PDF Oxu

Müxalifət

  • 2 949

Qərbdən növbəti rəzalət!

image

Harvard Universitetinin tələbələri casus olduğunu rəsmən təsdiq edilən Xədicə İsmayılı ilin "nümunəvi" qadını "seçib"

Qərb dövlətlərinin bütün dünyada apardıqları ikiüzlü siyasətin fəsadları göz önündədir. Üzdə humanizm prinsiplərindən danışmaq, arxada isə böyük terrorçu şəbəkələr yaratmaq Qərbin əsl simasıdır. Hansısa Şərq ölkəsində vətəndaş qarşıdurması yaradaraq qırğınlar törədən Qərb, daha sonra bir təyyarə ərzaq göndərərək, həmin ölkədə özünü "xilaskar" kimi göstərməyə çalışır. Məqsədimiz bu haqda danışmaq yox, onsuz da bütün humanist prinsiplərdən məhrum olan Qərbin aşınmış, darmadağın olmuş, heç bir mənəvi və əxlaqi yükü olmayan qadın amilinə baxışı haqqında bir neçə söz deməkdir. Harvard Universiteti Beynəlxalq Qadınlar Günü ilə bağlı hər il elan etdiyi "ilin nümunəvi qadınları" mükafatlandırmasını bu il də təşkil edib. Universitetin seçdiyi siyahıda 25 tanınmış qadının adı yazılıb. Onların sırasında amerikalı senatorlar, konqresmenlər, həmçinin, ABŞ-ın son prezident seçkilərində əsas namizədlərdən biri olan Hillari Klintonun da adı var. Xaricilərdən isə yalnız Xorvatiyadan hüquq müdafiəçisi Dubravka Simonovic, Kanadadan olan liviya əsilli fizik Alaa Murabit, nigeriyalı yazıçı Chimamanda Ngozi Adichie və Azərbaycandan Xədicə İsmayıl var. Tak çto, Harvard Universitetinin tələbələri Xədicə İsmayılı ilin "nümunəvi" qadını seçib. Kül təpənə, a Qərb! Əslində, burda qeyri-adi və təəccüblü heç nə yoxdur. Xədicə ilə də, digər təxribatçı, xarici xüsusi xidmət orqanlarına işləyən "jurnalist"lər, "siyasətçi"lərlə də bağlı da Qərbin uzun illərdir sərgilədiyi mövqeni görürük. Təbii ki, öz agentlərini mükafatlandırmalıdırlar, yoxsa yox? Öz casuslarını qorumalıdırlar. Heç şübhəsiz ki, Harvard Universitetinin bircə tələbəsi belə Xədicəni tanımır. Yaxud hansı əməlinə, hansı bəşəri xidmətləri olub ki, ona görə də tanısın!? Sadəcə, Qərb son zamanlar bütün "cəbhə"lərdən Azərbaycana qarşı qarayaxma kampaniyasına start verib. Bu istiqamətdə sapı özümüzdən olan Emin Hüseynov, Xədicə İsmayıl kimi baltalarla isə "iş"ləmək Qərbə sərf edir. Xədicə kimi bədbəxtlər, elə bilirlər ki, həqiqətən də, "məşhur"durlar və bütün dünya onlardan danışır. İlin "nümunəvi" qadınlarından seçilən Xədicə bir az irəli gedib, şəxsi təcrübələrindən çıxış edərək, Harvard Universitetinin Hüquq Məktəbində tələbələrə "mühazirə" deyib.

"İki aydan bir arvadlarını bir-birilərinə hədiyyə edən Qərb kişisi üçün Xədicəni ilin "nümunəvi" qadını hesab eləmək elə də çətin olmayıb"

Bəs Xədicəni "nümunəvi" qadın edən nədir? 2012-ci ildə intim videosu yayılan Xədicənin "ölçü"ləri hamının gözünü "oxşamışdı". Azərbaycan qadını adına ləkə olan Xədicənin bu yüngül "ölçü"ləri nə yazıq ki, Qərb üçün əsas ölçü vahidinə çevrildi. Hələ o vaxt intim videosu yayılan Xədicə bir neçə gün sonra mükakatlandırılmışdı. İndi də iki aydan bir arvadlarını bir-birilərinə hədiyyə edən Qərb kişisi üçün Xədicəni "nümunəvi" hesab eləmək elə də çətin olmayıb. İlin nümunəvi qadını müsabiqəsinin şərtlərində yazılır ki, siyasət və insan hüquqları sayəsində əvəzolunmaz xidmətləri olan şəxslərə verilir. Başa düşürük, 2014-cü ildə çirkli pullarınızı yuduğunuz, kəşfiyyat hərəkətlərinizi apardığınız ofislərinizdən biri- "Azadlıq radiosu"nun Bakı ofisi bağlanıb və bunun da ədavətini aparırsınız. Sual olunur, ABŞ-da radio adı altında hansısa dövlətin casus şəbəkəsinin açıq fəaliyyətinə icazə verərdilərmi? Xədicə siyasətdə olmayıb, heç özü də özünü siyasətçi adlandırmır. İnsan hüquqlarına qalanda isə, bir axtarın görün, bu qadın (?) hansı əməllərin sahibi və hansı ailənin üzvüdür!? "Nida"çı gənclərə aylıq "maaş" verib, onları dövlət əleyhinə çıxmağa məcbur etmək sizin nəzərinizdə insan hüquqlarına "xidmət"dirsə, bu, bizdə isə cinayətdir! Sərsəm, heç bir fakta əsaslanmayan, sadəcə, yarımçıq fotolarla özünü cəmiyyətə "araşdırmaçı jurnalist" kimi sırımağa çalışan Xədicəni istədiyiniz qədər mükafatlandıra bilərsiniz. Ancaq düşünün ki, dünyanın böyük təhsil ocaqlarını da kəşfiyyat, siyasi sifariş yuvasına çevirmisiniz, Harvardı da biabır elədiniz.

Samir

Digər xəbərlər