"O, QHT-lərə Dövət Dəstəyi Şurasının müsabiqəsindən keçməyənlərin siyahısına baxaraq böhtan xarakterli bir məlumat yaymışdı"
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov qondarma vəkil Aslan İsmayılovun onu hədələməsinə, ondan üzrxahlıq tələb etməsinə münasibət bildirib.
S.Məmmədov "SƏS" qəzetinə açıqlamasında bildirib ki, A.İsmayılov QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqəsindən keçməyən qurumların adlarını yazaraq, onların qrant aldığını, əsassız olaraq, iddia etmişdi və hər şey də bundan sonra başladı: "A.İsmayılov, ilk öncə, öz səhvini başa düşsün. Dəqiqləşdirmədiyi məlumatı paylaşaraq, insanlarda çaşqınlıq yaratmağa çalışıb. O, QHT-lərə Dövət Dəstəyi Şurasının müsabiqəsindən keçməyənlərin siyahısına baxaraq böhtan xarakterli bir məlumat yaymışdı. Ona zəng vurduq, başa saldıq ki, sosial şəbəkələrdə yazdığı informasiya doğru deyil və səhvini düzəltsin. Düzəltmədi. Sonra mən onun yalanını ifşa etdim, faktı paylaşdım. Ancaq A.İsmayılov nə etdi? Öz səhvini düzəltmək əvəzinə, məni təhqir elədi, ünvanımıza xoşagəlməz fikirlər səsləndirdi, sosial şəbəkələrdə ünvanımıza nalayiq ifadələrin işlənməsinə rəvac verdi".
S.Məmmədov onu da qeyd edib ki, üzr istəməli bir adam varsa, o da onun özüdür: "Çünki dövlət qurumuna şər atıb, ünvanımıza təhqirlər yağıdırıb. Biz isə, onun yalanını faktlarla ifşa eləmişik. Başqa necə olmalı idi ki? Onun kimi təhqir etmirik, nə də mənasız işlərlə məşğul olmuruq. O, boş-boş danışır. Nə üzr istəmək!? O gəlib üzr istəsin ki, şər-böhtan atmışam. Mən ondan bir şərtlə üzr istəyərəm ki, mənim səhvimi bütün medianın gözü önündə sübut eləsin. Yox əgər edə bilməsə, o, üzr istəməlidir".
Samir