PDF Oxu

Müxalifət

  • 6 288

Qənimət Zahidi narahat edən nədir?

image

SİYASİ ARAŞDIRMA

AXCP-nin saxtakar mühacir biznesini ifşa edən daha bir fakt!

Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasında rəhbər şəxslərinin mühacir biznesi ilə məşğul olmalarını təsdiq edən kifayət qədər sübutların ardınca daha bir maraqlı fakt üzə çıxıb. Belə ki, "Azadlıq" qəzetinin Avropada yaşayan baş redaktoru Qənimət Zahidin və onun yaxın çevrəsinin saxtakar yollarla mühacir biznes vasitəsilə pul qazanmaq hərisliklərini isbatlayan faktda bəlli olub ki, Q.Zahid, eyni zamanda, saxta viza sənədləri düzəltməklə də məşğuldur.

Mühacir biznesində 6 min avroluq saxta viza oyunu

SİA olaraq bu məsələ ətrafında araşdırma apardıq və araşdırmalar nəticəsində, bəlli olub ki, hazırda Gürcüstanın paytaxtı Tbilisidə yaşayan Əfqan Muxtarlı adlı jurnslit Latviyanın paytaxtı Riqa şəhərində məskunlaşmış Fikrət Hüseynli və Q.Zahidin yaxın adamı kimi tanınan Vüqar Rəşidovla (qeyd edək ki, V.Rəşidov keçmiş MTN-də işləyib və dələduzluq əməllərinə görə işdən xaric olunub - R.N.) birgə dörd nəfər Azərbaycan vətəndaşlarına Polşa vizası almaq üçün 6 min avro (?!-R.N.) pul alıblar. Bu yolla viza əldə edən azərbaycanlılar Avropaya uçmaq üçün Kutaisi hava limanına gediblər və yoxlanılma zamanı, bəlli olub ki, onlara verilmiş vizalar saxtadır...

Qənimət Zahid ciddi narahatlıq hissləri keçirməyə başlayıb

Nəticədə, gürcü polisi pasportlarında saxta viza vurulan azərbaycanlıları məhkəməyə verib və Gürcüstan məhkəməsi buna görə onların hər birinə 6 min lari (Gürcüstan pul vahidi) cərimə kəsib.

Beləliklə, bu hadisənin ardınca ifşa olunduqlarını görən cinayətkar qrupda çaxnaşma yaşanıb. Q.Zahidin adamlarından olan Nigar Əhmədbəyova Ə.Muxtarlının səhifəsində V.Rəşidovu müdafiə etməyə cəhd göstərsə də, bu addım uğursuz alınıb və sözügedən məsələ mühacir biznesi ilə məşğul olan Q.Zahidi ciddi narahat etməyə başlayıb.

Jurnalist Əfqan Muxtarlının Armen Karapetyan adlı erməni jurnalisti hansı əlaqələri olub?

Yeri gəlmişkən, mühacir biznesində adı hallanan və Q.Zahidlə əlbir olan Ə.Muxtarlının daha öncələr ermənilərlə işbirliyini sübuta yetirən faktlar da mövcuddur. Buna sübut kimi onun Britaniya Hərb və Sülh İcmalları Təşkilatına məxsus olan iwpr.net saytında Armen Karapetyan adlı erməni jurnalistlə müşətərək məqalə yazmasını göstərə bilərik. Bunu onun özü də etiraf edib.

Qeyd edək ki, Ə.Muxtarlı vaxtilə "Yeni Müsavat" qəzetində jurnalistlik edib və onun ermənilərlə işbirliyi ifşa olunduqdan sonra qəzet rəhbərliyi onu işdən qovub.

Onu da xatırlatmaq yerinə düşərdi ki, Q.Zahidin adamlarının daha öncələr də mühacir biznesində adları hallanıb. Məsələn, bir müddət öncə, F.Hüseynlinin Belçikada yaşayan Kənan Cəfərovla da eyni əməlləri etdikləri üzə çıxmışdı.

Görünən isə budur ki, AXCP rəhbərliyi özünü ictimai rəydə siyasi təşkilat kimi təqdim etsə də, faktlar tamamilə əksini göstərir. Ə.Kərimli, Q.Zahid kimi rəhbərlərin siyasət adı altında çirkli, qanunsuz və saxtakar biznesmenliklə məşğul olduqları təsdiqini tapır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər