! Amma vermədi, baş barmağını qatlayıb işarə verdi, dirsəyini üzünə tuşladı.
Maşallah, paytaxt Bakıda 017 nömrəli bahalı "Mercedes"lərin böyük əksəriyyəti sənindir, Ağazadə! Almaniyadan gətirdiyin maşınlardan qazandığın pullarla nələr etmədin ki! Xaricdən gətirilən ərzaq məhsullarının üzərində qoyulan əlavə qiymətdən narazılıq edən, səsini başına atan İ.Ağazadənin 30 min dollara Dubaydan aldığı maşını Bakıda 110 min manata satdığının şahidi olmadıqmı? Hətta maşını dəyərindən qat-qat baha satdığına görə, qaynına hədiyyə etdiyi BMW-dən danışmıram. Almaniyadan gətirdiyin maşınlara 4-5 dəfə artıq qiymət qoyub, insanları qazlamaq necə, vicdanlı iş idimi? Böyük avtosalonlara, servis mərkəzlərinə, obyektlərə malik birisinin... Nə isə, Ağazadə alverçi təfəkküründən hədə də əl çəkməyib. O, öz zəifliyini də, arzuladığı xaosun, inqilabın, sadəcə bir xülya olduğunu özü də bilir və deyir: "Mən özümü gücsüzlükdə ittiham edirəm. Çünki düzgün yolla getsəydim, çox şeylər edə bilərdim və gücüm ona yetmədi. Amma yenə deyirəm, bir siyasətçi olaraq səhvlərim çoxdur". Bəli, sən elə son fikirlərinlə nə qədər cılız, gücsüz, anti-Azərbaycan düşüncəli olduğunu, "səhv tuluğu"na çevrildiyini sübut elədin!
Samir