"Facebookun yaradıcı Mark Zukerberqi məhkəməyə verəcəm"
Zaman-zaman aqressiv, anlaşılmaz, yersiz fikirləri ilə gündəmdə qalmağa cəhd edən Müsavat başqanı A.Hacılı bu dəfə də öz ənənəsinə sadiq qalıb. Sosial şəbəkələri siyasi mübarizə "meydan"ı seçən, xalqla, hətta partiyadaşları ilə belə real ünsiyyət qurmaq bacarığı olmayan A.Hacılı özünün Twiter səhifəsində Facebookun qurucusu Mark Zukerberqdən profilinin açılmasını tələb edərək məhkəməyə verəcəyi ilə hədələyib. A.Hacılı Twiter hesabında yazır: "Profilimdə problem yaranıb, səhifəm tez-tez bağlanır. Markdan tələb edirəm, dərhal səhifəmi açsın. Mark bilsin: dərhal hesabımı açmasa, onu məhkəməyə verəcəm".
Bu, nə qeyri-ciddilikdir? Bu adamın işi-gücü yoxdurmu? Düzdür, normalda Facebooku məhkəməyə vermək olar. Ancaq bir partiya sədri üçün belə bir lazımsız problemə görə səs-küy yaratması, hədə-qorxu gəlməsi gülüş doğurur. Bu faktın özü sübut edir ki, AXCP sədri Ə.Kərimli kimi, Müsavat başqanı da bütün vaxtını Facebookda keçirir, öyrədilmiş adamlar vasitəsilə özlərinə tərif yağıdırırlar. Açığı, A.Hacılının səhifəsində Markı məhkəməyə verəcəyi ilə bağlı paylaşılan statusun ona məxsus olub-olmaması xeyli müzakirələrə səbəb oldu. Lakin üstündən bir neçə saat keçəndən sonra Müsavat başqanı Facebookun qurucusu M.Zukerberqi məhkəməyə verəcəyi barədə yazdığı statusunun sosial şəbəkələrdə müzakirəyə çıxarılmasına münasibət bildirdi. A.Hacılı sözügedən statusun ona məxsus olduğunu söylədi: "Ancaq artıq hesabım bərpa olunub. Ona görə də, Markı məhkəməyə verməyəcəm".
A.Hacılının, Ə.Kərimlinın, İ.Qəmbərin, C.Həsənlinin onlarla müxtəlif qız və oğlan adları ilə saxta profil səhifələr yaratmaları faktlarla sübut olunub. Odur ki, A.Hacılının reallıq hissini itirərək, Markı hədələməsi təəccüblü görünməməlidir.
Samir