PDF Oxu

Müxalifət

  • 3 466

Dağıdıcı düşərgədə "siyasi məhbus" qovğası səngimir

image

Xədicə İsmayıl və Ə.Kərimli sosial şəbəkələrdə yenidən qarşı-qarşıya dayanıb

Dağıdıcı müxalifət düşərgəsində vəziyyət elə bir haldadır ki, bu acınacaqlı vəziyyətdən çıxış yolu tapa bilmirlər. Çarəsiz qalan "beşinci kolon"un nümayəndələri son günlər köhnə "bizneslərinə" qayıdaraq, yenə də "siyasi məhbus" oyununu ortalığa atmağa başlayıblar. Xüsusilə də, bir vaxtlar bir-birinə can deyib, can eşidən X.İsmayılla AXCP sədri Ə.Kərimli indi düşmənə çevriliblər. Səbəb isə girişdikləri yeni "biznes"dən kimin çox qazanması uğrunda gedən mübarizədir.

Xədicə İsmayıl Ə.Kərimlinin kefinə soğan doğradı

Ötən ilin oktyabrında "siyasi məhbus" siyahısı məsələsində yaranmış narazılıqlar radikallar arasında "arı pətəyinə çomaq soxmaq" effekti yaradıb. Ə.Kərimli X.İsmayılın çağırışını qulaqardına vuraraq, onu və onun yedək təşkilatı olan qondarma "Milli Şura"nın sədri C.Həsənli haqqında tənqidi fikirlərini söyləyərək, axıra qədər mübarizə aparacağını deyib: "Ambisiyaları var, ağılları yoxdur. Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər",

Ə.Kərimli keçmiş müttəfiqindən acıq çıxmaq üçün "siyasi məhbus" biznesinə əl uzadan X.İsmayıl və onun başçılıq etdiyi qrupu hədəfə tutmaq üçün mübarizə meydanı kimi yenə də sosial şəbəkələri seçib. X.İsmayıl isə "siyasi məhbus" biznesini hər şeydən üstün tutaraq, özünün sosial şəbəkələrdə etdiyi sonuncu paylaşımlarında açılmayan düyünləri açdı: "Dəli şeytan deyir, partiyasını və liderini tərifləyənlərin hamısını dostluqdan çıxar ki, gözün bu biabırçılığı görməsin. Dostlar, o mahnıda deyildiyi kimi, bir balaca eşqinizi aşağı salın", paylaşımının altına yazdığı şərhdə bu "status"un konkret hədəfinin hansı şəxslər olduğunu da açıqladı və "siyasi məhbus" biznesində öz "çörəyinə" şərik çıxan Ə.Kərimlini açıq-aydın hədəfə aldı: "Bu arada onu da deyim ki, cəbhəçilərin üslubu son vaxtlar xüsusilə aktivləşib. Əvvəllər belə deyildilər. Mən həbsdə olanda cəbhədə təbliğat şöbəsinin müdirini dəyişiblər? Özünü "demokrat" adlandıran Ə.Kərimli ən xırda tənqidə belə tab gətirməyərək "facebook" briqadasını mənim üstümə göndəriblər və məni "əmək itirən" quldar kimi qələmə verir. Yazarlar da Kərimli tərəfdarıdır".

Göründüyü kimi, "demokratiyadan" danışan bu əqidəsizlərin iç üzü həmişə özləri tərəfindən sübuta yetirilir. Dünənən kimi, Ə.Kərimlinin "sağ" əli olan X.İsmayıl bu gün onu əqidəsiz adlandıraraq, Ə.Kərimlinin qranta görə sağ qulağını sol əli ilə qaşımaq həvəsinin qursağında qaldığını bildirir: "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər" kimi qınağından ən çox nəticə çıxarmalı olan adam AXCP sədridir. Xədicənin təbirincə, Ə.Kərimli və C.Həsənli araqarışdıranlardır. O, növbəti şərhində fikrini bu sözlərlə ifadə edib: "Ambisiyaları var e, ağılları yoxdur. Sınıq barmağa tibbi yardım göstərməkdən uzaqdırlar, qoyasan elə ara qarışdırsınlar".

Əli Orucov: "Qondarma "siyasi məhbus" siyahıları alver vasitəsidir"

Azərbaycan Milli İstiqlal Partiyası siyasi şurasının üzvü Əli Orucov məsələyə münasibət isə bildirərək, qeyd edib ki, məlum olmayan "siyasi məhbus" terminindən dağıdıcı müxalifət həmişə istifadə edib: "Siyasi məhbus" termininin özü məlum deyil. Bu ifadənin özünü zəruri edən şərtlər və kriteriyalar mövcud deyil. Beynəlxalq hüquqi sənədlərdə də "siyasi məhbus" termini yoxdur. Yəni "siyasi məhbus" termininin mahiyyəti və mənşəyi, konkret olaraq, bəlli olmadığına görə, radikal müxalifət həmişə bundan istifadə edib daha çox provokasiya ilə məşğul olur".

Dağıdıcı müxalifətin qondarma "siyasi məhbus" siyahılarının hazırlanmasına və bununla bağlı radikal müxalifət düşərgəsində baş verən qarşılıqlı ittihamlara münasibət bildirən Ə.Orucov qeyd edib ki, radikal müxalifətin həbs edilənləri "siyasi məhbus" kimi qələmə vermək cəhdi subyektiv yanaşmadır: "Bu, bir təzyiq və alver vasitəsidir. Dağıdıcı müxlaifət qondarma "siyasi məhbus" siyahıları hazırlamaqla sırf öz məqsədlərini güdür".

Göründüyü kimi, qrant, pul ehtirasi dağıdıcı düşərgədəkilərin düşmən olmaları üçün yetərlidir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər