PDF Oxu

Müxalifət

  • 4 942

Müsavatçı xəyanətkar Şahin Mirzəyev erməni saytına müsahibə verdi

image

SİYASİ ARAŞDIRMA

Erməni yalına tamah salan satqın təlimatlandırılmış qaydada danışıb

Müsavat partiyasının üzvü olmuş, hazırda ölkəyə və xalqa şərəfsizcəsinə xəyanət edərək, işğalçı Ermənistana sığınmış, separatçı "Tolışi sədo" qəzetinin müxbiri Şahin Mirzəyev yenidən ortaya çıxıb. Bu dəfə o, Ermənistanın "panorama.am" saytına müsahibə verib. O, bu dəfə digər separatçı - Əli Nəsirlinin ölümü ilə bağlı heç bir əsasa və reallığa sığmayan fərziyyələr danışaraq, onun ölümünü Azərbaycan dövlətinin üzərinə yıxmağa cəhd edib.

Satqın Ş.Mirzəyev erməni saytının əvvəlcədən hazırlanmış və quraşdırılmış ssenarisi əsasında müsahibə verərək deyib ki, guya Ə.Nəsirlinin öldürülməsi, bütövlükdə talış xalqının məhvinə (?-R.N.) yönəlib. "Talış azadlıq hərəkatı"nın fəal iştirakçısı kimi qələmə verən Ş.Mirzəyev erməni həyasızlığından fərqlənməyən simasızlığı ilə Ə.Nəsirlini "Talışıstanın böyük carçısı" adlandırıb və Azərbaycan dövlətinin, dövlət qurumlarının ünvanına böhtanlarla bol olan ifadələr səsləndirib.

Ermənilərə casusluq edərək, bu ölkədə sığınacaq alan Şahin Mirzəyev, artıq öz şərəf və ləyaqətini itirmiş biri olduğunu öz sözləri ilə etiraf edib

Müsavat partiyasının üzvü olmuş Ş.Mirzəyev erməni xüsusi xidmət orqanlarının ona verdiyi təlimatlarına uyğun olaraq iddia edib ki, guya Azərbaycanda yaşayan talışlar "repressiyaya" uğrayıblar və ölkəni 300 min (??!!-R.N.) insan tərk edib.

Beləliklə, fakt budur ki, ermənilərə casusluq edərək, bu ölkədə sığınacaq alan Ş.Mirzəyev artıq öz şərəf və ləyaqətini itirmiş biri olduğunu öz sözləri ilə etiraf edib.

Xatırladaq ki, bir müddət öncə, Ş.Mirzəyevin Ermənistana qaçması və talışların adından çıxış etməsi Azərbaycanda yaşayan bir çox talış xalqı nümayəndələrinin kəskin etirazlarına və hiddətinə səbəb olub. Onlar bu adamın simasız və xəyanətkar olduğunu deyərək, gec-tez vətən satqını qismində Azərbaycan qanunlarına uyğun olaraq, mühakimə ediləcəyinə inandıqlarını vurğulayıblar.

Sabiq müsavatçı: "Görünür, hara gedibsə, oranı qatıb-qarışdırıb. İndi böyük pullar müqabilində Ermənistana göndəriblər. Satqının milliyəti olmur. Satqın elə satqındır"

Bu arada vaxtilə Müsavat partiyası başqanın keçmiş müavini Qabil Hüseynlinin də Ş.Mirzəyev barədə irəli sürdüyü fikirləri maraq doğurub. Q.Hüseynli qeyd edib ki, Ş.Mirzəyev Əlikram Hümbətovun adamıdır: "Bu adam guya ona qarşı ayrı-seçkilik olduğunu iddia edir. Deyir ki, həyat yoldaşı üzgün əməliyyat olunmayıb. Buna səbəb kimi, talış olması ilə bağlı edilən ayrıseçkiliyi göstərir. O qədər yaxınlarımız əməliyyat olunub ki, içlərindən vəfat edənlər də var. Belə çıxır ki, bizədə ayrı-seçkilik olub? Əsassızdır!

Bundan başqa, onun jurnalist olmadığı da ortaya çıxıb. Bu addan istifadə edərək, alver edib. Müsavat partiyasında bir müddət üzv olub, sonradan xaric edilib. Bu şəxs Əlikram Hümbətovun adamıdır. "Talış Mədəniyyət Mərkəzi"ndən onun fəaliyyətindən narazılıq edilib. Görünür, hara gedibsə, oranı qatıb-qarışdırıb. İndi böyük pullar müqabilində Ermənistana göndəriblər. Satqının milliyəti olmur. Satqın elə satqındır".

Şahin Mirzəyev İsa Qəmbərin gizli agentidir və ona işləyir!

Ortada olan faktlardan biri də bu şərəfsizin uzun müddət Müsavatın sabiq başqanı İsa Qəmbərin yanında olmasıdır. Bu gün də sual edilir ki, Ş.Mirzəyev hansı kanallarla Ermənistana keçdi və onlardan siyasi sığınacaq istədi? Bu məqamın təhlilində, əlbəttə ki, Şahin Mirzəyevin siyasi mənsubiyyəti masaya qoyulmalıdır. Çünki hər kəs bilir ki, satqın Müsavat partiyasının yuxarı lojasında yer alıb və hər zaman birbaşa İ.Qəmbərdən göstəriş alıb.

Mətbuatda və sair mənbələrdə apardığımız araşdırmalardan sonra o da bəlli olub ki, Ş.Mirzəyevin bu günlərdə reallaşan planı 2015-ci ildə parlament seçkilərində baş tutmalı idi! Belə ki, həmin vaxtlar Azərbaycanda siyasi sabitliyi pozmaq üçün Ş.Mirzəyev, namizəd olaraq, qeydiyyatdan keçməli və sonra isə ətrafında səs-küy və siyasi həyasızlıq nümayiş etdirməli idi. Ancaq bəlli olduğu kimi, Müsavat partiyası daxilində intriqaların, qarşıdurmaların baş qaldırması, eləcə də, Ş.Mirzəyevin Nizami rayonunda deputatlığa namizədliyi üçün imza toplayarkən, onun separatçı, ayırımçılıq fikirlərinə görə, vətəndaşlar tərəfindən qovulmuş və ən nəhayət, imza vərəqələrini suya ataraq, guya "kağızlar korlandı" bəhanəsilə seçki marafonundan qaçaraq, necə deyərlər, buxarlanmışdı.

Digər tərəfdən, Ş.Mirzəyevin "Erməni Milli Konqresilə" sıx əlaqələri olan İ.Qəmbər vasitəsilə Ermənistana keçməsi ehtimalları da özünü doğrulda bilər. Bu fakt da, onu isbatlayır ki, "eks-müsavatçı" Şahin Mirzəyev İ.Qəmbərin gizli agentidir və ona işləyir.

Beləliklə, bir daha sübut olundu ki, Müsavat partiyasının xəyanətkar və satqın hazırlaması bu partiyanın prinsipinə çevrilib. Fakt bir daha ortadadır...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər